Mikoriza

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Mikoriza (yun. mikos – göbələk və rhiza - kök) – göbələk-kök göbələk miselisinin ali bitki kökləri ilə birlikdə simbioz (müştərək) yaşaması.[1]

Ümumi məlumat

[redaktə | vikimətni redaktə et]

Mikoriza bitkilərin kökündə müxtəlif formalarda olur; kökün ucunu xaricdən əhatə edən ektotrof Mikoriza və miselinin hüceyrənin daxilinə keçməsi ilə xarakterizə olunan endotrof mikoriza ayırd edilir. Ektotrof Mikoriza bir çox ağac (palıd, küknar, şam, tozağacı), kol (söyüd), bəzi kolcuqlar və ot bitkiləri (diridoğan qarabaşaq) üçün xarakterikdir. Endotrof Mikorizanın inkişafı zamanı kökün forması dəyişmir, kök telləri məhv olmur, göbələk hifləri qabıq parenximasının hüceyrə daxilində yerləşir. Köklərində Mikoriza olan bitkilər mikotrof bitkilər adlanır.

  1. Məmmədov Q.Ş., Xəlilov M.Y. Ensiklopedik ekoloji lüğət Bakı 2008

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]