Maqan padşahlığı
Tarixi dövlət | |
Maqan padşahlığı | |
---|---|
|
Maqan padşahlığı və ya Makkan[1] — e.ə. 2300-cü ilə aid Şumer mixi yazılarında Mesopotamiya üçün mis və diorit mənbəyi kimi adı keçən qədim region. Sonrakı dövrdə mis qədim Kiprdən gətirilmişdir.
Maqan hələ Urda kuti padşahlarının hakimiyyəti dövründən əvvəl Ur ilə ticarət edirdi. E.ə. 2100-cü ildə onların devrilməsindən sonra Ur-Nammu yolları bərpa edilmiş və iki dövlət arasında ticarət yenidən başlamışdır.[2]
Maqanın dəqiq yeri məlum deyil, lakin arxeoloji və geoloji məlumatlar Maqanın indiki Oman ərazisində yerləşdiyini göstərir.[3] Tarixçilərin azlığı regionu Yəmənin ərazisində yerləşmiş Məin dövləti ilə əlaqələndirir,[4] digərləri isə Nubiyada (Sudan) və ya Misirdə yerləşdirirlər.
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Boats of the World
- ↑ Hamblin, William J. Warfare in the Ancient Near East to 1600 BC. New York: Routledge, 2006.
- ↑ M. Redha Bhacker and Bernadette Bhacker. "Digging in the Land of Magan". Archaeological Institute of America. 2012-05-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-08-10.
- ↑ F. Hommel, Ethnologie und Geographie des alten Orients, (Handbuch der klassischen Altertumswissenschaft von W. Otto, III. Abtl. I, Teil, Bd. I, Munich 1926), 550, 578 ff.