Avreli Viktor
Avreli Viktor | |
---|---|
Doğum tarixi | təq. 320 |
Doğum yeri |
|
Vəfat tarixi | təq. 390 |
Vikianbarda əlaqəli mediafayllar |
Avreli Viktor (IV əsr) — Roma tarixçisi.
Həyatı
[redaktə | vikimətni redaktə et]Avreli Viktor IV əsrdə Karfagendə torpaq sahibkarı ailəsində anadan olmuş, gəncliyində imperator Yulianın ordusunda xidmət etmişdir. Yulian öz rəqibi Konstansiyaya qalib gələndən sonra Avreli vali təyin olunmuşdur. İmperator Feodisi isə onu yüksək qiymətləndirərək 389-cu ildə Roma şəhərinin profektoru təyin etmişdir. Onu yaxşı tanıyan məşhur tarixçi Ammian Marsellin yazırdı ki, ağıllı düşüncə tərzinə görə Avreli ilə mübahisə etmək xoş idi.
Avreli Viktorun əsərlərindən ən məşhuru "Sezarlar haqqında" traktatıdır. Bu əsərdə o, imperator Oktavian Avqustdan Yuliana qədər 89 imperatorun qısa bioqrafiyasını qələmə almışdır. Adəti üzrə hökmdarların qısa xarakteristikasını verib, ilk növbədə onların əxlaqi keyfiyyətlərini nəzərə çatdırır. O, bir neçə sətirlə imperatorların zahiri təsvirlərini də unutmurdu.
Bütün bioqrafiyalardan görünür ki, tarixçi qatı Roma tərəfdarıdır. O, imperiyanı möhkəmləndirən Sezarlardan geniş bəhs etmiş, onlar haqqında tərifli epitetlər işlətmişdir. Amma ən çox rəğbətlə bəhs etdiyi Sentimi Severdir ki, burada da təəccüblü heç nə yoxdur. Belə ki, imperator Sever də Avreli Viktor kimi Şimali Afrikalı idi.
Avrelinin əsərlərində müəyyən möcüzələrə və təbiət əlamətlərinə inam çox yerdə özünü göstərir. Amma qəribədir ki, dini təsir, xüsusilə xristianlığın əlamətləri qətiyyən hiss olunmur. Bu da yüksək imperiya dairələrində hələ köhnə dini ənənələrin möhkəm olduğunu göstərirdi.
Avrelinin başqa əsərləri də var. Onlardan "İmperatorların həyat və əxlaqından nümunələr" və "Roma tarixi"ni qeyd etmək olar.
Əsərləri
[redaktə | vikimətni redaktə et]- "Sezarlar haqqında"
- "İmperatorların həyat və əxlaqından nümunələr"
- "Roma tarixi"
- Roma xalqının yaranması"
Mənbə
[redaktə | vikimətni redaktə et]- Əlisa Nicat. Dünya tarixçiləri. Bakı,1998. səh.11.
- Дуров В. С. Художественная историография Древнего Рима. — СПб., 1993.
- Дуров В. С. История римской литературы. — СПб., 2000.
- История римской литературы. Т. 2. — М., 1962.
İstinad
[redaktə | vikimətni redaktə et]- Аврелий Виктор. О цезарях. Извлечения о жизни и нравах римских императоров. Происхождение римского народа. О знаменитых людях. / Пер. с лат. В. С. Соколова. // ВДИ. 1963. № 4. 1964. № 1-2.
- Аврелий Виктор // Античные писатели. Словарь. — СПб.: Издательство «Лань», 1999.