Content-Length: 160352 | pFad | https://az.wikiquote.org/wiki/Mark_Tven

Mark Tven — Vikisitat Məzmuna keç

Mark Tven

Mark Tven
Doğum tarixi 30 noyabr 1835
Doğum yeri Florida
Vəfat tarixi 21 aprel 1910
Vəfat yeri Redding
Dəfn yeri Vudloun qəbiristanlığı
Vikipediya məqaləsi

Mark Tven (ing. Mark Twain, əsl adı Semuel Lenqhorn Klemens ing. Samuel Langhorne Clemens; 30 noyabr 1835 – 21 aprel 1910) — Amerikalı yazıçı, jurnalist və ictimai xadim. Onun yaradıcılığı yumor, satira, fəlsəfi fantastika, publistika və digər sahələri əhatə edir. O, bütün bu janrlarda humanist və demokratik bir mövqedən çıxış etmişdir.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Aclıqdan ölmək üzrə olan bir iti qurtarın, sizi dişləməyəcək. İnsan ilə it arasındakı başlıca fərq budur.
  • Ad gününü ilk dəfə qeyd edən adama nə etmək lazımdır? Öldürmək belə azdır.
  • Adəm ən adi insan idi. O, almanı öz xatirinə deyil, haram olduğuna görə istəyirdi. Əgər ilan haram olsaydı, onu yeyərdi.
  • Adəm kişi idi və bu hər şeyi deyir. O, haram meyvəni meyvə olduğuna görə yox, haram olduğuna görə yedi.
  • Adəm sevinirdi: bir şey deyəndə əmin ola bilərdi ki, ondan əvvəl heç kəs bunu deməyib.
  • Adətən, gözəl improvizasiya edilmiş nitq hazırlamaq üçün mənə üç həftə vaxt tələb olunur.
  • Adi günlərdə biz öz əxlaqımızdan çox az istifadə edirik. Bazar günü isə onun təmirə ehtiyacı olur.
  • Aforizmin düzgün nisbətləri: az söz, maksimum məna.
  • Axmaq insanlarla heç vaxt mübahisə etmə, onlar səni öz səviyyələrinə sürükləyəcəklər və sonra təcrübə ilə döyəcəklər.
  • Axmaqlıq etmək haqqı – şəxsiyyətin müstəqil inkişafının təminatlarından biridir.
  • Ağzını bağlı saxlamaq və insanlara axmaq olduğunu düşünməyə icazə vermək ağzını açıb bütün bu şübhələri uzaqlaşdırmaqdan daha yaxşı olar.
  • Allah axmaqları və uşaqları qoruyur. Bu bir həqiqətdir. Mən bunu ona görə bilirəm ki, bunu öz üzərimdə yoxlamışam.
  • Allah əvvəlcə elə-belə, praktika üçün yaramazları, sonra isə məktəb müəllimlərini yaratdı.
  • Allah əvvəlcə kişini, sonra isə qadını yaratdı. Sonra Allahın kişiyə yazığı gəldi və ona tütün verdi.
  • Allah ilk növbədə axmaqları yaradıb. Bu təcrübə üçün idi. Sonra məktəb lövhələrini düzəltdi.
  • Allah insanı son gündə, tam yorulanda yaratmışdır.
  • Allah İtaliyanı Mikelancelonun ideyasına görə yaratdı.
  • Allaha şükür, bu ölkədə üç üstünlüyümüz var: söz azadlığı, fikir azadlığı və onlardan heç vaxt istifadə etməmək müdrikliyi.
  • Allahın insanı yaratmasının yeganə səbəbi onun meymundan məyus olmasıdır.
  • Allahın mərhəməti ilə biz ölkəmizdə üç qiymətli xoşbəxtliyə malikik: söz azadlığı, vicdan azadlığı və ağıldan heç vaxt istifadə etməmək.
  • Altmış il əvvəl "optimist" və "axmaq" sözləri sinonim deyildi.
  • Arzularınızı ələ salan insanlardan uzaq durun. Kiçik insanlar həmişə bunu edir, böyük insanlar isə həmişə sizə hiss edir ki, siz də böyük ola bilərsiniz.
