Tetis okeanı
Tetis (yun. Θέτις, ing. Thetis) — qədim okean olaraq Mezozoy erası dövründə mövcud olmuş, Qondvana və Lavrasiya kimi materiklərin arasında yerləşmişdir. Aralıq dənizi, Qara dəniz, Xəzər dənizi və Aral gölü bu okeanın qalıqlarıdır.[1]
Tarixi
[redaktə | vikimətni redaktə et]Avropanın hündür nöqtələri Alp, Karpat dağlarında və Asiyanın Himalay dağlarının zirvələrində dəniz canlılarının qalıqları aşkarlanır. Bu isə onu deməyə əsas verir ki, bu ərazilər tarixən suyun altında olmuşdur. Bunu əsas gətirən Zyoss Eduard 1893-ci ildə bu qədim okeanı Tetis adlandırmışdır. Bu ad yunan ilahəsinin adıdır. Bəzən isə bu okeanı Sarmat dənizi və ya Ponti dənizi adlandırılır.
Müasir baxış
[redaktə | vikimətni redaktə et]Tetis okeanı milyard il önçə Qondvana və Lavraziya qitələrinin arasında meydana gəlmişdir. Materiklərin daim öz yerini dəyişməsi öz növbəsində okeanında sahəsinə və quruluşuna öz təsirini göstəsirdi. Onun konfiqurasiyası tez-tez dəyişirdi. Tetis okeanı bu səbəblərdən irəli gələrək nisbətən kiçik hissələrə bölünürdü:
- Prototetis alimlərin fikirncə bu hissə 850 milyon il əvvəl meydana gəlir. Bu okean 6-10 min km enə malik olmuşdur.[2]
- Paleotetis 320—260 milyon il əvvəl yaranıb və Sakit okeanın böyük körfəzi rolunu oynayır.
- Mezotetis 200—66,5 milyon il əvvəl mövcud olmuş və Karib dənizi hövzəsindən Tibet dağları ərazisinə qədər uzanırmış.
- Neo tetis 66—13 milyon il əvvəl Qondvananın bölünməsi zamanı yaranır. 50 milyon il öncə isə İndontan Asiya ilə birləşir. Bundan sonra Qafqaz, Himalay, Pamir və Karpat dağları yaranır.
- Sarmat dənizi Krım və Qafqaz adaya bənzər şəkildə 13—10 milyon əvvəl yaranır. 5—4 milyon il əvvəl Qara dənizin səviyəsi qalxır və Xəzər dənizi, Türkmənistan ərazilərinə dolur.[3]
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ "Tetis okeanının sahili". 2014-01-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-10-26.
- ↑ "Prototetis". 2014-01-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-10-26.
- ↑ "Xəzər hövzəsinin qısa tarixi". 2019-11-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-10-26.