Mixail Lazaryev

Vikipediya, azad ensiklopediya
(Mixail Lazarev səhifəsindən yönləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç
Mixail Lazaryev
rus. Михаил Лазарев
Doğum tarixi 3 (14) noyabr 1788[1][2]
Doğum yeri
Vəfat tarixi 11 (23) aprel 1851[1][2] (62 yaşında)
Vəfat yeri
Dəfn yeri
  • Müqəddəs Vladimir kafedralı[d]
Təhsili
  • Dəniz kadet korpusu[d] (1800–)
Fəaliyyəti tədqiqatçı-səyyah[d], hərbi qulluqçu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Lazaryev Mixail Petroviç (1788-1851) — rus tədqiqatçısı.

"Mirnıy" gəmisinin komandiri M.P.Lazaryev 1788-ci ildə Vladimir quberniyasında anadan olmuşdur. O iki qardaşı kimi dəniz korpusuna daxil olmuşdur. O, Baltik dənizində xidmətə başlayaraq Rusiya İsveç müharibəsinin iştirakçısı olmuşdur. Müharibədən sonra Lazaryev "Svorov" gəmisinə komandir təyin olunur. Bu gəmidə o, dünya səyahətinə çıxmış və bir sıra adalar Sakit okeanda kəşf etməklə Suvorovun şərəfinə adlandırmışdır.

Beləliklə, hər iki səyyah 16 iyul 1819-cu il tarixində Kronştadtı tərk edirlər. Ekspedisiyanın qarşıya qoyduğu əsas məqsəd mümkün qədər cənuba enməklə Cənub materikinin mövcudluğu haqqında olan müxtəlif fikirlərə son qoymaq idi. Ingiltərənin Portsmut limanında dayanmaqla bir sıra cihazlar əldə etmiş gəmilər payızın əvvəllərində Braziliyaya istiqamət götürürlər. Braziliya sahillərində Rio-de-Janeyro şəhəri yaxınlığındakı əlverişli limanda löbər salmaqla ilk tanışlığa başlayırlar. Bu zaman Braziliyada qul alverinin çiçəkləndiyi dövr idi. Bellinshauzen bu barədə yazır: "Burada zəncilər satılan bir neçə köşk mövcuddur. Cavan qullar birinci sırada, yaşlılar isə arxada oturur. Qul alan hər bir şəxs aldığı qulu qarşıya çıxarır dişlərinə, əzələlərinə baxır, bədəninin müxtəlif hissələrini iynə ilə deşməklə sağlam olmalarına əmin olduqdan sonra götürürdülər".

Qısa müddətdə Braziliyanı tərk etmiş gəmilər cənub istiqamətdə üzməyə başlayırlar. Artıq cənub yarımkürəsinin mülayim qurşağında havanın soyuması hiss olnur. Cənuba doğru üzdükcə uçan quşların say ının artması müşahidə edilirdi. 1819-cu il dekabrın sonunda gəmilər Cənubi Qeorqi adasına yan alırlar. Dənizçilər adanın cənub sahillərini xəritələşdirirlər. Bellinshauzen cənuba üzməklə bir neçə dəfə dərinliyi ölçmək istəsə də lot dənizin dibinə dərin olduğundan çatmır. Mövcud olan texniki vasitələr isə bu məsələnin həll edilməsinə imkan vermir. Daha cənuba üzməklə gəmilər "buz adaları" ilə qarşılaşırlar. Aysberqləri keçməklə özlərinin adlandırdığı Leskov vulkanik Lavodovsk adalarını kəşf etməklə xəritə üzərinə köçürürlər. Kəşf etdikləri adalar qrupunu dəniz naziri Traversin şərəfinə adlandırırdılar. Rus dənizçiləri şirin suya olan ehtiyaclarını ödəmək üçün aysberqdən içməli su alma yolunu ixtira etdilər. Daha sonra rus dənizçiləri Ceyms Kukun kəşf etdiyi Sakndiviçə yanaşır və onun səhvən vahid ada kimi qəbul etdiyi bu arxepelaqın xəritə üzərində düzəlişini aparırlar. 1820-ci il yanvar ayının 28-də gəmilər Cənub qütb dairəsini keçməyə müvəffəq oldular. Dumanlı havada buz dağları div ar şəklində qarşını kəsmişdir. Bu ruslara görə artıq Antarktida materikinin kəşfi demək idi. Bunu həmin istiqamətdən gəmilərə tərəf quşların uçması bir daha təsdiq edirdi. Bu fikir ruslara aiddir. Ingilislərə görə isə materik ilk dəfə ingilis V.Smit tərəfindən kəşf edilmişdir və 1819-cu ilin oktyabrında təsvirini vermişdir.

1820-ci ilin fevralında ekspedisiya üzvləri Hind okeanına çıxmaqla daha iki dəfə cənuba istiqamət götürərək Antarktidaya yaxınlaşmağa cəhd göstərsələr də aysberqlər heyəti geri çəkilməyə məcbur etmişdir.

Bellinshauzen Avstraliyaya doğru gəmiləri istiqamətləndirir. Daha geniş ərazini tədqiqat obyektinə çevirmək üçün gəmilərin müxtəlif yollarla üzməsinə göstəriş verir. 1821-ci il yanvarın 22-də nəhayət dənizçilər adaya rast gəlirlər. Adaya I Pyotrun adı verilir. Tezliklə rastlaşdıqları ikinci adanı I Aleksandr adlandırdılar. Dənizdə dalğaların getdikcə qüvvətlənməsi ilə əlaqədar təhlükəni hiss edən Bellinshauzen gəmiləri Rio-de-Janeyroya istiqamətləndirir. 1821-ci ilin martında təkrar bu liman şəhərində olmaqla gəmiləri təmir etdirərək yola düşür və 1821-ci il avqustun 5-də Kronştadda lövbər salır.

Ekspedisiya 751 gün üzərək 92 min km məsafə yol keçməklə Antarktida materikindən əlavə 29 ada və bir mərcan rifi aşkar etdi, bəzi dəniz axınlarının səbəbinin müəyyənləşdirdi. 1839-cu ildə admiral rütbəsinə layiq görülən Bellinshauzen Kronştadt limanına baş komandan təyin olundu.1852-ci ildə rus dəniz donanmasının inkişafında görkəmli rol oynayan Bellinshauzen vəfat etdi.

Mixail Petroviç Lazaryev 1851-ci ildə vəfat etdi. Bellinshauzen və Lazaryevin ekspedisiyası Antarktidanın elmi cəhətdən mərhələlər üzrə öyrənilməsinin əsasını qoydu.

  1. 1 2 Brozović D., Ladan T. Mihail Petrovič Lazarev // Hrvatska enciklopedija (xorv.). LZMK, 1999. 9272 s.
  2. 1 2 Лазарев, Михаил Петрович (rus.). // Русский биографический словарь / под ред. Н. Д. Чечулин, М. Г. Курдюмов СПб: 1914. Т. 10. С. 37–40.
  3. 1 2 Лазарев Михаил Петрович // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]