Nəmirli (Ağdam)
Nəmirli | |
---|---|
40°13′16″ şm. e. 47°00′12″ ş. u.HGYO | |
Ölkə | |
Region | Ağdam rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Nəmirli — Azərbaycan Respublikasının Ağdam rayonunun Nəmirli kənd inzibati ərazi dairəsində kənd.[1]
Nəmirli kəndi 1994-cü il aprel ayının 23-də Ermənistan ordusu tərəfindən işğal olunub. Kənd 20 noyabr 2020-ci ildə Azərbaycana qaytarılıb.
Tarixi
[redaktə | vikimətni redaktə et]Nəmirli – Azərbaycan Respublikasının Ağdam rayonunda kənddir; rayon mərkəzi olan Ağdam şəhərindən 30 km. şimal-şərqdə, Qarabağ düzündə yerləşir. Azərbaycan Respublikasının Ağsu rayonunda da Nəmirli adlı kənd var.
Mədəniyyəti
[redaktə | vikimətni redaktə et]İşğala qədərki dövrdə Nəmirli kəndində orta məktəb, mədəniyyət evi, iki kitabxana, klub, tibb məntəqəsi, rabitə şöbəsi və müxtəlif ticarət-iaşə obyektləri var idi. Erməni işğalçıları hər şeyi dağıdıb yerlə yeksan ediblər.
Əhalisi
[redaktə | vikimətni redaktə et]İşğala qədərki dövrün son məlumatına əsasən, Nəmirli kəndinin əhalisi 644 nəfər (türk və müsəlman kürdlərdən ibarət qarışıq etnik kökənli əhalidən barət) olub. Əhalinin əsas məşquliyyəti üzümçülük, taxılçılıq, heyvandarlıq və baramaçılıq idi. Əhalisi o qədər də çox olmayan Nəmirli kəndi erməni işğalçılarıyla mübarizədə çoxlu şəhid verib.
Ədəbiyyat
[redaktə | vikimətni redaktə et]- Azərbaycan Sovet Ensiklopediyası; 1983, VII cild,
- Baxşeyiş Abbasoğlu, “Ağdam ağrıları”,
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.