Content-Length: 77950 | pFad | https://az.wikiquote.org/wiki/Dua

Dua — Vikisitat Məzmuna keç

Dua



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Aclığa səbr edərsən adı oruc olar, ağrıya səbr edərsən adı mətanət olar, insanlara səbr edərsən adı xoşgörüş olar, istəyə səbr edərsən adı dua olar, duyğulara səbr edərsən adı gözyaşı olar, darıxmağa səbr edərsən adı həsrət olar, Sevgiyə səbr edərsən adı eşq olar. Mövlana Cəlaləddin Rumi
  • Ağlar gələndə onların əlində "İncil", bizim əlimizdə torpaqlarımız var idi. Sonra onlar bizə gözümüzü yumub dua etməyi öyrətdilər. Gözümüzü açanda isə bizim əlimizdə "İncil" var idi, onların əlində torpaqlarımız. Jomo Kenyatta
  • Alimlər dua edirmi? Albert Eynşteyn
  • Allaha dua qılır, şeytanla oturub-durur. Rus atalar sözləri
  • Allahlar bizi cəzalandırmaq istəyəndə dualarımızı eşidirlər. Oskar Uayld
  • Amerikada bizim minəcəyimiz təyyarənin düşəcəyini düşünən bir qadın var. İnsanlar qorxub dua etdiyimizi düşünür, amma biz nə etdik? İçdik. Rinqo Starr
  • Ana çilə yumağıdır, ata isə dua qaynağı... Şeyx Ədabali
  • Dua- birinci dərəcəli ibadət, dünyanın başlıca gücü, güc mənbəyidir. İbn Sina
  • Dua dinin əsası, din isə ruhu təmizləmək vasitəsidir. İbn Sina
  • Dua- sabahın açarı, dünənin qapı cəftəsidir. Mahatma Qandi
  • Dua: Vaxtın bərəkətli olsun. Əbu Turxan
  • Duada ürəksiz sözlərə malik olmaqdansa, sözsüz ürəyə malik olmaq daha yaxşıdır.
  • Dua və tövbələrlə keçiriləcək bir həyat belə müharibənin məsuliyyətini və günahını təmizləməyə kifayət deyil. Qriqori Rasputin
  • Dünyaya dua ilə gəlməmişik ki, qarğışla da gedək. Fars atalar sözləri
  • Düşmənlərinizi sevin, sizi təqib edənlər üçün dua edin. Belə ki siz göylərdə olan Atanızın övladları olasınız. Çünki O, günəşini həm pislərin, həm yaxşıların üzərinə doğurur, yağışını da həm salehlərin, həm də saleh olmayanların üzərinə yağdırır. İsa
  • Ey iman edənlər! Səbr və dua ilə (namazla Allahdan) kömək diləyin. Çünki Allah səbr edənlərlədir (onların dostudur). Qurani-Kərim
  • Hər ağızda bir dua var. Azərbaycan atalar sözləri/H
  • ... Hətta padşahlar çox vaxt böyük işlər üçün doğulan insanların acı taleyindən şikayətlənir və taleyin onları miskinliklə böyüklük arasındai yerləşdirməməyinə təəssüflənir. Dua edən müdrik insan da yoxsulluq, zənginlik üçün yox, həqiqi xoşbəxtlik meyarı olan orta vəziyyət üçün dua edir. Daniel Defo
  • Həyatda olduğunuz müddətcə, ömürü fürsət bilin. Bir müddət sonra həyat qapısı bağlanacaq, bu dünyadan ayrılacaqsınız. Gücünüz çatdığı müddətcə xeyirli işlər etməyi qənimət bilin. Tövbə qapısı açıqkən və əlinizdə bu imkan varkən bunu fürsət bilin. Tövbə edin. Dua etməyə imkanınız varkən, dua edin. Saleh kəslərlə birlikdə olmağı fürsət bilin. Əbdülqədir Geylani
  • Xeyirxahlıq – daim haqqında dua etdiyin deyil, artıq etdiyindir. Terri Pratçett
  • İnsanın nəyəsə nail olmasının üç yolu var: planlaşdırma, işləmək, dua etmək. Corc Patton
  • İnsanlar arasında Tanrın səni görürmüş kimi yaşa. Tanrıya dua edərkən də insanlar səni dinləyirmiş kimi dua et. Seneka
  • İnsanoğlunun duaları həmişə möcüzələr üçündür. Hər cür dua əslində belə sadələşdirilə bilər: Tanrım, iki dəfə ikinin dörd et. İvan Turgenev
  • “Qonşunu sev və düşməninə nifrət et” deyildiyini eşitmisiniz. Mənsə sizə deyirəm ki, düşmənlərinizi sevin, sizi təqib edənlər üçün dua edin. Belə ki siz göylərdə olan Atanızın övladları olasınız. Çünki O, günəşini həm pislərin, həm yaxşıların üzərinə doğurur, yağışını da həm salehlərin, həm də saleh olmayanların üzərinə yağdırır. Əgər sizi sevənləri sevirsinizsə, nə mükafatınız olacaq? Vergiyığanlar da belə etmirmi? Əgər yalnız qardaşlarınızı salamlayırsınızsa, başqalarından artıq nə etmiş olursunuz? Bütpərəstlər də belə etmirmi? Ona görə də Səmavi Atanız kamil olduğu kimi siz də kamil olun.[1] İsa
  • Mələklər və şeytanlar məni də ziyarət edirlər, amma mən onları başımdan edirəm. Əgər gələn mələkdirsə ona köhnə bir dua oxuyuram, bezib gedir. Yox, əgər gələn şeytandırsa ona köhnə bir günahı təkrarlayıram, məndən tez uzaqlaşır. Cübran Xəlil Cübran
  • Mən Tanrıya inanıram. Onu hər şeyin başlanğıcı, Ruh və Sevgi kimi qavrayıram. Mən ondayam, o da məndə. Hamının Tanrı kimi qəbul elədiyi İsaya dua etməsini ən böyük günah sayıram. Lev Tolstoy
  • Ruslar dardüşüncəli, sırtıq, hətta axmaq görünə bilərlər, amma onların qarşısına çıxanlara dua etməkdən başqa ayrı əlac qalmır. Uinston Çörçill
  • Uşaqkən hər axsam yatmadan əvvəl Tanrıya mənə bir velosiped verməsi üçün dua edərdim. Bir gün Tanrının çalışma tərzinin bu olmadıgını anladım. Səhərisi gün getdim özümə yeni bir velosiped oğurladım və hər axşam yatmadan əvvəl Tanrıya günahlarımı bağışlaması üçün dua etdim. Al Kaponi

İstinadlar

[redaktə]
  1. Matta 5:43-48








ApplySandwichStrip

pFad - (p)hone/(F)rame/(a)nonymizer/(d)eclutterfier!      Saves Data!


--- a PPN by Garber Painting Akron. With Image Size Reduction included!

Fetched URL: https://az.wikiquote.org/wiki/Dua

Alternative Proxies:

Alternative Proxy

pFad Proxy

pFad v3 Proxy

pFad v4 Proxy