Malaylar

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Malaylar
Ümumi sayı
27,800,000
Yaşadığı ərazilər
Malayziya
İndoneziya
Dili

Malay dili

Dini

İslam

MalaylarAvstroneziya dillərinə aid Malay dilində danışırlar. Qədim zamanlarda onlar Cənubi Hindistan əlifbasında yazırdılar. 14-15-ci əsrlərdə ərəb əlifbasından istifadə edirdilər. Malaylar əsasən Cənub-Şərqi Asiya bölgəsində yayılmışlar: Bruney, Timor, İndoneziya, Madaqaskar, Malayziya, FilippinSinqapurda kompakt şəkildə yaşayırlar. Onlar həmçinin Avstraliya, Kanada, Komor adaları, Almaniya, Yaponiya, Myanma, Niderland, Səudiyyə Ərəbistanı, Cənubi Afrika, Xaynan, Honkonq, Yeni Kaledoniya, Şimali Marian adaları kimi ərazilərdə yaşayırlar. Dil baxımında malay-polineziya dillərinə mnub olan Malay dilində danışırlar. Bəzən Malaylar termini geniş mənada işlədilir. Onlar arasında islam, xristianlıq, buddizm, induizm və qəbilə adət ənənələri geniş yayılmışdır. Dəri rəngləri baxımından açıq bürünc və tünd qəhvəyi olurlar.

Malay mətbəxi

[redaktə | vikimətni redaktə et]

Qidaların başında təbii ki, düyü durur, ustəlik ət, tərəvəz, balıq məsulları geniş istifadə edilir. Bütün yeməklərin ən başlıca fərqlilikləri onlara kakos südünün qatılmasıdır. Onlar bu məhlulu Santan adlandırırlar. Yeməklərdə donuz, yırtıcı heyvanların, gəmiricilərin, həşaratların və Allahdan (c.c) başqasının adına kəsilən heyvanların ətinin istifadəsi qadağandır[1][2].

Malayların əsas dili malay dilidir. Üstəlik bu Malayziyanın rəsmi dilidir. Bu dil rəsmi olaraq 1945-ci ildə bu statisa layiq görülmüş və İndoneziya dili adlandırılmışdır. Bu dil İndoneziyanın az saylı xalqları ilə əlaqə qurulmasında istifadə edilir. Beynəlxalq statusa malikdir.

Ənənəvi geyimləri kişilərdə uzun köynək və şalvar geyinirlər. Qadınlar saronq adlı geyim geyirlər Qadınların bütün bədən üzvləri (təbii ki əl və üz istisnadır) örtülür.

Həytları boyunca onlar mütləlif etaplardan keçirlər. Qız uşaqlarının qulaqlarını 5-10 yaşlarında sırğa üçün deşirlər. Oğlan uşaqları isə islam şərtlərinə uyğun şəkildə sünnət edirlər. Yeni doğulan uşqların qulağına ərəbçə dua oxunur. Toyları islam qaydaları cərcivəsində təşkil edilir. İslamdan öncə ki, adətlərə toylarda rast gəlmək olar(İslama zıdd olmayanlar)[3]. Digər müsəlmanlar kimi həccə gedirlər.

Əsas bayramları dinlə bağlıdır: Ramazan bayramı və ya Xari islamda yeni il,Qurban bayramı, Məhəmməd Peyğəmbərin (s.a.s) anadan olduğu gün[4].

  1. Виктор Погадаев. А дуриан совсем недурен. Секреты малайзийской кухни. - «Восточная коллекция», 2001, N4
  2. Погадаев, В. Кухня Малайского архипелага // Азия и Африка сегодня. N 11, 1999, с. 77-79
  3. Погадаев, В. «Любовь приходит после свадьбы» — Азия и Африка сегодня, N 4, 1999, С.79-80
  4. Виктор Погадаев. Краски всей Азии. - «Восточная коллекция», 2006, N3
  • Энциклопедия «Народы и религии мира», ред. В. А. Тишкова, М.-1998.
  • С. В. Бычков. По зелёным холмам Малайзии, М.-1979.
  • Погадаев, В. А. Малайзия. Карманная энциклопедия. М.: Муравей-гайд, 2000.
  • Малайцы: Этногенез, государственность, традиционная культура (МИИ. Вып. IV). М.: Московский филиал РГО, 1991.
  • Английский раздел Википедии, статья «Малайцы».
  • Погадаев, В. А. Малайский мир (Бруней, Индонезия, Малайзия, Сингапур). Лингвострановедческий словарь. Свыше 9000 словарных статей / Pogadaev, V.A. Dunia Melayu (Brunei, Indonesia, Malaysia, Singapura). Kamus Lingua-Budaya / Pogadaev, V.A. Malay World (Brunei, Indonesia, Malaysia, Singapore). Lingua-Cultural Dictionary). М.: Восточная книга, 2012 ISBN 978-5-7873-0658-3