Holosen

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Holosen – geoloji epoxalardan biridir. Pleystosendən sonra gəlir və təxminən 11.7 min il əvvəldən bu günə qədər olan dövrü əhatə edir[1]. "Resent" (adətən böyük hərflə) termini tez-tez "Holosen" terminin dəqiq sinonimi kimi istifadə olunurdu, baxmayaraq ki, bu cür istifadə 21-ci əsrdə işlənmir[2]. Holosen Dördüncü dövrün bir hissəsidir. Onun adı yunan dilindəki ὅλος (holos, tam və ya bütöv) və καινός (kainos, yeni) sözlərindən götürülüb, mənası "ən yeni" deməkdir[3]. O hazırkı mülayim dövr ilə müəyyən olunmuşdur (Dəniz İzotopları mərhələsi kimi tanınır).

Holosen həmçinin insanın artımını və Yerdəki növlərə təsirini, o cümlədən əsas sivilizasiyaların inkişaf tarixini əhatə edir.

Beynəxalq Stratiqrafia Komissiyası tərəfindən Holosenin təxminən 11.7 min il əvvəl başladığı qəbul olunmuşdur. O Pleystosengec buzlaşma dövründən (gec buzlaşma dövrünə Şimali Amerikada Viskosinan[4], Avropada Veiçselia[5], Böyük Britaniyada Devensia[6], Çilidə Llanuihue[7]Yeni Zellandiyada Otria[8] daxil edilir) sonra gəlir[1].

Holosen əsas iqlim dəyişgənliyinə əsasən beş vaxt interalına və ya xronozonaya bölünür[9]:

• Preboreal (10 ka–9 ka)

• Boreal (9 ka–8 ka)

• Atlantik (8 ka–5 ka)

• Subboreal (5 ka–2.5 ka)

• Subatlantik (2.5 ka–indiyə qədər)

~ Qeyd: "ka" mənası "min il"-dir.

Dördüncü dövrün bölgüləri
Sistem/

Dövr

Şöbə/

Epoxa

Mərtəbə/

Yaş

Yaş

(Milyon illə)

Dördüncü Holosen 0.0117–0
Pleystosen Üst 0.126–0.0117
Orta 0.781–0.126
Kalabriya 1.80–0.781
Gelas 2.58–1.80
Neogen Pliosen Piasenziya daha qədim
Dördüncü dövrün bu bölgüləri Beynəxalq

Stratiqafiya Komissiyası tərəfindən 2016-cı ilin

aprel ayında qəbul olunmuşdur[1]

Holosen çöküntüləri bötöv örtük şəklində Kür-Araz və Samur-Dəvəçi ovalıqlarını örtür və Azərbaycanın başqa regionlarında da geniş yayılmışdır. Onlar Üst Xvalın, Yeni XəzərMüasir çöküntülərə bölünür.

Üst Xvalın horizontu. Bu horizontun çöküntüləri dəniz və kontinental fasiyada rast gəlinir. Dəniz çöküntüləri əsasən Xəzərin sahilyanı zonasında və Kür depressiyasında yayılmışdır. Kür depressiyasının şərq hissəində və Pirsaat, Bəndovan, Hamadağ, Qaraçala, Mişovdağ, Xıdırlı, Babazənən və Kçik Hərami antiklinal qalxımında geniş sahələri tutur.

Yeni Xəzər horizontu. Bu horizontun dəniz çöküntüləri Xəzərin ensiz sahil zolağında, Kür depressiyasında isə daha geniş sahədə – qərbdə Şirvan, cənub-qərbdə isə Biləsuvar rayonuna qədər yayılmışdır.

Müasir dəniz çöküntüləri. Xəzərin dibini demək olar ki, tamamilə örtür və sahil boyu ensiz (100-500 m) haşiyə təşkil edir.

Holosende temperatur dəyişkənliyi

Ekoloji inkişaf

[redaktə | vikimətni redaktə et]

İnsanların inkişafı

[redaktə | vikimətni redaktə et]
  1. 1 2 3 "Arxivlənmiş surət" (PDF). 2016-04-26 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-06-20.
  2. (Subscription or UK public library membership Arxivləşdirilib 2013-04-29 at the Wayback Machine required.) The OED quotes P. Gibbard & T. van Kolfschoten in F. Gradstein et al. Geol. Time Scale 2004 xxii. 451/2: "The term 'Recent' as an alternative to Holocene is invalid and should not be used."
  3. "Arxivlənmiş surət". 2016-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-06-20.
  4. Clayton, L.; Moran, S.R. (1982). "Chronology of late wisconsinan glaciation in middle North America". Quaternary Science Reviews 1 (1): 55–82. doi:10.1016/0277-3791(82)90019-1
  5. Svendsen, J.I.; Astakhov, V.I.; Bolshiyanov, D.Y.; Demidov, I.; Dowdeswell, J.A.; Gataullin, V.; Hjort, C.; Hubberten, H.W.; Larsen, E.; Mangerud, J.; Melles, M.; Moller, P.; Saarnisto, M.; Siegert, M.J. (1999). "Maximum extent of the Eurasian ice sheets in the Barents and Kara Sea region during the Weichselian". Boreas 28 (1): 234–242.doi:10.1111/j.1502-3885.1999.tb00217.x
  6. Eyles, N.E.; McCabe, A.M. (1989). "The Late Devensian (<22,000 BP) Irish Sea Basin: The sedimentary record of a collapsed ice sheet margin". Quaternary Science Reviews 8(4): 307–351. doi:10.1016/0277-3791(89)90034-6
  7. Denton, G.H.; Lowell, T.V.; Heusser, C.J.; Schluchter, C.; Andersern, B.G.; Heusser, L.E.; Moreno, P.I.; Marchant, D.R. (1999). "Geomorphology, stratigraphy, and radiocarbon chronology of LlanquihueDrift in the area of the Southern Lake District, Seno Reloncavi, and Isla Grande de Chiloe, Chile". Geografiska Annaler Series A Physical Geography 81A(2): 167–229. doi:10.1111/j.0435-3676.1999.00057.x.
  8. Newnham, R.; Vandergoes, M.; Hendy, C.; Lowe, D.J.; Preusser, F. (2007). "A terrestrial palynological record for the last two glacial cycles from southwestern New Zealand" Arxivləşdirilib 2022-03-13 at the Wayback Machine.Quaternary Science Reviews 26: 517–535. doi:10.1016/j.quascirev.2006.05.005. Retrieved 15 June 2014.
  9. Mangerud, J, Anderson, ST, Berglund, BE, Donner, JJ (October 1, 1974). "Quaternary stratigraphy of Norden: a proposal for terminology and classification" Arxivləşdirilib 2020-02-16 at the Wayback Machine (PDF). Boreas 3: 109–128. doi:10.1111/j.1502-3885.1974.tb00669.x.
  10. Azərbaycanın geologiyası. I cild. Bakı-2015.