Aqnes Monika

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Aqnes Monika
ing. Agnez Mo
Ümumi məlumatlar
Doğum adı Agnes Monica Muljoto
Ləqəbi Agnez Mo
Doğum tarixi 1 iyul 1986(1986-07-01)[1] (38 yaş)
Doğum yeri
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni, aktrisa, mahnı yazarı[d], rəqqasə, biznes ledi
Fəaliyyət illəri 1992-ci ildən
Janrlar pop musiqisi, müasir R&B[d], hip-hop[d], soul
Musiqi alətləri piano
Səs tembri soprano
Albom şirkətləri RED Music[d], Sony Music
agnezmo.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Aqnes Monika (tam adı: Aqnes Monika Mulyöto, ind. Agnes Monica Muljoto; 1 iyul 1986[1], Cakarta) — İndoneziya müğənnisi və rəssamı. Üç uşaq albomu yazdırıb. Bir çox uşaq televiziya proqramlarında aparıcı kimi çıxış edib.

6 yaşında ikən öz fəaliyyətinə əyləncə sənayesində başlamışdır. Həmin dövrdə üç albom buraxdırmış Aqnesin adı məşhur müğənnilərlə bir sırada çəkilməyə başlayır. Oxumaqla yanaşı, həmçinin uşaq televiziya şousunun aparıcısı olmuşdur. Hələ yeniyetmə ikən Aqnes aktyorluq fəaliyyətinə başlamışdır. 2001-ci ildə çəkilmiş "Dininin toyu" sabun operası ona müvəffəqiyyət qazandırdı.

2003-cü ildə Aqnes And the Story Goes adlı ilk böyük albomunu çıxarır və bununla da İndoneziya musiqi sənayesində adını həkk etdirir. Aqnesin vətəndəki uğuru onu beynəlxalq miqyasda fəaliyyətini davam etdirməyə həvəsləndirir. 2005-ci ildə çıxan Whaddup A.. '?! adlı növbəti albomda Aqnes müğənni Kit Martinlə əməkdaşlıq etmişdir. Aqnes eyni zamanda, "Hospital" və "Bəyaz evdə məhəbbət" adlı dram janrında çəkilmiş iki Tayvan serialının çəkilişlərinə də cəlb edilib.

  • Si Meong (1992)
  • Yess! (1995)
  • Bala-Bala (1996)
  • And the Story Goes (2003)
  • Whaddup A'..?! (2005)
  • Nez (2008)
  • Sacredly Agnezious (2009)
  • Agnes Is My Name (2011)
  • Agnez Mo (2013)
  • X (2017)
  1. 1 2 Agnes Monika // Discogs (ing.). 2000.