Yaponiya iqtisadiyyatı
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Ümumi iqisadi göstəricilər
[redaktə | vikimətni redaktə et]2004 ÜDMsi 2003ə görə %4,4 artmışdır. 2005də isə %2,3 artm göstərməkdədir.[1]
Yaponiya, ABŞ və Almaniyadan sonra Dünyanın üçüncü böyük ixracatçısı mövqesindədir. Cəmi dünya ixracatı içərisində %11.4lik nisbətlə birinci sıranı alan ABŞı %9.2lik nisbətlə Almaniya və %5.7lik nisbətlə Yaponiya izləməkdədir. Cəmi dünya idxalatı içərisində isə %4.7lik nisbətiylə ABŞdan sonra Yaponiya ikinci sıranı al/götürməkdədir. ÜDM sıralamasında isə birinci sıranı ABŞ ikinci sıranı Yaponiya götürməkdədir.[2]
Yaponiyanın ixracatında ABŞ, idxalatında isə ən böyük pay sahibi ölkə Çin Xalq Respublikasıdır. İdxalatda Çini, ABŞ izləməkdədir.
Yaponiyaya baxdığımızda maliyyə təşviqlərin təsirinin ancaq işsizlikdəki qismi enişi və ödəniş səviyyələrindəki azalmanı qoruduğu deyilə bilər. 2011-ci ildə böyümənin yüzdə 2 ətrafında olması gözlənilməkdədir. 2011 ili boyunca işsizlik nisbətləri yüzdə 5.5 səviyyələrində davam edəcək və defilyasiyada da varlığını qoruyacaq. Bank of Japan deflasyon ilə döyüşdə daha güclü tədbirlər görməlidir. Faiz nisbətlərini aşağı səviyyələrində tutmalı və inflyasiyada bəzi inkişaflar görülənə qədər konkret bəzi tədbirlər görülməlidir. Yaponiyanın yüksək cəmiyyət borc nisbətləri və büdcə açıqları düşünüldüyündə maliyyə təşviqlərin olması da çox mümkün görünməməkdədir. Bu səbəblə hökumət cəmiyyət xərcləmələrindəki artımı ancaq digər xərcləmə proqramlarından bir kısıntı ilə əldə edə biləcək. Etibarlı və orta dönəmli bir maliyyə konsulatsiya proqramının yaradılması və tətbiq olunmağa başlanması əhəmiyyət ifadə etməkdədir. Bu cür bir proqram ilə təməl vergi islahatları ilə birlikdə digər strukturca islahatlar edilməlidir, xüsusilə yaşlanan əhali mühitindəki həyat standartlarının inkişaf etdirilməsi üçün bu bir zərurətdir.
Digər Asiya ölkələrindən qaynaqlanan idxalat tələbi ilə birlikdə artan Yapon ixracatı Yaponiya üçün bir şans olmuşdur. sentyabr 2008 sonrasında Yenin dəyər qazanmasında qismi bir tərs vəziyyətin reallaşması da bu ixracata köməkçi olmuş və xüsusilə avtomobil və məlumat texnologiya əsaslı məhsullara olan tələb artmışdır. 2009un ilk yarısındakı böyük sıçramadan sonra iflas ədədlərində də bir tarazlıq meydana gəlməyə başlamış və tarixi səviyyələrinə görə aşağı olmaqla birlikdə yenə də istehlakçı etibarında bir artım və mali şərtlərdə bir yaxşılaşma yaşanmışdır. 2009-cu ildəki təşkilati qazancların azalması firmaların sərmayə planlarını mənfi təsir etmişdir. Aşağı reytingli borclananlar üçün risk mükafatlarının yüksək olması və bank kreditlərindəki aşağı səviyyələr böyümə və rifah artımında da mənfi təsirlər meydana gətirmişdir.
Təşkilati seqmentdəki mənfi inkişaflar əhalinin əmək gücü bazarları vasitəçiliyi ilə təsir etmişdir. Əhalinin gəlirləri, 2008-ci ildə ödənişlərin düşməyə başlaması və işsizliyin artımı ilə birlikdə azalmışdır. 2009 yazı etibarilə işsizlik nisbətləri yüzdə 5.7 kimi rekord səviyyələrə çıxmışdır.
