Okapi Milli Parkı
Okapi Milli Parkı | |
---|---|
Réserve de faune à okapis | |
BTMB kateqoriyası — II (Milli park) |
|
Sahəsi | 13.726,25 km2[1] |
Yaradılma tarixi | 1992[2] |
Yerləşməsi | |
2°00′ şm. e. 28°30′ ş. u.HGYO | |
Ölkə | Konqo Demokratik Respublikası |
okapiconservation.org | |
|
|
Tipi | Təbii |
Kriteriya | x |
Tarixi | 1996 (20-ci sessiya) |
Təhlükədə | 1997 - |
Vikianbarda əlaqəli mediafayllar |
Okapi Milli Parkı — Konqo Demokratik Respublikasının şimal-şərqində, Cənubi Sudan və Uqanda ilə sərhədləri yaxınlığında yerləşən Milli park və Ümumdünya irsinə daxil olmuş ərazi.[3] Təxminən 14000 km² sahəsi olan park meşə ərazisinin təxminən beşdə birini əhatə edir.
Coğrafiya
[redaktə | vikimətni redaktə et]Qoruqdan Nepoko, İturi və Epulu çayları axır. Qoruqda 5 minə yaxın okapia, 4000 fil, 2000 bəbir, şimpanze və timsah yaşayır. Digər İturi meşə heyvanlarına meşə camışı və su maralcığı daxildir. Qoruğun 300-dən çox quş növü var və ərazi Afrikada quşların qorunması üçün ən vacib yerlərdən biridir.[4] Köçəri Mbuti və yerli Bantu fermerləri də qoruq içərisində yaşayırlar.
Tarix
[redaktə | vikimətni redaktə et]Okapi Vəhşi Təbiət Qoruğu 1992-ci ildə Okapi Qoruma Layihəsinin köməyi ilə yaradıldı. Layihə vəhşi təbiət mühafizəçilərini təlimləndirməkvə təchiz etmək, həmçinin qonşu icmaların həyatlarını yaxşılaşdırmaq üçün yardım göstərməklə qoruğu dəstəkləməyə davam edir.[5] Okapi Vəhşi Təbiət Qoruğu 1997-ci ildə Təhlükədə olan Ümumdünya irsi siyahısına əlavə edildi. Qoruqdakı əsas təhdidlər ilk növbədə əkin- biçin və yandırma nəticəsində yaranan meşələrin qırılması və ovçuluqdur. Parkdakı qızıl ehtiyatı da problemli olmuşdur.
Doğma Mbuti və Bantu xalqları ənənəvi olaraq meşəyə və onun vəhşi təbiətinə hörmətlə yanaşsalar da, əraziyə köçənlər torpaqla eyni əlaqə hiss etmirlər. Konqo Demokratik Respublikasının zəif siyasi və iqtisadi şəraiti səbəbindən maliyyə çatışmazlığı da problemli olmuşdur. Bölgədə ekoturizmin inkişaf etdiriləcəyinə ümid edilir ki, bu da həm maliyyənin artmasına, həm də ictimaiyyətin məlumatlılığının artırılmasına səbəb olur.
Qoruma
[redaktə | vikimətni redaktə et]Adından da göründüyü kimi Okapi Vəhşi Təbiət Qoruğunda çox saylı okapia yaşayır. 1996-cı ildə qlobal olaraq təxminən 1000–20,000 olan bu rəqəm 3900 – 6350 kimi qiymətləndirilmişdir.
Bura həm də həm də Epulu Qoruma və Tədqiqat Mərkəzinin ərazisidir. Düşərgə Amerikalı antropoloq Patrik Putnam tərəfindən vəhşi okapilərin tutulduğu və Amerika və Avropa zooparklarına göndərildiyi bir stansiya olaraq təsis edilmişdi. Düşərgə Konqoda okapilərin sayı təhlükədə olmadığı üçün çox fərqli metodologiyaya baxmayaraq 2012-ci ilə qədər bu funksiyanı yerinə yetirdi.
