Daxili müşahidə

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Daxili müşahidə və ya daxili baxış, psixologiyada bir stimul qarşısında insanın təcrübə etdiyi qavrayış, düşüncəemosiyalarındakı müşahidə və nəticələrini ifadə edən bir üsuldur. Bu üsul: "Təcrübəni yaşayan insandan başqa heç kim müşahidə edə bilməz" fikrinə əsaslanır. Yəni, müşahidə edən və müşahidə olunan eyni insandır. Daxili müşahidə metodu psixologiya elmi ilə bərabər ortaya çıxan bir metod deyil. Bu metodun tarixi Sokrata qədər gedib çıxır. XIX əsrdə daxili müşahidə metodunu sistemləşdirən və onu psixologiyanın elmi metodu kimi ifadə edən ilk insan Vilhelm Vundt olmuşdur. Psixologiyada bu metoddan istifadə XIX əsrdə fizikafiziologiya sahələrindəki inkişafdan qaynaqlanmışdır. İlk tədqiqatlar fizikada işıq və səsin, fiziologiyada isə hiss orqanlarının yoxlanılması üçün istifadə edilmişdir. Psixologiyadakı, strukturalisthumanist dünyagörüşünü qəbul edən tədqiqatçılar daxili müşahidə metodunu qəbul etmişlər. Biheviorizm yəni, davranışçılıq cərəyanının nümayəndələri isə daxili müşahidə motodunu elmi olmaması səbəbilə rədd etmişdir.

Daxili müşahidə metoduna fərqli yanaşmalar

[redaktə | vikimətni redaktə et]

Vilhelm Vundt və daxili müşahidə metodu

[redaktə | vikimətni redaktə et]

Psixologiyada daxili müşahidə metodu Vilhelm Vundtun adı ilə bağlıdır. Bu metodla o, psixologiyanın əsas mövzusu hesab etdiyi şüurlu təcrübələri araşdırmağı hədəfləyirdi. Vilhelm Vundt daxili müşahidə metodu ilə bağlı dəqiq addımlar bildirirdi. Bunlara aşağıdakılar daxildir: müşahidəçinin müşahidə etməyə başladığı andan xəbərdar olması; müşahidəçinin diqqətini daxili proseslərə yönəltməsi və bunun fərqində olması; müşahidəçinin müşahidəni tam olaraq təkrarlamasının mümkün olması; təcrübi prosedurun müxtəlif manipulyasiyalara uyğunlaşmaqla təkrarlana bilməsi. Müşahidəçilər daxili müşahidə aparmaq üçün təlim keçməli idi. Bu təlim on minə yaxın daxili müşahidə növünün öyrənilməsi ilə tamamlanırdı. Burada məqsəd müşahidəçinin obyektiv nəticəyə tez və diqqətli şəkildə nail olması idi. Daxili müşahidə metodu müxtəlif fiziki stimulların miqyası, intensivliyi və davamlılığı barədə məlumat əldə etmək məqsədilə Leypsiqdə istifadə olunmuşdur. Beləliklə, mücərrəd psixologiya anlayışını obyektivləşdirərək elm halına gətirmək məqsədi daşıyırdı. Bu metod daha sonra V. Vundtun tələbələri Edvard Bredford Titçener və Osvald Kulpe tərəfindən istifadə edilmişdir.

Leypsiqdə daxili müşahidə

Karl Stumpf və daxili müşahidə metodu

[redaktə | vikimətni redaktə et]

Karl Stumpf psixologiyanın ilkin məlumatlarının hadisə və fenomenlər olduğunu iddia edir. Stumpf təcrübələrin parçalanmasının süni və mücərrəd hala saldığını və daxili müşahidə metodu kimi isə fenomenologiya anlayışını ortaya qoymuşdur. Burada Fenomenologiya neytral təcrübələrin yəni, təcrübənin ortaya çıxdığı anı əhatə edir.

Osvald Kulpe və daxili müşahidə metodu

[redaktə | vikimətni redaktə et]

O. Kulpe Vilhelm Vundtun daxili müşahidə metodunu dəyişdirərək sistematik eksperimental daxili müşahidə adlanan bir üsul hazırladı. Bu metod daxili müşahidədən fərqli olaraq, keçmişə istiqamətlənmiş hesabatları əhatə edir. Yəni, fərdin hər hansı bir tapşırığı yerinə yetirdikdən sonra hər şeyi xatirələşdirməyi özündə ehtiva edir. Bundan əlavə, daxili müşahidədən digər bir fərqi, subyektlərdən çox ətraflı və keyfiyyətli hesabatların alması idi. Kulpe tərəfindən hazırlanan metod təcrübə dövrlərə bölməsi və oxşar olan fəaliyyələrin dəfələrlə təkrarlanması baxımından sistemlidir. Bu inkişafla, daxili müşahidənin izahlarının düzəldilə biləcəyi, yeni məlumatlarla möhkəmləndiriləcəyi və daha ətraflı şəkildə izah ediləcəyi düşünülmüşdür.

Edvard Bredford Titçener və daxili müşahidə metodu

[redaktə | vikimətni redaktə et]

E. B. Titçenerin daxili müşahidə metoduilə bağlı izahı Vilhelm Vundtun izahindan tamamilə fərqlidir. Bu fərqlərdən biri, daxili müşahidə metodunu yalnız yaxşı təhsil almış insanlar tərəfindən icra oluna biləcəyi fikridir. Bundan əlavə, laboratoriya şəraitində pasiyentlərin öz vərdişlərini unutması lazımdır. Çünki, Titçener insanlardan stimulu yenidən necə qavradıqlarını öyrənmələrini gözləyir. E. B. Titçener də O. Kulpe kimi keyfiyyətli detallı və subyektiv hesabat aldı. Vilhelm Vundtun keyfiyyət hesabatına və obyektiv ölçmələrə yönəldilməsinə qarşıdır. Daxili müşahidə metidu ilə mürəkkəb şüur təcrübələrinin ən kiçik hissəsinə qədər təhlil etməyi hədəflmişdir.

Ogüst Kont və daxili müşahidə metodu

[redaktə | vikimətni redaktə et]

Daxili müşahidə metodunun yaxşı müşahidə şərtlərini təmin edə bilməyəcəyini vurğulayan Ogüst Kont, müşahidələrin elmi bir əhəmiyyətə sahib olmasının vacibliyini müdafiə etmişdir. Bu mənada subyekt ilə obyektin bir-birindən tamamilə fərqli olmalısını bildirmişdir.[1]

  • Schultz, Duane, Sydney Ellen, Schultz. Modern Psikoloji Tarihi. 1. Baskı. İstanbul: Kaknüs Yayınları, 2007. ISBN 978-975-6963-85-2.
  1. Psikolojinin tanımları ve metotları Arxivləşdirilib 2018-06-03 at the Wayback Machine, JEAN DELAY PİERRE PICHOT, Erişim tarihi:29 Mayıs 2016