İş-gücü bazarının zəifliyinə baxmayaraq xüsusi istehlakda bir sıçrama görülməkdədir. 2009 ili ikinci rübü sonrası yaşanan bu inkişafda daha çox əhaliyə edilən ödəniş ödəmələri və hökumət sərmayələrinin cüt xanalı rəqəmlərə çatması sayıla bilər. Maliyyə duruşun heç olmasa 2011-ci ilə qədər genişləyici bir müstəvidə olması, ancaq bu maliyyə genişləmənin büdcə açığını daha da artırması gözlənilməkdədir. 2011 ili etibarilə ÜDMin yüzdə 10undan daha çox olacaq. Bu vəziyyət OECD ölkələri arasındakı onsuz da yüksək olan cəmiyyət borclarını ÜDMin yüzdə 204ü kimi daha da yüksək bir səviyyəyə çəkəcəkdir. Eyni zamanda ÜDMlərinin yüzdə 113ü səviyyələrində olan dəqiq borc da OECD ölkələri arasında ən yüksək olanıdır.
Bank of Japanın davamlı surətdə likvidliyi təmin etməsi nəticəsində iqtisadi böyümənin 2011-ci ildə yüzdə 2 olaraq reallaşması gözlənilməkdədir. Buna baxmayaraq həm iç həm də xarici risklər daha çox mənfi istiqamətli olaraq görünməkdədir. Dünya ticarətinin düzəlməsi və siyasətlərin tətbiq olunması nöqtəsindəki risklər tamamilə ortadan
qalxmamışdır. Mali bazarlarda tətbiqə qoyulan təcili tədbirlərin erkən təmizliyi iç tələbdə mənfiliklərə səbəb ola biləcək. Yapon iqtisadiyyatı qlobal inkişaflara qarşı çox həssasdır. Məsələn qlobal şərtlərdəki bir yaxşılaşma ilə birlikdə Yaponiyadakı böyümə eyni yaxşılaşmanın başqa ölkələrə olan təsirindən çox daha çox qatqı təmin edə bilməkdədir.
Yaponiya iqtisadiyyatı
[redaktə | vikimətni redaktə et]1990-cı illərə qədər Yaponiyanın iqtisadi sistemi üçün üfürülən sabun köpüyünün vəziyyəti xarakterikdir. XX əsrin son onilliyinin əvvəlində partlamış bu sabun köpüyü hakimiyyəti məcbur etdi ki, öz siyasətlərini artım tendensiyasından döndərib enişin qarşısını almağa tərəf yenidən istiqamətləndirsinlər. Yaponiya 1970–1980-ci illərdə dünya birliyində sənaye mallarının ticarəti və istehsalı üzrə ABŞ -dan sonra ikinci yeri inamla tuturdu. Ölkə bəzi sahələrdə dünya iqtisadiyyatının qloballaşma prosesləri ilə və təsərrüfat əlaqələrinin beynəlmiləlləşdirilməsi ilə əlaqədar olan tələblərə cavab verərək dünya liderliyini qazanmağa və saxlamağa nail oldu. Lakin mərkəzləşmiş dövlət hakimiyyətinin sintezinə və digər ölkələrin təcrübəsini məhsuldar şəkildə mənimsəmək qabiliyyətinə əsaslanan iqtisadiyyat modeli 1990-cı illərdə ölkənin gələcək inkişafını ləngitməyə başladı. Yaponiya öz iqtisadi inkişafına görə rəqiblərindən, ilk növbədə ABŞ -dan geri qalmağa başladı. Əgər 1990-cı ildə Yaponiyada ÜDM ABŞ-dəki ÜDM-un 38%-nə bərabər idisə, 1999-cu ildə bu göstərici 32,5%-ə qədər düşdü. Yaponiyada adambaşına düşən ÜDM 1999-cu ildə ABŞ-nin analoji göstəricisinin 70%-nə bərabər idi. 1990-cı ildə isə bu göstərici 77% idi.
Depressiya ölkənin, demək olar ki, bütün makroiqtisadi göstəricilərini əhatə etdi. Xüsusi halda, iqtisadi artım sürətinin nəzərəçarpacaq dərəcədə azalması qeyd olunurdu. 1980–1999-cu illərdə bu göstərici orta hesabla 4,1% idisə, 1990–1999-cu illərdə 1,4% olmuşdur. Lakin 1998-ci ildə bütün müharibədən sonrakı dövrdə ilk dəfə olaraq, ÜDM-in ən böyük azalması – 2,5% baş verdi. Bu azalma 2002-ci ildə də artıq 0,6% qiyməti ilə təkrar olundu.
