Yer haqqında elmlər
Yer haqqında elmlər (geoelmlər) - Yer planetinin quruluşunu (litosfer, hidrosfer, atmosfer), əhalisini, onun təsərüfat fəaliyyətini və Yerətrafı kosmik məkanı öyrənən elmlər qrupudur.
Yerin öyrənilməsi Yer qrupundan olan digər planetlərin öyrənilməsini asanlaşdırır. Günəş sistemini öyrənən zondlar meydana gəldikdən sonra Yer haqqında elmlərə planetologiya elmi də əlavə olundu. Bu elm Ayı, planetləri, onların peyklərini, meteor və kometləri öyrənir.
Yer haqqında elmlərə daxildir:
- təbiət elmləri: geologiya, fiziki coğrafiya və s.
- ictimai elmlər: əhali coğrafiyaı, iqtisadi coğrafiya və s.
Yer bütün haqqında elmlər ümumi və regional sahələrə bölünürlər. Ümumi elm həmin elmin ümumi qanunauyğunluqlarını, regional elm isə həmin elmin dar bir sahəsini öyrənir.[1]
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ "Arxivlənmiş surət". 2022-03-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-09-13.