  • Asudə vaxtdan ağılla istifadə edilməsi, mədəniliyin ən yüksək pilləsidir.
  • Ayıq həyat tərzinə keçərkən birdən hiss edirsən ki, araq probkasının iyindən sərxoş olmusan.
  • Bank, ehtiyacınız olmadığına inandırmaq üçün bir yol varsa, borc götürə biləcəyiniz bir qurumdur.
  • Bankçılar, sizə hava tərtəmizkən zorla çətirini verən amma iki damla yağış düşdüyündə də çətiri zorla əlinizdən alan insanlardır.
  • Bankir- bu, günəşli havada sizə çətir verən, ən zəruru halda, yağışlı havada isə alan adamdır.
  • Baş ağrısını qiymətləndirməmək olmaz. Ağrı baş verəndə onunla heç nə qazana bilməyəcəyin hissiyyatı yaranır, ağrı keçəndə isə xərclənməmiş qalığın dəqiqədə dörd dollar qiyməti olur.
  • Başdan çıxaran şeylərdən uzaq olmağa çalışma. Zamanla onlar səndən uzaq olacaqlar.
  • Başımızı dərdə salan pis şeylərin qaynağında bilmədiyimiz şeylər deyil, başımıza əsla gəlməyəcəyindən əmin olduqlarımız vardır.
  • Başqa insana, millətə, dinə nifrət etməyən çox az adam sona qədər xoşbəxt ola bilər…
  • Başqalarının mərhəmətli əməlləri barədə heç vaxt qeybət eləmirlər.
  • Bazar günü həftədə yalnız bir gün olur və bu barədə təəssüflənirəm. İnsan elə qurulub ki, o, iki bazar gününə də dözə bilər. Mən bunun necə asan olduğunu, bu imkanın əldən verilməsini tez-tez düşünürəm. Dünyanı altı gündə yox, üç gündə yaratmaq qüdrətli Yaradan üçün heç nə idi və buradan sizin üçün həftədə iki bazar günü alınardı. Amma mən kiməm ki, Yaradanın müdrikliyini tənqid edəm?..
  • Belə bir məsəl var: Tanrı uşaqları və axmaqları qoruyur. Bu, tam həqiqətdir. Çünki özüm sınamışam.
  • Bədbəxt olanlar və pis yatanlar bununla fəxr etməyə öyrəşiblər.
  • Bəzən elə olur ki, ömründə bir dəfə də olsun yalan danışmayan adam həqiqətin, yalanın nə olduğunu başa salmağı öz üzərinə götürür.
  • Bəzən mənə elə gəlir ki, Nuh və onun komandası gəmiyə geciksələr daha yaxşı olardı.
  • Bəzən sözsüz musiqi kədər gətitir. Musiqisiz musiqi isə daha çox kədərləndirir.
  • Bəzi alman sözləri o qədər uzundur ki, onları perspektivdə müşhaidə etmək olar. Sonda sözün uzunluğu dəmir yol relsləri kimi daralır.
  • Bill Stayls konqresdə bir adamın senatora namizədliyinin kuluar kampaniyasını aparır. O, şikayət edir ki, qanunvericilərin mənəvi səviyyəsi çox aşağıdır: "Sadəcə olaraq adamın əli-qolu boşalır. Elə bir yüksək əxlaqlı adam yoxdur ki, bir dəfə satıldıqdan sonra, heç nəyə baxmayaraq eləcə satılmış kimi də qalsın".
  • Bir adamla münasibəti korlamaq üçün ən yaxşı üsul ona: "Yox, siz bu lətifəni düzgün danışmırsınız" demək və sonra lətifəni öz bildiyin kimi danışmaq.
  • Bir axmaqla mübahisə etsəniz, onun da eyni şeyi edəcəyi ehtimalı çox yüksəkdir.
  • 1 aprel ilin qalan 364 günündə kim olduğumuzu xatırladığımız gündür.