1998-ci ilin vəziyyəti əsasən Asiyanın maliyyə böhranının təsiri ilə izah olunurdu. Bundan başqa, həmin ildə şəxsi istehsala kapital yatırımları 11,7%-ə qədər azaldı. Investisiya aktivliyinin cari göstəriciləri aşağı olaraq qalırdı. Maşınqayırmada sifarişlərin portfeli əvvəlki illə müqayisədə il ərzində orta hesabla 19% az olmuşdur. Artıq 1999-cu ildə böhranı aradan qaldırmaq mümkün oldu. Sənaye istehsalı 0,4% artdı, hazır məhsulların ehtiyatı 6,7%, müəssisələrin müflisləşmələrinin sayı 19% azaldı. ÜDM-un artımı 1996-cı ildən sonra ilk dəfə olaraq daxili bazarın şərtləri ilə təmin olunmuşdur. Istehlak tələbatı 1,2%, şəxsi mənzil tikintisi 1,4% artmışdır. 2000-ci il həyata keçə bilməyən yüksəliş ili oldu. Birinci rübdə bütün əsas iqtisadi göstəricilər çox yüksək oldu. ÜDM artımı əvvəlki rübdə 2,4%, sənaye istehsalında 4,5% təşkil etdi. Konyunkturanı saxlayan amil ixracat artımının yüksək sürəti idi (illik səviyyədə 12,8%). Zəiflik əlamətləri 2000-ci ilin son rübündə üzə çıxdı. Bu dövrdə əhalinin istehlak xərclərinin həcmi (ümumi tələbatın ən böyük komponenti – ÜDM-un 55%-i) dörd rübdə ilk dəfə olaraq 0,6% azaldı. Tendensiya qırıldı. Istehlak tələbinin artımı ləngidi (il ərzində cəmi 0,5% təşkil etdi), mənzil tikintisi tamamilə azaldı (illik artım yalnız 1,2%). Iqtisadiyyatın infrastrukturuna dövlət investisiyaları 5,3% azaldı. ÜDM-un mənfi dinamikası qismən ümumi tələbatın mənfi tendensiyası ilə izah olunur. Bu isə əsasən istehlak xərclərindən ibarətdir. Istehlak xərcləri çox ləng şəkildə bərpa olunur, çünki gəlirlər, demək olar ki, artmır, əmək bazarı isə balanslaşdırılmamışdır. Xarakterik haldır ki, Yaponiyada əmək haqqının artım sürəti digər ölkələrin göstəricilərindən geri qalırdı. Belə ki, 1990–1998-ci illərdə Yaponiyada real əmək haqqının indeksi 9,4% artdığı halda, ABŞ-də 24,6%, Fransada 24,4%, Kanadada 20,7% artdı. 1999-cu ildə real əmək haqqı 0,9% azaldı, işsizliyin səviyyəsi isə 4,7%-ə çatdı. Bu, 1953-cü ildən sonra ən yüksək göstərici idi. Işsizlərin sayı 1999-cu ildə 3,2 milyon nəfərə çatdı. Onların, demək olar ki, yarısı yaşı 34-dək olan cavanlar idi. 2000-ci ildə işsizliyin səviyyəsi əmək qabiliyyətli əhalinin sayının 4,8%-nə çatdı, 2001 və 2002-ci illərdə isə göstərici artaraq, uyğun olaraq 5 və 5,4% təşkil etdi (cədvəl 7.2).
