İstridyə
İstridyə — (Ostrea) molyusklar tipinin ikitaylılar sinifindən ilbiz. Çanaqlar bir-birinə bağlayıcı əzələlər ilə bağlanır. Substrata yapışdığına görə ayaq və bissus vəzisi reduksiya olunmuşdur. Suyu süzməklə qidalanır. Bir istridyə suyun temperaturundan asılı olaraq saatda 1-3 litr suyu süzür. Ayrıcinsiyyətli və hermafroditdir. İriləri bir neçə min yumurta verir. İstridyələrin çoxu tropik və subtropik dənizlərdə yaşayır. Vətəgə əhəmiyyəti var Qara dəniz və Yapon dənizində böyük ehtiyatı var. Yeyilir. Bir sıra ölkələrdə süni surətdə artırılır.
Adı
[redaktə | vikimətni redaktə et]İstiridiyə (az.-əski. استریدیه) sözü Osmanlı türkcəsindən gəlib, kökü isə yunanca Στρείδι (stridi) sözüdür. Ayrıca köhnə dildə və el içində dərya ilbizi, su ilbizi, dəniz ilbizi kimi sözlər işlənilir.
Mənbə
[redaktə | vikimətni redaktə et]- Azərbaycan Sovet Ensiklopediyası, 9. cild, səh46.