  • Bir il qabaq fəzilətli bir adam idim. İndi isə Nyu-York adətləri ilə tanış olduqdan sonra milyonerin vicdanından çox olmayan vicdanım qalıb.
  • Bir klassik hər kəsin oxumuş olmaq istədiyi, ancaq kimsənin oxumağı istəmədiyi əsərdir.
  • Bir şeyə şübhə edirsinizsə, həqiqəti söyləyin.
  • Bir uşaq kifayətdir ki, bütün evi və həyəti doldursun.
  • Birjada oynamaq üçün ən təhlükəli ay oktyabr ayıdır. Sonrakı təhlükəli aylar bunlardır: iyul, yanvar, sentyabr, aprel, noyabr, may, mart, iyun, dekabr, avqust və fevral.
  • Birjadakı möhtəkirlikdən iki halda çəkinmək lazımdır: vəsaitiniz olmayanda və vəsaitiniz olanda.
  • Biz iki dəfə ikinin dörd etməsindən, yerin kürə şəklində olmasından söhbət edəndə inam haqqında danışmırıq. Biz yalnız sübutu hissiyyətlə dəyişmək istəyəndə inamdan danışırıq.
  • Biz istənilən dəfn mərasimini bəzəyərdik, amma daha şən təntənələr üçün yaramırdıq.
  • Biz mətbuat azadlığı əldə elədik. Lakin insanların azadlığını mətbuatın qəsdlərindən qorumağı öyrənə bilmədik.
  • Biz, Napoleonun jurnal redaktorunu güllələyərkən çaşıb naşiri öldürməsi hadisəsini tez-tez, təəssüflə xatırlayırıq. Biz onun xoş niyyətini qiymətləndiririk.
  • Biz skeptik ruhlu demokrat olsaq da, hersoq bizi görəndə xoşbəxtlikdən az qala boğuluruq. Bizi monarx görəndə ömrümüzün sonuna kimi beynimizin yumşalmasından əziyyət çəkirik.
  • Biz uşaqları hədiyyələrlə yuyuruq , amma onlar üçün ən qiymətli hədiyyəni — ünsiyyət sevincini, dostluğu — könülsüz veririk və tamamilə biganə olduğumuz insanlara özümüzü sərf edirik. Bununla belə, sonda layiq olduğumuzu alırıq. Elə bir vaxt gəlir ki, dünyada hər şeydən çox uşaqlarla ünsiyyətə, onların diqqətinə ehtiyacımız var və biz onların payı olan acınacaqlı qırıntıları alırıq.
  • Bizim duyğularımız biliklərimizə tərs mütənasibdir. Nə qədər az biliriksə, bir o qədər çox həyəcanlanırıq.
  • Bizim ətrafımızda gülməli insanlar həddən artıq çoxdur. Onlardan ən gülməlisi- ağ adamın digər vəhşilərə nisbətən özünü daha az təhlükəli hesab etmiş olmasıdır…
  • Bizim haqqımızda nə qədər çox danışırlarsa, istəyirik ki, daha çox danışsınlar. Ölümə məhkum edilmiş qatilə qəzetlərdə məhkəmə prosesinin hesabatını oxumağa icazə verilir. Əgər məlum olsa ki, hansısa qəzet onun işinə az yer verib, o çox qəzəblənər… Bu, siyasətçilərə və ədəbiyyatçılara da eyni cür aiddir.
  • Bizlərdən çox az adam zənginliyin yükünü çəkə bilər.
  • Boş yerə yalan danışma. Kim bilir, bəlkə nə vaxtsa o sənə lazım ola bilər!
  • Bu insan haqqında yalnız o məlumdur ki, o, həbsxanada yatmayıb, amma niyə yatmayıb, o məlum deyil.
  • Bunca illərdən sonra görürəm ki, əvvəldən Həvva haqqında yanılmışam. Onunla Cənnətdən kənarda yaşamaq, onsuz Cənnətdə yaşamaqdan yaxşıdır.
  • Bundan iyirmi il sonra etmədiyiniz şeylərdən ötəri, etdiklərinizdən daha çox peşman olacaqsınız. Dəmir alın və etibarlı limanlardan çıxın artıq…
  • Bütöv bir həyat yaşayıb, amma qəlbinin dərinliklərində onu uğursuz hesab etməyən insanın olmasına inanmaq olmur.