2000-ci ildə ticarətdə və xidmətlər sferasında yeni iş yerlərinin yaradılması nəticəsində sənayedə və tikintidə məşğulluğun azalması kompensasiya olundu. Əmək bazarının qeyri-tənzimlənməsi başlandı. Müvəqqəti muzdlu peşələrə qoyulan məhdudiyyətlər aradan götürüləndən sonra müvəqqəti müqavilələr üzrə işləyənlərin sayı artdı. Yapon şirkətləri son dövrlərə qədər işə qəbul üçün aşağı yaş limiti (40 yaş) müəyyənləşdirirdilər, lakin 2000-ci ilin sonunda ABŞ-nin nümunəsi üzrə yaş limiti qadağan edildi. Yaponiyanın cari iqtisadi vəziyyətinin özünəməxsus xüsusiyyəti qiymətlərin azalan səviyyəsidir. 1990-cı illərdə ölkənin deflyasiya ilə qarşılaşması ilk dəfə 1995-ci ildə baş vermişdir. Bu dövrdə pərakəndə qiymətlərin artımı 0,1% təşkil etmişdir. Illik səviyyədə topdan qiymətlərin azalması 1984-cü ildən başlayaraq, demək olar ki, aramsız şəkildə baş verir. 1994-cü ildə deflyasiyanın səviyyəsi 1,9%, 1995-ci ildə 10% təşkil etmişdir. Daha sonra 1996–1998-ci illər ərzində Yaponiyada pərakəndə və topdan qiymətlərin (indekslərin növləri ilə fərqlənməyənlər) müsbət artımı müşahidə olunurdu. Bu artım həmin illərə uyğun olaraq 0,1; 1,8 və 0,6% idi. Lakin 1999 və 2000-ci illərdə deflyasiya spiralı yenidən işə düşdü və pərakəndə qiymətlər 1999-cu ildə 0,3%, 2000-ci ildə 0,7% aşağı düşdü. Zəifləyən istehsalın fonunda deflyasiya prosesi yapon iqtisadiyyatı üçün neqativdir. Ev təsərrüfatları və şirkətləri müəyyən məbləğli iri xərclər barədə qərarları sonraya saxlayır və qiymətlərin növbəti ucuzlaşmasını gözləyirlər. Nəticədə əmanətlər artır, istehsal xərcləri və investisiyalar azalır. Ailə büdcələrində əmanətlərin payı 1987 və 1997-ci illər arasında 23,4%-dən 28,8%-ə qədər yüksəlmişdir. 1990-cı ildən başlayaraq, malların qiymətlərin azalması korporasiya səhmlərinin kurslarının və torpaq qiymətlərinin azalması ilə müşayiət olunurdu. Yapon iqtisadiyyatının böhranı ondan başladı ki, 1989-cu ildə ticarətin son günündə 38915 maddə səviyyəsinə çatmış Nikkei indeksi 1990-cı ilin elə birinci günündə aşağı düşdü, 2001-ci ilin avqustunda ən aşağı rekord göstəriciyə (1984-cü il dekabrın 11-dən sonrakı dövr üçün) gəlib çatdı. Hərracın sonunda isə indeks 11250 maddə təşkil edirdi
Torpaq
[redaktə | vikimətni redaktə et]Torpaq sahələrinin qiymətləri daha ləng düşür, çünki səhmlərlə müqayisədə daşınmaz əmlak daha az likviddir. 1999-cu ilin əvvəlində şəhərlərdə torpaq sahələrinin qiymət səviyyəsi 1990-cı ilin səviyyəsindən 18,4% aşağı idi. Səhmlərlə və topaq sahələri ilə bağlı möhtəkirçi əməliyyatlarda kommersiya bankları daha aktiv idi. Bu kommersiya bankları həmin məqsədlər üçün aşağı faizli kreditlər verirdilər. Böhrandan sonra isə həmin kreditlər "pis kreditlərə" çevrilirdi. Başqa sözlə, səhmlərin kursları və torpaq qiymətləri düşdüyü zaman və onların birja dəyəri 255 trilyon ienə qədər azaldığı zaman ölkə kommersiya banklarının, trast bankların və uzunmüddətli kredit banklarının ümumi aktivlərinin təqribən 38%-dən, yaxud bütün borc kapitalının 19%-dən məhrum oldu. Müasir mərhələdə yapon iqtisadiyyatının vəziyyətinin xüsusi göstəricisi şirkətlərin müflisləşmə sayıdır. Şirkətlərin müflisləşmə sayı (10 milyon ien və daha çox borcu olan şirkətlər nəzərdə tutulur) 1997-ci illə müqayisədə 1998-ci ildə 17,1% artdı. Bu, bütün müharibədən sonrakı dövrdə ölçü etibarilə ikinci göstəricidir. Həmin şirkətlərdən qalan borcların ümumi məbləği 1,438 trilyon iendir. Müflisləşmələrin 70%-i uzun sürən enmədə satışın aşağı səviyyəsi və ümidsiz borclar üzündən baş verirdi. Kəskinləşən iqtisadi böhran şəraitində 2001-ci ilin noyabrında müflisləşmələrin sayı 2000-ci ilin noyabr ayı ilə müqayisədə 10% çox idi. 2001-ci ilin noyabrında 1851 şirkət müflisləşdi. Bu, Ikinci dünya müharibəsinin qurtarmasından sonra ən pis aylıq göstəricidir. Məhz resessiya ilə bağlı müflisləşmələrin sayı 1419 və ya ümumi sayın 76,7%-i idi.
