Boxinsko gölü
Boxinsko gölü | |
---|---|
sloven. Bohinjsko jezero | |
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 525 m |
Eni | 1 km |
Uzunluğu | 4,35 km |
Sahəsi | 3,18 km² |
Həcmi | 0,1 km³ |
Dərin yeri | 44,6 m |
Orta dərinliyi | 29,5[1] |
Yerləşməsi | |
46°17′01″ şm. e. 13°51′35″ ş. u.HGYO | |
Ölkə | Sloveniya |
Yerləşməsi | Sloveniya |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Boxinsko gölü (sloven. Bohinjsko jezero, alm. Wocheiner See) — Sloveniya ərazisində yerləşən sahəsinə görə ən böyük göl. Gölün sahəsi 3,18 km²-dir[2]. Əslində Şerknisa gölü 30 km² əraziyə malik olsa da quraq mövsümdə ərazisi tamamən quruyur. Göl 525 m dəniz səviyyəsindən yuxarıda, Boxin icması ərazisində yerləşir. Triqlav Milli Parının ərazisinə də daxildir.
Coğrafiya
[redaktə | vikimətni redaktə et]Göl 4,2 km məsafədə uzanır. Maksimal eni isə 1 kilometrə yaxındır[3]. Buzlaq mənşəlli göldür. Buzların ekzarasiya fəaliyyəti nəticəsində meydana gəlmişdir.
Gölə tökülən ən böyük axar Savina çayıdır («Kiçik Sava»)[4]. Savina çayı , Qara göldən qidalanır (sloven. Črno jezero). Qara gölün özüdə Triqlava göllər vadisində ən iri göldür. Boxinsko gölünün şərq hissəsindən Ozernisa çayı başlayır (sloven. Jezernica). Bu çayda Mostniseylə birləşdikdən sonra Sava Bohinkanı meydana gətirir. Bu çayın özüdə Sava-Dolinka ilə birləşərək Sava çayını əmələ gətirir. Təbiətşünas alim Baltazar Ake hələ XVIII əsrdə müəyyən edir ki, Boxinsko gölünə tökülən suyun miqdarından daha çox göldən su axır. Bu da olunla izah edilir ki, göl əlavə yeraltı enerji mənbələrlə qidalanır.
Gölün təmiz sularında Alabalıq, Nalim, Qafqaz enlibaşı, Adi enlibaş, Salvelinus alpinus, səkkiz növ molyusk, həmçinin çoxlu sayda yosun növü yayılmışdır. Göl məşhur turizm ərazisi sayılır. Gölə çimmək və digər idman növləri ilə məşqul olmaqdan ötrü gəlirlər. Sahilində şair Rudolf Baumbax tərəfindən tarixini ölümsüzləşdirən əfsanəvi Zlatoroq qarapaçasının heykəli vardır.
Boxinsko gölünün yerləşdiyi bölgədə çoxlu sayda dağ-xizək mərkəzləri vardır. Onlar arasında ən iriləri – Sorişka Platina, Voqel, Kolba[5].
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ "Alpine likes" (PDF) (ingilis). 43. 2018-11-09 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2015-05-24.
- ↑ Hlad, Branka. Skoberne, Peter, redaktorCharacteristics of Biological and Landscape Diversity in Slovenia // Biological and Landscape Diversity in Slovenia: An Overview. Ljubljana: Environmental Agency of the Republic of Slovenia, Ministry of the Environment and Spatial Planning. 2001. səh. 13. ISBN 961-6324-17-9.
- ↑ Royal Geographical Society (1856) «Wocheiner-See» A Gazetteer of the World: or, Dictionary of geographical knowledge, compiled from the most recent authorities, and forming a complete body of modern geography — physical, political, statistical, historical, and ethnographical A. Fullarton, Edinburgh, Scotland, p. 529 Arxivləşdirilib 2018-03-08 at the Wayback Machine, OCLC 20348227.
- ↑ Baedeker, Karl (1879) "Terglou: The Valley of the Wocheiner Save" The Eastern Alps: Including the Bavarian Highlands, the Tyrol, Salzkammergut, Styria, and Carinthia (4th ed.) Dulau and Co., London, p. 353 Arxivləşdirilib 2017-11-07 at the Wayback Machine, OCLC 4018143
- ↑ "Boxinsko gölü". 2019-03-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-22.
Mənbə
[redaktə | vikimətni redaktə et]- Gölün veb saytı (ing.)