Qırmızı palıd
Qırmızı palıd | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Qırmızı palıd |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Təbii yayılması:
[redaktə | vikimətni redaktə et]Şimali Amerika, İspaniya, Türkiyədə-Ağ, Mərmərə və Egey dənizləri ətrafı ərazilərdə rast gəlinir. Bu palıd növü budaqlarında fırlar əmələ gətirən mənənələrin (Coecus ilicus) sahib bitkisidir və növün adı bununla əlaqədar adlandırılıb. 1683-cü ildən mədəni şəraitdə becərilir.
Botaniki təsviri:
[redaktə | vikimətni redaktə et]Hamar, boz qabıqlı, yığcam, sıx, dik gövdəli həmişəyaşıl koldur. Yarpaqların uzunluğu 1,5-3,5 sm və eni 0,6-2 sm, oval, ellipsvari və ya uzunsov-yumurtavari, ucu biz və ya ucu yumru, bünövrəsi yumru və ya ürəkvari, kənarları dalğalı, hər tərəfdən 4-6 cüt bizvari dişli, cod, dərili, üstü çılpaq, parlaq, tünd yaşıl, alt tərəfi daha açıq, çılpaq və ya damarcıqların künclərində zəif tükcüklüdür. Saplaqları möhkəm və çox qısadır. Budaqları çoxsaylı, boz, hamar, yaşlandıqda çatlayan qabıqla örtülmüşdür. Zoğları sarımtıl-boz, çılpaqdır. Tumurcuqları 3-4 mm uzun-luğunda, çılpaq və ya tüklüdür. Qozaların uzunluğu 1,5-2,5 sm, yumurtavari və ya uzunsov-yumurtavari, ucu biz, açıq qonur, tünd zolaqlı, tək və ya cüt, möhkəm, çoxiynəli kasacıqlı olub, ümumi saplaqda yerləşir. Örtüyü qozanı yarısınadək və ya onun uzunluğunun üçdə iki hissəsinədək örtür. Üzəri nazik, uzun, çox vaxt əyilmiş, iynəli pulcuqlarla örtülmüşdür. Mayda çiçəkləyir. Meyvələri sapsız, xırda, konusvari qozalardır, II il yetişir.
Ekologiyası:
[redaktə | vikimətni redaktə et]-200C-dək şaxtaya davamlıdır. Rütubətli yerlərdə yaxşı bitir.
Azərbaycanda yayılması:
[redaktə | vikimətni redaktə et]Cənub zonasında və ya şimal rayonlarında konteynerdə becərilir. Abşeronda yaşıllaşdırmada rast gəlinir.
İstifadəsi:
[redaktə | vikimətni redaktə et]Çox dekorativdir. Hamar, yaşıl yarpaqları payızda qırmızı rəng alır. Qabığından boya sənayesində istifadə olunurdu.
Məlumat mənbələri
[redaktə | vikimətni redaktə et]Azərbaycan Dendroflorası III cild-Bakı:"Elm",2016,400 səh. Arxivləşdirilib 2019-11-17 at the Wayback Machine T.S.Məmmədov
İstinad
[redaktə | vikimətni redaktə et]- Флoрa Aзeрбaйджaнa. т.5. 1954; Флoрa Kaвkaзa. т.5. 1954;
- Azərbaycanın ağac və kolları. I cild. 1961;
- Azərbaycan flora-sının konspekti. I-III cildlər. 2005; 2006; 2008;
- Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov. Azərbaycanın nadir ağac və kol bitkiləri", Bakı: "Elm", 2014, 380 səh
- ↑ Linnæi C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 2. S. 996.