Yaponiyanın xarici iqtisadi əlaqələri
[redaktə | vikimətni redaktə et]Yaponiyanın xarici iqtisadi əlaqələrinin coğrafi təmərküzü əsasən ABŞ, Qərbi Avropa ölkələri və ACEAN dövlətləridir. Yapon ixracının 38%-i, idxalının 25%-i Cənub –Şərqi Asiya ölkələrinin payına düşür. Yapon iqtisadiyyatının azsaylı dayaqlarından biri emaledici sənayenin ixrac yönümüdür. Son onillikdə ÜDM-in real artımının orta hesabla üçdə biri ixracatla təmin olunur. Yaponiya 1981-ci ildən başlayaraq xarici ticarət üzrə və qeyri ticarət cari ödənişlər üzrə daima aktiv saldoya malik idi. Bu aktiv saldo ÜDM-in 3–4%-nə bərabər idi. Xarici ticarətdə 1980/81 və 1998/99 maliyyə illərində Yaponiyanın ÜDM-da ixracatın xüsusi çəkisi dəyişməz qalaraq 10,2 və 10,3% təşkil etmiş, idxalın payı isə 10,8%-dən 7,6%-ə qədər azalmışdır. İxracat payının stabilliyi xarici bazarlarda rəqabətin kəskinləşməsi və yapon hökumətinin əsasən daxili bazara istiqamətlənmiş inkişaf kursu ilə əlaqədar idi. Idxal payının azaldılması resursların qənaət proqramının və xammal, enerji daşıyıcıları qiymətlərinin düşməsinin nəticəsi idi.
Ticarət
[redaktə | vikimətni redaktə et]1998-ci ildə ticarət balansı rekord səviyyədə – 133,3 milyard dollara yaxın idi. Ödəniş balansının cari maddələr üzrə müsbət saldosu 27,4% artmış və təqribən 132,2 milyard dollara çatmışdır. Yapon ixracatının ticarət strukturunda maşınqayırma məhsullarının payı 1998-ci ildə 74%-ə çatmış, idxalatda isə xammalın və enerji daşıyıcılarının payı 23% olmuşdur. Hərçənd, 1975-ci ildə bu göstərici 65% idi. Buna səbəb olan amillər neft və xammal qiymətlərinin düşməsi və artımda resursların qənaət modelinin reallaşdırılması, həmçinin yapon kapitalının xaricə axını və Yaponiyanın xarici müəssisələrinin məhsullarının ölkəyə gətirilməsi idi. 1999 və 2000-ci illərdə malların ixracı onların idxalını uyğun olaraq 12279,5 və 10716 milyard ien üstələdi. Xarici ticarət ekspansiyasının əks tərəfi dollara nəzərən ien kursunun yüksəlməsi oldu (1980-ci illərdə 35%).1990-cı illərdə artım daha sürətli idi. Təkcə 1999-cu ildə ien 40%-dən çox bahalaşdı. Həm də bahalaşma öz yolunun yarısını iyulun ikinci yarısından başlayaraq iki aya keçdi. Yaponiyada valyuta vəziyyətinin möhkəmlənməsi beynəlxalq hesablaşmalarda ienin iştirakının genişlənməsi ilə müşayiət olunurdu. Ien yapon ixracatı üzrə əməliyyatların həcminin 34%-də, idxalat üzrə isə 12%-də istifadə olunurdu. Lakin yapon hakimiyyəti hələ ki, ienin beynəlxalq valyuta qismində rolunun yüksəlməsini gücləndirməyə cəhd göstərmir və ölkə iqtisadiyyatı üçün neqativ nəticələrdən ehtiyat edir. Təsadüfi deyil ki, beynəlxalq ehtiyatların tərkibində 66% ABŞ dollarına, yalnız 8% yapon ieninə düşür. Beləliklə, 1990-cı illərdə Yaponiya iqtisadiyyatının inkişafı, demək olar ki, bütün sferalarda böhran hallarının qarşısının alınmasının xroniki zərurəti ilə xarakterizə olunur.
İstinadlar
[redaktə | vikimətni redaktə et]Xarici keçidlər
[redaktə | vikimətni redaktə et]- (yap.) (ing.) Yaponiya Maşınqayırma Assosiasiyası [1]
- (yap.) (ing.) Yaponiya Gəmiqayırma Assosiasiyası [2]
- Economic survey of Japan 2008: Reforming the labour market to cope OECD with increasing dualism and population ageing
- Why Are Japanese Wages So Sluggish? IMF Working paper
- Long-Term Effects of a Recession at Labor Market Entry in Japan and the United States Arxivləşdirilib 2010-06-23 at the Wayback Machine
- LABOR TURNOVER IN THE USA AND JAPAN: A TALE OF TWO COUNTRIES [ölü keçid]