64°24′11″ şm. e. 173°20′53″ q. u.HGYO

Provideniya buxtası

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Provideniya buxtası
rus. Бухта Провидения
Ümumi məlumatlar
Tip Buxta (körfəz)
Sahil uzunluğu 34 km
Dərin yeri 150 m
Yerləşməsi
64°24′11″ şm. e. 173°20′53″ q. u.HGYO
Ölkə  Rusiya
Akvatoriyası
Provideniya buxtası xəritədə
Provideniya buxtası
Provideniya buxtası
Provideniya buxtası xəritədə
Provideniya buxtası
Provideniya buxtası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Provideniya buxtasıÇukot yarımadasının cənub-şərq sahillərində, Berinq dənizinə daxil olan Anadır körfəzində yerləşən buxta. sahillərində nisbətən iri və dayaz körfəz. İnzibati baxımından Rusiya Fererasiyası, Çukot Muxtar Dairəsi ərazisinə daxildir.

Buxtaya giriş şərqdən Lısaya Qolova, qərbdən isə Lesovski burunları ilə daraldılır. Lısaya qolova buernu Çukotski burnundan 11 km şimal-qərbdən qərbdə yerləşir. Buxtanın eni girəcəkdə 8 km, uzunluğu isə orta xətt boyunca 34 km təşkil edir. Emma havanının yuxarısında eni 4 km, aşağı hissədə isə 2,5 km-dir. Buxta aşağı hissəsə şimal-şərqə, sonradan isə şimala yönəlir. Burada onun eni 2 kilometrə çatır. Buxtanın sıldırımlı sahilləri vardır. Sıldırımlı sahillərdə hündürlük 600—800 metrə çatır. Buxtada qabarmanın hündürlüyü 1 metrə çadır.Buxrta maydan oktyabra qədər buzdan azad olur. Onun girəcəyində dərinlik 34 metrə çatır. Maksimal dərinlik isə 150 metrdir. Son vaxtlar aparılan ölçmələr nəticəsində dərinliyin 18-20 azalması müşahidə edilmişdir.

Buxta daxilində bir neçə buxta vardır:Komsomolskaya buxtası (Emma havanı), Slavyanka buxtası, Xed buxtası, Vsadnik buxtası və Keşa buxtası.

Komsomolskaya buxtası Provideniya buxtasının girəcəyindən şərqdə yerləşir. Ölçüləri 1,5×6 km-dir. Dərinliyi 11–27 m arasında dəyişir. Onun sahillərində Provideniya və Ureliki yaşçayış məntəqələri yerləşir. Burda üstəlik «Provideniya buxtası» adlı hava limanı da fəaliyyət göstərir. Buxtaya giriş Puzin və Lixaçyov burunları ilə əhatələnir.

Slavyanka buxtası sakit bir ərazidə yerləşir. Buxtada olan Plover dili təbii dalğaqıran rolu oynayır. Provideniya buxtasının girəcəyindən 8 km aralıdadır. Plover dilinin sonucunda Qaydak burnu yerləşir.

US Coast Survey körfəzin şimalında Vsadnik buxtasının təsviriuni vermişdir. 1099-cu ildə isə Asiatic Pilot Vladimir və Keşa buxtalarının adını çəkir. onların dayazlıqlardan ibarət olmasını vurğulayır.

Plover dilində eskimoslara aid kənd vardır. US Coast Survey dil yaxınlığında Rirak qəsəbəsinin adını çəkir. 1928-ci ildən isə Ekka buxtası sahilində Uredlak qəsəbəsi xatılrladılır. sovetlər dönəmində əhali buradan Provideniya limanı ərazisinə köçürülmüşdür.

1881-ci ildə Aurel Krauze Plover körfəzində çukçalara aid Nasskatulok adlı yaşayış məntəqəsinin adını çəkir. Ancaq 1898-ci ildə Valdemar Boqoraz artıq bu yaşayış məntəqəsi haqqında məlumat vermir. Buxtanın digər sahillərində də yaşayış məntəqələri olmuşdur. Buxtanın şərqində Avan addlı kənd olmuşdur.

Bu yaşayış məntəqələri 1941-ci ildə sahil qoruma batareyalarının yerləşdirilməsi məqsədi ilə köçürülmüşdür. Bir mənbədə isə bu yaşayış məntəqələrinin 1950-ci illərə qədər körfəzin girəcəyində mövcud olması bildirilir.

Buxta 1660-cı ildə Kurbat İvanov tərəfindən kəşf edilmişdir. Bundan düz 200 il müddətində buxta adsız qalmışdır. 1848—1849-ci illərdə britaniyalı «Plover» gəmisinin kapitanı Tomas Mur buxtada qışlamışdır. 1848-ci ilin yanvarında Berinq dənizində itmiş Franklik ekspedisiyasını axtarmağa çıxır. 17 oktyabr 1848-ci ildə təhlükəsiz bir havana daxil olur. Birinci uğurlu qışlamadan sonra buxtanı Provideniya adlandırır. (Провидения).

1866—1867-cı ildə buxtada Western Union Telegraph Expedition işçiləri qışlamışdır. Buxta XIX əsrdən XX əsrə qədər ticarət və balina ovunu həyata keçirən gəmiçilərin görüşdüyü sevimli yer olmuşdur.

1875-ci ildə Serqey Tırtov «Qaydamak» gəmisində buxtaya daxil olmuş və burada dövlət inhisarlığının tətbiqinə çalışmışdır. O, sonradan şimala Laavrentiya körfəzinə yönəlmişdir.

1876-cı ilin 5 iyulunda andrey Novosilskinin rəhbərliyi altında «Vsadnik» gəmisi buxtaya daxil olur. O burada coğrafi ölçmələr aparmaqla yanaşı dövlət inhisarçılığının təmini üçün tədbirlər görer. Burda xarici ölkələrə aid gəmi aşkarlanmasada, yerlilərin xaricilərlə alverinin izlərini müəyyən edir. 1937-ci ildə şimal dəniz yolunun səyisi Otto Şmidt burada limanın inşasını vacib hesab etmişdir. Artıq 1940-cı ilin yayaında ilk gəmilər priçala yan almışdırlar. Burada Provideniya dəniz limanının inşası ilə Ureliki yaşayış məntəqəsi inşaf etmişdir.