Nokaut

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Boksçunun başına ağır zərbə endirilməsi adətən nokaut ilə nəticələnir. Burada Məhəmməd Əli oxşar bir zərbəni 6 avqust 1966-cı ildə Brayan Londona endirir və rəqibini nokaut ilə məğlub edərək öz ağır çəki çempionluğunu qoruyur.

Nokaut (ing. knockout; knock – vurmaq, out – kənar, bayır) — aldığı zərbə nəticəsində boksçunun başının gicəllənməsi, yaxud huşunu itirməsi, hakim 8-dək sayınca özünə gəlib, döyüşü davam etdirə bilməməsi. Döyüşçü nokautla uduzan boksçu ilə azı 3 ay müddətinə yarışlarda iştirak etmək qadağan olunur.[1]

Nokdaun (ing. knockdown; mənası – sarsıdıcı zərbə) — aldığı zərbə nəticəsində boksçunun başının gicəllənməsi. Nokautdan fərqli olaraq nokdaun vəziyyətinə düşmüş boksçu hakim 8 sayınca özünə gəlib yarışı davam etdirmək iqtidaraında olur.[2]

  1. Нокаут // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VII ҹилд: МисирПрадо. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1983. С. 287.
  2. Нокдаун // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VII ҹилд: МисирПрадо. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1983. С. 287.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]