  • Bütün heyvanlar arasında insan ən qəddardır. Bunu etməkdən həzz almaq üçün əzab verən yalnız odur.
  • Bütün xalqlar bir-birini sevmir, amma hamısı birlikdə yalnız yəhudilərə nifrət edirlər.
  • Bütün siyasi partiyalar sonda öz yalanlarında boğulub ölürlər.
  • Cəhənnəm kainatda ən mühüm və yeganə xristian icmasıdır.
  • Cənnət ilə cəhənnəmlə əlaqədar artıq-əskik danışmaq istəmərəm, çünki hər ikisində də dostlarım var.
  • Cənnətə getmək üçün komanda yığın və kömür götürmək üçün cəhənnəmdə iki saat yarım dayanmağa cəhd edin. Əgər hansısa bir it oğlu sahildə qalmaycaqsa, mənə lənət olsun.
  • Cənnətə xidmətlərə görə yox, tanışlığa görə qəbul edirlər. Əks təqdirdə sizin itinizi cənnətə buraxardılar, sizi isə yox.
  • Cəsarət qorxunun azlığı və ya yoxluğu deyil, qorxuya müqavimət göstərmək, onu idarə etmək qabiliyyətidir.[1]
  • Çox az sayda günahkar insan duanın ilk iyirmi dəqiqəsində xilas ola bilir.
  • Çox güman ki, faktlar və rəqəmlərlə sübut oluna bilər ki, Konqresdən başqa heç bir yerli Amerika cinayətkar təbəqəsi yoxdur.
  • Çox təəssüf ki, dünya belə qurulub: kütbeyinlər özlərinə möhkəm əmindirlər, ağıllılar isə özlərinə şübhə ilə yanaşırlar.
  • Demokratiyada axmaqlar səs vermə, diktaturada isə hökm etmə hüququna malikdirlər.
  • Deyəsən eynəyə ehtiyacım var. Hara baxıramsa, insanları iki üzlü görürəm.
  • Dilənçi heç vaxt milyonçuya həsəd aparmır. O, həmişə ondan daha çox pay alan dilənçiyə paxıllıq edir.
  • Dini dözümlük ona görə əldə edilib ki, əvvəlki kimi dinə əhəmiyyət verilmir.
  • Doğru olanı et. Bu, bəzilərini sevindirəcək, digərlərini isə heyrətləndirəcək.
  • Doğruları söyləsəniz, heç bir şeyi xatırlamaq zorunda qalmazsınız.
  • Dostluq elə bir müqəddəs, şirin, möhkəm və daimi bir hisdir ki, əgər pul borc almağı xahiş etməyə cəhd etməsən, onu bütün ömrü boyu saxlamaq olar.
  • Dostluq qüvvətli bağdır. Pula ehtiyac olduqda müraciət olunmasa, ömürboyu davam edər.
  • Dua edəndə heç kim yalan danışmır.
  • Duanın da verə bilməyəcəyi yüngülləşməni kafirlik verir.
  • Dünya elə qurulub ki, bir adam bir şey barəsində narahat olmaq istəmirsə, başqa bir şey barədə narahat olmağa başlayır.
  • Dünyada bizə yaxşı tərcümənin verəcəyi sıxıntı ilə müqayisə ediləcək başqa şey ola bilməz.
  • Dünyada ən miskin şey kütlədir. Ordu da kütlədir. Onlar döyüşə cəsarətli olduqlarına görə getmirlər. Onlara cəsarət verən çox olmaları və onlara əmr verilməsidir.
  • Dünyada ən yaxşı qılıncoynadan, ikinci yaxşı qılıncoynadandan qorxmamalıdır. Əlində heç vaxt qılınc tutmayan, ondan gözlənilən şeyi etməyən nadandan qorxmaq lazımdır. Ona görə də hər şeyi bilən adam onun qarşısında köməksizdir.
