Şərqi Çjou (sülalə)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Şərqi Çjou (çin. 东周) — Çində e.ə. 770 ildən e.ə. 256-cı ilədək[1] Çjou çarlığını idarə etmiş, paytaxtı Loi olmuş hökmdar sülaləsi. Bu sülalənin başlanğıcı Çjou sülaləsinin süqutuna təsadüf edir.

Yarımköçəri jun tayfaları ilə (çjoululara qohum) tez-tez baş verən və e.ə. VIII əsrdə daha da kəskinləşən hərbi münaqişələr ucbatından hökmdar Pin-van e.ə. 770-ci ildə dövlətin paytaxtını şərqə köçürür, bu dövr isə – "Şərqi Çjou" adını alır. "Şərqi Çjou" sülaləsinin hakimiyyəti dövrü quldarlıq quruluşunun dağılması ilə əlamətdardır. Bu dövrün sonu (e.ə. 476-cı ildən 221-ci ilədək) "Vuruşan hökmdarlıqlar" adlandırılır, bunların da sayı, yuxarıda qeyd olunduğu kimi səkkiz olsa da, vəliəhdlərin səriştəsizliyi ucbatından çoxlu sayda kiçik hökmdarlıqlar yarandı.

  1. "…Eastern Zhou period (770–256 BC)" Early China — A Social and Cultural History, p. 10. Cambridge University Press.