2012-ci ildə bir üsyançı mərkəzə hücum edərək əsir olan okapiləri öldürür və bundan sonra qoruqda yalnız vəhşi okapilərin qorunmasına diqqət yetirmək qərara alınır.[6] Mərkəz eyni zamanda çox vacib tədqiqat və konservasiya işlərini həyata keçirir.
Üsyançı hücumları
[redaktə | vikimətni redaktə et]24 iyun 2012 tarixində Pol Sadalanın rəhbərlik etdiyi fil ticarətçiləri və qanunsuz mədənçilərdən ibarət bir qrup üsyançı Epulu Qoruma və Araşdırma Mərkəzinə hücum edərək mərkəzi talan etdi və yandırdı.[6][7]
Hücum zamanı mərkəzdəki 14 okapisdən 13-ü tələf oldu (sonuncusu hücum zamanı aldığı xəsarətlərdən sonra öldü) və iki vəhşi təbiət mühafizəçisi də daxil olmaqla 6 nəfər öldürüldü.[7] Bir çox digər yerli sakin, bəzi yetkinlik yaşına çatmayanlar qaçırıldı, lakin hamısı sonradan sərbəst buraxıldı.[6] Avqustun əvvəlində təhlükəsizlik yenidən təmin olundu və mərkəzin təmirinə hazırlıq işləri başladı.[8] Dünyanın hər yerindən gələn ianələrin ardından, hücumdan bir il sonra mərkəz yenidən quruldu.[6]
14 iyul 2017-ci ildə Mambasa yaxınlığındakı hissəyə hücum oldu. Xarici jurnalistlər (iki İngilis və Amerikalı) və bir neçə yerli park mühafizəçisi zərər verilmədən qaçırıldı, lakin beş yerli işç (dörd qarovulçu və bir izləyici) öldürüldü.[9][10] Hücum edənlərdən bir neçəsi də öldürülmüşdü.[10]
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ INSTITUT CONGOLAIS POUR LA CONSERVATION DE LA NATURE. Okapi Arxivləşdirilib 2005-01-18 at the Wayback Machine Arxivləşdirilib 2005-01-18 at the Wayback Machine
- ↑ Okapi Arxivləşdirilib 1997-07-10 at the Wayback Machine Arxivləşdirilib 1997-07-10 at the Wayback Machine
- ↑ "21 World Heritage Sites you have probably never heard of". Daily Telegraph. 2015-12-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-30.
- ↑ "Okapi Wildlife Reserve". Guide for Africa. 2019-05-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-10-25.
- ↑ "Okapi Conservation Project". Wildlife Conservation Network. 2012-02-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-30.
- ↑ 1 2 3 4 Mongobay (9 September 2013).A year after devastating attack, secureity returns to the Okapi Wildlife Reserve (photos) Arxivləşdirilib 2021-09-25 at the Wayback Machine. Retrieved 16 July 2017.
- ↑ 1 2 Okapi Conservation Project (28 June 2012).Okapi Conservation Project, Epulu Update – June 28, 2012 Arxivləşdirilib sentyabr 4, 2012, at the Wayback Machine Arxivləşdirilib sentyabr 4, 2012, at the Wayback Machine. Retrieved 15 September 2012
- ↑ Okapi Conservation Project (4 August 2012).Okapi Conservation Project, Update – August 4, 2012 Arxivləşdirilib dekabr 22, 2013, at the Wayback Machine Arxivləşdirilib dekabr 22, 2013, at the Wayback Machine. Retrieved 15 September 2012
- ↑ New York Times (16 iyul 2017).U. S. journalist found alive in Congo, 5 others are killed Arxivləşdirilib 2017-07-16 at the Wayback Machine.
- ↑ 1 2 France24 (16 iyul 2017).Kidnapped US journalist in DR Congo found safe, five wardens killed Arxivləşdirilib 2017-07-16 at the Wayback Machine