INSEE

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

INSEE (fr. codes Insee və ya codes INSEE) — Fransa Statistika və İqtisadi Araşdırmalar üzrə Milli İnstitutu (fr. Institut National de la Statistique et des Études Économiques) tərəfindən verilən rəqəmli və ya hərf-rəqəmli kod.

Rəsmi coğrafi kod

[redaktə | vikimətni redaktə et]

INSEE tərəfindən Fransa kommunalarının coğrafi kodları müəyyən edilir.

Məsələn, Mets şəhəri INSEE 57463 kodunu daşıyır. Burada, 57 — Mozel departamentinin nömrəsi, 463 isə Mets şəhərinin əlifba sırası ilə nömrəsidir.

Sosial sığorta nömrəsi

[redaktə | vikimətni redaktə et]

Fransada hər anadan olmuş adama 15 rəqəmli sosial sığorta nömrəsi verilir.

Bu kodun izahı aşağıdakı kimidir.

İstifadə Mövqe Mənası Rəqəmlər
Bütün nömrələr 1 Cins (ISO 5218-standartı) kişi — 1, qadın — 2
2–3 Doğum ilinin son 2 rəqəmi 00–99
4–5 Doğum ayı 01–12, naməlumdursa — 20
Fransada doğulanlar 6–7 Doğulduğu departamentin nömrəsi 01–95, Korsika üçün 2A və 2B
8–10 Doğulduğu şəhərin nömrəsi (INSEE nomenklaturası üzrə) 001–990
Fransanın dənizaşırı mülklərində doğulanlar 6–8 Doğulduğu departamentin nömrəsi 970–989
9–10 Doğuldugu şəhərin nömrəsi (INSEE nomenklaturası üzrə) 01–90
Fransadan kənarda doğulanlar 6–7 Sabit 99
8–10 Doğulduğu dövlətin kodu (INSEE nomenklaturası uzrə) 001–990
Bütün nömrələr 11–13 Doğum haqqında şahadətnamənin ay ərzindəki sıra nömrəsi 001–999
14–15 Nəzarət rəqəmi (97 modul) 01–97

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]