1°14′51″ şm. e. 103°49′49″ ş. u.HGYO

Sentosa

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Sentosa adası
ing. Sentosa, tam. செந்தோசா, çin. 圣淘沙, malay Belakang Mati
Adanın ümumi görünüşü
Adanın ümumi görünüşü
Ümumi məlumatlar
Sahəsi 5 km²
Uzunluğu
  • 4,7 km
Eni 2,3 km
Yerləşməsi
1°14′51″ şm. e. 103°49′49″ ş. u.HGYO
Ölkə  Sinqapur
Vilayət
  • Cənub-Qərb vilayəti
Akvatoriya
Sentosa adası xəritədə
Sentosa adası
Sentosa adası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Sentosa və ya Blakanq-Mati[1] (ing. Sentosa, tam. செந்தோசா, çin. 圣淘沙) — Hind okeanında yerləşən, Sinqapura məxsus ada. Tropik Sentosa adası Sinqapurdan beş yüz metr cənubda yerləşir. Adanı Sinqapurdan Keppel boğazı ayırır. Sentosa malay dilində «sakitlik» mənası deməkdir. Sentosa asiyanın Disneylendi hesab olunur[2]. Adada dünyanın ən böyük əyləncə mərkəzlərindən biri, eləcədə bir çox görməli yerlər: Siloso fortu, Dəniz həyatı okeanariumu, Merlion heykəli və s. var. Sentosada beş ulduzlu otellər, idman tikililəri və çimərliklər üstünlük təşkil edir.

Görməli yerləri

[redaktə | vikimətni redaktə et]
Merlion heykəli

37 metrlik nəhəng formalı Merlion heykəli Sentosa adasında yerləşir. Bu heykəl Sinqapur şəhərində olan əsil Merlion heykəlinin təkrarıdır.

Adanın qərb hissəsində Siloso fortu yerləşir. Bu istehkamdan daha çox İkinci dünya müharibəsi zamanı Sinqapura qərbdən edilən müdaxiləyə cavab vermək məqsədi ilə istifadə edilib. Fort 1880-ci ildə Britaniya ordusu tərəfindən qurulub və Keppel boğazına çıxışı qorumaq məqsədi daşıyıb. Sonralar istekam yenidən qurulmuş və 1939-cu ildə 150 millimetirlik Mark2 və on iki funtluq sürrətli sillalarla təmin olunmuş. Müasir dövrdə Siloso fortu İkinci dünya müharibəsindən qalmış yeganə istehkam qurğusudur.[3]

Fortda olan bütün bunkerlər, anbarlar, tunellər hal-hazırda turustlər üçün açıqdır. Burda həmçinin XVII əsr, eləcə də İkinci Dünya müharibə dövrünə aid silah sərgisidə mövcuddur. Ərazidə çoxlu britaniya əsgər və zabitlərinin fiqurlar var. Məhz bu fiqurlar mövcud durumu əyani göstərməyə xidmət edir. Fortda şəkil və sənədlərin nümayiş olunduğu bölmədə fəaliyyət göstərir.

Siloso fort 1989-1993-cü illərdə siyası məhbusların saxlanılma yeri kimi istifadə olunub.

Sentosa çimərlikləri

[redaktə | vikimətni redaktə et]

Adada üç əsas çimərlik var. Çimərlik büsbütün ağ qumla örtülüdür. Çimərlikdə kanoe kirayə götürmək, eləcədə serfinqlə məşğul olmaq mümkündür.

Palavan çimərliyi

[redaktə | vikimətni redaktə et]

Çimərlik uşaqlarla dincəlmək üçün əlverişli məkandır. Çimərlik yaxınlığında Palavan amfiteatrı yerləşir (Palawan Amphitheatre). İş rejimi: 12:00-17:30. Giriş pulsuzdur.

Siloso çimərliyi

[redaktə | vikimətni redaktə et]

Siloso çimərliyi aktiv çimərlik həvəskarları üçündür. Restoran və barlar çimərlik üstünlük təşkil edir. Çimərlik voleybolu üçün əla şərait mövcuddur.

Tanjonq çimərliyi

[redaktə | vikimətni redaktə et]

Adanın ən sakit və romantik çimərliyi hesab olunur.

  1. "Топографические карты Генштаба". 2015-03-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-11-18.
  2. "СЕНТОЗА". 2021-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-18.
  3. "The "Main Fleet to Singapore" Strategy". National Archives of Singapore. 2006-09-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-11-18.