Cümlə
Naviqasiyaya keç
Axtarışa keç
Cümlə — bitmiş fikri ifadə edən söz və ya söz birləşməsidir. Cümlə vasitəsilə bir hadisə haqqında məlumat verilir, bir şey soruşulur, bir işə təhrik olunur.
- Cümlənin qurulmasında sözlərlə yanaşı, söz birləşmələri də iştirak edir. Heç bir söz və ya söz birləşməsi bitmiş fikir ifadə etmədən cümlə şəklinə düşə bilməz.
- Cümlə bir sözdən də ibarət ola bilər: Səhərdir.
- Cümlənin əsasını mübtəda və xəbər təşkil edir ki, bu da cümlənin qrammatik əsası adlanır.
- Yalnız köməkçi nitq hissələrindən də ibarət cümlə ola bilər. Belə cümlələrə söz cümlə deyilir. Sən gələcəksənmi? -Bəli.
Cümlənin məqsəd və intonasiyaya görə növləri
[redaktə | vikimətni redaktə et]Hər bir cümlə müəyyən məqsədlə söylənilir. Cümlələr məqsəd və intonasiyaya görə 4 yerə bölünür:
- Nəqli cümlə — Dünən hava yağışlı idi.
- Sual cümləsi — İsmin quruluşca neçə növü var?
- Əmr cümləsi — İbrahim dərslərini oxu.
- Nida cümləsi — Ah, hava necə də gözəldir!
Cümlənin quruluşca növləri
[redaktə | vikimətni redaktə et]Məna və qrammatik cəhətdən bir-biri ilə əlaqədar olan, müəyyən suallara cavab verən sözlərə cümlə üzvləri deyilir. Cümlənin 5 üzvü var:
Ədəbiyyat
[redaktə | vikimətni redaktə et]Seyidov Y.M., Əsədova T.A, Azərbaycan dili, Bakı, Çaşıoğlu, 2003 (8–9. siniflər üçün dərslik)
Dil haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |