Bilqeys
Bilqeys Zişərh qızi, Səba məlikəsi və ya Makida[1] – hazırkı Efiopiya və ya Yəmənin ərazisində mövcud olduğu guman edilən tarixi Səba Krallığının (İbricə Sh'va və ya Səba שבא, Ərəbcə Səba və ya Səba سبأ, Amhar dilində: ሳባ) hökmdarıdır.[2] Müasir arxeologiyaya görə bu krallığın mövcudluğu mübahisəlidir. Kitabı Müqəddəsdə kraliça haqqında söhbət açılmır.
İslama görə
[redaktə | vikimətni redaktə et]Nəml surəsində [3] 22-44-cü ayələrində Səba məlikəsi haqında söhbət gedir. Quranda məlikənin adı çəkilməsə də ərəb mənbələrində o, "Bilqeys" olaraq adlandırılır.
Bilqeys haqqında Quran və Əhdi-Ətiq rəvayətləri bir-birinə çox bənzəyir.
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Hansberry, W.L. and Johnson, E.H. (1965) "Part V: Africa's Golden Past: Queen of Sheba's true identity confounds historical research," Ebony (magazine). p. 136.
- ↑ Paşa Əfəndiyev. "Molla Cümə (həyatı və yaradıcılığı)" (PDF) (az.). "Ləman nəşriyyat poliqrafiya". 2017. 2021-08-31 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-08-31.
- ↑ QuranAL-NAML (THE ANT, THE ANTS)