Kinematoqraf

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Kinematoqraf (yun. κινημα, κινηματος — "hərəkət" və yun. γραφω — "yazıram" sözlərindən) — kinofilmlərin istehsalını və tamaşasını təşkil edən mədəniyyət və təsərrüfat sahəsi.[1][2] Bəzən sinematoqraf (fr. cinématographe) və kinematoqrafiya (rus. кинематография) kimi də adlanır.[3] İncəsənətin ən kütləvi növü olmaqla elmi və siyasi təbliğatın mühüm vasitəsidir.[4] Kinematoqraf kino texnikası vasitələrinə malikdir. Filmlərin istehsalı kinostudiyalarda mərkəzləşmişdir. Kino plyonkası və aparatlarının hazırlanması ilə kino sənayesi məşğul olur. Filmlər kinoteatrlarda, səyyar kino qurğuları və televiziya ilə nümayiş etdirilir.[5]

Kinematoqrafiyanın banilərindən olan Lümyer qardaşları (solda Ogüst, sağda isə Lui Lümyer)

Kinematoqrafiya elminin əsas predmeti film hesab olunur. 1832-ci ildə alman Simon Ştamfer və belçikalı Yozef Platyo bir-birindən xəbərsiz eyni vaxtda "canlı çarx"ı düzəldirlər. Bu çarx sehrli lampanın prinsipi ilə işləyirdi. O fırlandıqda onun üzərindəki şəkillərin ardıcıl hərəkəti nəticəsində səlis hərəkətli kadrlar almaq olurdu. Mühəndis Frans fon Uxatius 1845-ci ildə bu iki qurğunun kombinasiyasına əsaslanan yeni qurğu ixtira edir. Ancaq bu da uzun səhnələrin göstərilməsi üçün yararlı deyildi. İlk filmlərin əsasında cizgi dururdu. Filmin sonrakı inkişafı fotoqrafiya ilə bağlı idi. Yozef Niepse işığın müəyyən səthdə saxlanması üsulunu inkişaf etdirdikdən sonra Luiz Daqürr bu sahədə irəliyə doğru daha bir addım ataraq 1839-cu ildə özünün "Daqürretopiya" qurğusunu düzəldir. Bununla da ilk dəfə olaraq təbiətin əksini almaq mümkün olmuşdur. Daqürrotopiya əşyanın metal üzərindən foto pozitividir. Filmlərin çəkilişinə qədər hələ çox texniki maneələr aradan qaldırılmalı idi. Ayrıca şəkil üçün tətbiq olunan işıqlandırma vaxtı çox uzun idi. Bu sahədə dönüş 1872-ci ildə fotoqraf Edvard Meybridj tərəfindən atın hərəkətini çəkməsi ilə baş verir. Sonralar Ernst Kolrauş 1890-cı ildə Rayn ətrafında özü düzəltdiyi xronofotoqrafla ardıcıl şəkillər çəkir. Alman ixtiraçısı Ottomar Anşuts və fransız Etinne Marey düzəltdikləri "tez oxuyan elektrik qurğu" ilə bu sahədə irəliyə doğru növbəti addımı atmış olurlar. 1893-cü ildə Mareyin assistenti Demeni fotoxronoqrafiya qurğusuna patent alır. Fransız Luiz Le Prins İngiltərədə ilk birobyektivli film kamerasını düzəldir. 1888-ci ildə o bu kamera ilə şəkillər çəkir, bunlara artıq film demək mümkün idi. Luiz Le Prinsin ixtirası ilə tanış olmayan Vilyam Dikson 1891-ci ildə Tomas Edisonun müəssisəsində kineskop və kinemotoqrafı ixtira edir. Bu qurğuda sellüloid film lentləri obyektivin qarşısından keçirilə bilirdi. Ancaq bu kineskopdan yalnız bir nəfərin istifadəsi mümkün idi. Kinematoqrafiyanın banilərindən biri Lümyer qardaşları olmuşdur.[6] Lui Lümyer[7]Ogüst Lümyer qardaşları 1895-ci ildə "Hərəkət edən fotoqraf" çəkilişi və proyeksiyası üçün kinoaparat ixtira edirlər. Sonradan həmin kinoapparat "Kinematoqraf" və ya "Sinmatoqraf" adlandırıldı. İlk pullu kinoseans açılışı 28 dekabr 1895-ci ildə Parisdə Lümyer qardaşları tərəfindən həyata keçirilmişdir. Bu seanslarda natura şəklində çəkilən qısametrajlı filmlər göstərilirdi. Bu qısametrajlı filmlərdə musiqi səsləri xüsusilə seçilirdi. 1907-ci ildə Lümyer qardaşları rəngli fotoqraf adlandırılan "Avtoxrom" aparatı kəşf etmişdilər.

