Meçiqmen buxtası
Meçiqmen buxtası | |
---|---|
çuk. Мэчивмэн | |
Ümumi məlumatlar | |
Tip | Buxta (körfəz) |
Sahəsi | 1500 km² |
Həcmi | 6000 km³ |
Orta dərinliyi | 6-9 m |
Yerləşməsi | |
65°28′45″ şm. e. 172°05′22″ q. u.HGYO | |
Ölkə | Rusiya |
Akvatoriyası | |
|
|
|
Müçiqmen buxtası[1] — Berinq dənizi sahillərində nisbətən iri və dayaz körfəz. İnzibati baxımından Rusiya Fererasiyası, Çukot Muxtar Dairəsi, Çukot rayonu ərazisinə daxildir. Körfəzin sahəsi 1500 km²-dir. Su toplayıcı sahəsi isə 6000 км² bərabərdir.
Körfəzin çukot dilindən tərcüməsi daxil olmayan mənasını verir.
Körfəz ilk dəfə 1744-cü ildə Dmitri İvanoviç Psavluskinin ekspedisiyası tərəfindən kəşf edilmiş və xəritəyə saslınmışdır.
Fiziki-coğrafi göstəriciləri
[redaktə | vikimətni redaktə et]Meçiqmen buxtası Berinq dənizində iki dillə ayrılır: Meçiqmen (13 km) və Raupelyan. Onlar öz aralarında 500 metrlik boğazla ayrılırlar. Dillər bununlada buxtanı açıq dənizdən ayırır. Körfəz materikin daxilinə 35 km məsafədə daxil olur. Buxta daxilində bir neçə kiçik adalar vardır. Onlar arasında ən irisi İlier adlanır. Adanın hündürlüyü 55 metr, eni 1,8 km, uzunluğu isə 3,5 km-dir. Körfəzdə qabarmanın hündürlüyü 1 metrə çatır. Körfəzin sahillərimndə Kevalqıtıq, Innın, Açekqıtqın, Neskuten, Lorino, Alyakınnotqıtqın və Taqrınqıtqın gölləri yerləşir. Göllər körfəzdən ensiz dillə ayrılırlar. Körfəz ətrafında geotermal mənbələr vardır. Buxtaya tökülən çaylar qərb hissədə estuari əmələ gətirirlər. Buxtada yerləşən burunlar: Ratlayut, Kıypen, Vıvvıtqır, Pıntam, Çinçiney, Vıvveyqıkıtrın. Qərbində Rırankeetkıtrıkır adası vardır.
Körfəzin yerləşdiyi rayonda ən hündür nöqtə Kolyo dağıdır (585 m).
Buxtanın şərq sahillərində Lorino kəndi yerləşir.
İqlim
[redaktə | vikimətni redaktə et]Buxtanın iqlimi subarktik, dənizdir. Havanın illik temperaturu −6,6°С, qışda orta temperatuer −17,5°С, yayda isə +6,6°С olur. İqlimi olduqca rütubətlidir.
Buzla örtülmə dönəmi oktyabrın sonlarından iyunun ortalarına qədər davam edir.
Flora və fauna
[redaktə | vikimətni redaktə et]Bitki örtüyü baxımından əsasən mamırlar üstünlük təşkil etsə də digər bitkilərdə vardır. Sularında 15 növ balıq aşkar edilmişdir. Köç zamanı bura çoxlu sayda quşlar enir. Burada bu dönəm ağ qazları müşahidə etmək mümkündür.
Tarix
[redaktə | vikimətni redaktə et]Buxta sahilində yerləşən yeganə yaşayış məntəqəsi olan Lorino haqqında ilk məlummat XVIII əsrə[2][3] aiddir. Hazır ki çukot yaşayəş məntəqəsi keçmiş eskimos kəndi olan Nukakın yerində salınmışdır[4]. 1 yanvar 2009-cu il məlumatına görə Lorino kəndində 1484 nəfər yaşayır. Onlardan 501 nəfəri 16 yaşına qədər olanlardır. Əhalinin 90 % yerli xalqlardan ibarətdir.
Arxeologiya
[redaktə | vikimətni redaktə et]Buxtanın sahillərimndə qədim eskimos mədəniyyətinin izləri aşkarlanmışdır. Meçiqmen dilində bu yaxınlara qədər ovçu düşərgəsi vardı — Masik.
Mənbə
[redaktə | vikimətni redaktə et]İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Водно-болотные угодия России, т. IV, (сост. А. В. Андреев). Arxivləşdirilib 2019-04-13 at the Wayback Machine М.: Wetlands International, 2001, стр 151–155, ISBN 90-5882-986-3
- ↑ Традиционный праздник села отметили жители Лорино Arxivləşdirilib 2014-07-14 at the Wayback Machine — Сhukotnews, 08.08.2011
- ↑ "Лорино". Избирательная комиссия Чукотского автономного округа. 2011-06-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-06-19.
- ↑ "Участки парка / Лорино". Природно-этнический парк Берингия. 2011-06-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-06-21.