Modelləşdirmə
Modelləşdirmə (ing. modeling, ru.моделирование) - şəraitin və ya fiziki obyektin təsvir edilməsi üçün riyazi üsullardan istifadə olunması. Kompüterlərdə modelləşdirmə əsasən iki sahədə aparılır: biznesdə və görüntülərin işlənməsində. Biznesdə modelləşdirmə, adətən, elektron cədvəllərin köməyilə, şirkətin durumunu və fəaliyyətini əks etdirən maliyyə verilənlərinin işlənməsi zamanı aparılır; verilənlərin idarə olunması, planların və layihələrin işlənib hazırlanması, eləcə də ehtimal olunan dəyişikliklərin təsirinin qiymətləndirilməsi üçün modelləşdirmədə riyazi düsturlardan istifadə olunur. Qrafik modelləşdirmədə obyektlərin və, lazım gələrsə, onlar arasındakı fəza əlaqələrinin təsviri üçün riyazi üsullardan istifadə edilir. Məsələn, CAD proqramları alətlər, ofislər, mürəkkəb molekullar və avtomobillər kimi fiziki obyektin ekran təsvirini yaradır. Beləliklə, həndəsi modellər, tənliklərə əsaslanmaqla, xətləri, əyriləri və s. yaradır və bu formaları ikiölçülü və ya üçölçülü fəzada bir-birinə nəzərən dəqiq yerləşdirir. Obyektləri boyamaq və onların müəyyən nöqtədən həcmli təsvirini vermək üçün işıq-kölgə effektlərinin modelləşdirilməsinin xüsusi riyazi üsullarından istifadə edilir. Moddelləşdirmə — Obyektin modelinin köməyi ilə orjinal obyektin əsas xüsusiyyətləri barəsində məlumatın alınması məqsədi ilə bir obyektin başqası ilə əvəz edilməsidir. Beləliklə, modelləşdirmə obyektin model vasitəsi ilə təsvir etmək və onun modeli üzərində eksperimentlər aparmaqla həmin obyekt haqqında məlumatın alınması deməkdir. Bir qrup obyektlərin (orijinalların) başqa qrup obyektlərlə ( modellə) əvəz olunmasının nəzəriyyəsi və oyektlərin xüsusiyyətlərini onların modelləri üzərində tətbiq olunması modelləşdirmə nəzəriyyəsi adlanır. Əgər modelləşdimənin nəticələri təsdiq olunursa və tədqiq olunan obyektlərdə gedən proseslər barəsində proqnoz verməyə əsas verirsə bu zaman deyirlər ki, model obyektə adekvativdir. Bu zaman modelin adekvativliyi modelləşdimənin məqsədindən və qəbul olunmuş kriteryalardan asılı olur[1]. Müasir dövrdə məlumatın alınması əsasında qərarların qəbul edilməsinə əsaslanan müxtəlif sistemlərin idarə olunması sahəsində bu və ya digər dərəcədə modelləşdirmə metodlarından istifadə olunur. Modelləşdirmənin metodoloji əsası kimi elmi-tədqiqatların və dərk etmənin dialektik-materialist metodu götürülür. İnsan fəaliyyətinin istiqamətləndirildiyi hər bir şey obyekt adlandırılır (latınca objectum- əşya). Metodologiyanın işlənilməsi bizim şüurumuzdan asılı olmayaraq mövcud olan, öz aralarında və ətraf mühit ilə qarşılıqlı təsirdə olan obyektlər haqqında məlumatın alınmasının və malının nizamlanmasına yönəlmişdir.
Ədəbiyyat
[redaktə | vikimətni redaktə et]- İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Mənbə
[redaktə | vikimətni redaktə et]- ↑ "Sistemlərin modelləşdirilməsi" İ.Ə. İbrahimov və b., Bakı -1986