  1. Moore, Harris C. "Production Problems: Cinematography". Journal of the University Film Producers Association. 1949. (#accessdate_missing_url)
  2. "World's first colour film footage viewed for first time". BBC News. 2022-04-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-13.
  3. Baker, T. Thorne. "New Developments in Colour Photography". Journal of the Royal Society of Arts. 1932. (#accessdate_missing_url)
  4. Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. V ҹилд: ИталијаКуба. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1981. С. 381.
  5. Baker, T. Thorne. "New Developments in Colour Cinematography". Journal of the Royal Society of Arts. 1932. (#accessdate_missing_url)
  6. "La première séance publique payante", Institut Lumière Arxiv surəti 12 sentyabr 2005 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 12 sentyabr 2005 at the Wayback Machine
  7. "Louis Lumière, 83, A Screen Pioneer. Credited in France With The Invention of Motion Picture". The New York Times. 7 June 1948. 6 November 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 April 2008.
  • К. В. Вендровский Вы нажимаете на кнопку — мы делаем остальное (рус.) // "Химия и жизнь" : журнал. — 1988. — № 11. — С. 30–37. — ISSN 0130–5972.
  • Жорж Садуль. Всеобщая история кино / В. А. Рязанова. — М.,: "Искусство", 1958. — Т. 1. — 611 с.
  • История зарубежного кино: в 3 т. М., 1965–1981.
  • Кино: Энциклопедический словарь. М.: Советская энциклопедия, 1987
  • Паркинсон, Д. Кино. М., 1996.
  • Б. Н. Коноплёв. Основы фильмопроизводства / В. С. Богатова. — 2-е изд.. — М.: "Искусство", 1975. — 448 с. — 5000 экз.
  • Голдовский, Е. М. Основы кинотехники / Л. О. Эйсымонт. — М.: Искусство, 1965. — 636 с.
  • Великий Кинемо: Каталог сохранившихся игровых фильмов России (1908–1919) / сост.: В. Иванова, В. Мыльникова, С. Сковородникова, Ю. Цивьян, Р. Янгиров. — М.: Новое литературное обозрение, 2002. — 568 с. — ISBN 5-86793-155-2.
  • Мусский, И. А. 100 великих отечественных кинофильмов. — М.: Вече, 2005. — 480 с. — ISBN 5-9533-0863-9.
  • Мусский, И. А. 100 великих зарубежных фильмов. — М.: Вече, 2008. — 480 с. — ISBN 978-5-9533-2750-3.
  • Кудрявцев, С. В. 3500. Книга кинорецензий: В 2 т.. — СПб.: Печатный Двор, 2008. — ISBN 978-5-9901318-3-5.
  • Лурселль, Ж. Авторская энциклопедия фильмов = Dictionnaire du cinema: Les films. — М.: Rosebud Publishing, 2009. — ISBN 978-5-904175-02-3.
  • Янгиров, Р. М. "Рабы Немого": Очерки исторического быта русских кинематографистов за рубежом. 1920–1930-е годы. — М.: Русский путь, 2008. — 496 с. — 3000 экз. — ISBN 978-5-98854-005-2.
  • Янгиров, Р. М. Хроника кинематографической жизни русского зарубежья: в 2 т. — Т. 1: 1918–1929. — Т. 2: 1930–1980 / [предисл., подгот. текста З. М. Зевиной; справочн. аппарат З. М. Зевиной, Т. П. Сухман]. — М.: Книжница: Русский путь, 2010. — 544 + 640 с. — ISBN 978-5-85887-385-3.
  • Янгиров, Р. М. Другое кино: Статьи по истории отечественного кино первой трети XX века / сост. и авт. предисл. А. И. Рейтблат. — М.: Новое литературное обозрение, 2011. — 416 с. — (Кинотексты). — ISBN 978-5-86793-858-1.
  • Вся кинематография. Настольная адресная и справочная книга / ред. Ц. Ю. Сулиминский. — М.: Жак Чибрарио де Годен, 1916. — 192 + 80 с.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]