  • Dünyada mövcud olan bütün günahların yarısı darıxmaqdan törənir.
  • Dünyada tək zərər verməyən qadın, anadır.
  • Dünyada yeganə təhlükəsiz qadın anadır.
  • Dünyanın sizə sanki borcu var kimi fikirlər düşünməyin, o sizdən əvvəl movcüd olmuşdur və sizə heç nə verə bilməz.
  • Dürüstlük ən yaxşı siyasətdir — içində pul olanda.
  • Düşmənə nifrət etmək dostu sevməkdən daha asan və xoş hissdir.
  • Düşmənlərə nifrət etmək, dostları sevməkdən asan və maraqlıdır.
  • Düşüncə güc və hazırlıq tələb edir. Siyasətçilər fikirləşmək üçün həddindən artıq nitq tərtib etməklə məşğuldurlar.
  • Düşündüklərini cəsarətlə deyən insanlardan xoşumuz gəlir: bir şərtlə ki, onlar da bizim kimi düşünsün.
  • "Düzgün yaşamaq" ikiüzlülüyü, "düzgün fikirləşmək" isə axmaqlığı bildirir.
  • Düzünü deyin və sonra heç nə xatırlamaq məcburiyyətində qalmayacaqsınız.
  • Elə ki, bir şeyi etməməyə söz verirsən, o dəqiqə həmin şeyi etmək istəyirsən.
  • Elə şəkildə yaşamalısan ki, öldüyün zaman tabutçu belə matəm tutsun.
  • Elm bizim bildiklərimiz, fəlsəfə isə bilmədiklərimizdir.
  • Elmdə maraqlı bir şey var. İnsan bu qədər cüzi bir sərmayədən belə topdansatış gəlir əldə edir.
  • Etika — bizim bəzi istəklərimizə ümumi əhəmiyyət vermək cəhdidir.
  • Etika, siyasi, komersiya, kilsə etikalarından, bir də etikadan ibarətdir.
  • Eyni yolu birlikdə getdiyimizi sandığımız insanlar, əslində bizə sadəcə gedəcəkləri yerə qədər yoldaşlıq edir.
  • Ədəbiyyatda oxşarlığı kopiyalamaqla əldə etmirlər.
  • Ədəbsizlik — bu, yaşlı insanı və cahil hakimi dəhşətə gətirən bir şeydir.
  • Əgər ac it götürsəniz, yedizdirsəniz və sığallasanız, o, sizi dişləməyəcək; Bu onun insandan əsas fərqidir.
  • Əgər Allah nəzərdə tutulduğu kimidirsə, o, kainatın ən bədbəxtidir. O, hər saat yaratdığı milyardlarla canlını izləyir, hesabsız əzab çəkir. Onların hələ də çəkməli olduqları əzabları da bilir. Onun haqqında deyə bilərsiniz: "Allah kimi bədbəxt".
  • Əgər həqiqəti deyirsənsə, heç nə xatırlamağa ehtiyac yoxdur.
  • Əgər həmin vaxtacan asmasalar, o, mütləq prezident olacaq.
  • Əgər insan ədalətsizlik mühitində doğulub böyüyübsə, o hər cür haqsızlıqla barışacaqdır.
  • Əgər insanı insan özü yaratmış olsaydı, bu işinə görə xəcalət çəkərdi.
  • Əgər mərhəmətlisənsə, demək həmişə tənha olacaqsan.
  • Əgər o vaxta qədər onu asmasalar, o, prezident ola bilər!
  • Əgər sən tamamilə dolaşığa düşmüsənsə, tapılması mümkün olmayan şeyi axtar.
  • Əgər sizə böyük bir ziyanı yoxdursa, xeyirxahlıq etmək imkanını əldən verməyin. İçki içmək imkanınını isə heç bir halda əldən verməyin.
  • Əgər vicdan kimi zəhlətökən itim olsaydı, onu zəhərləyərdim. Çox yer tutur, amma heç bir faydası olmur.
  • Əxlaq hissi əxlaqın mahiyyətini və ondan necə yayınmağı dərk etməkdə bizə kömək edir.
  • Əxlaq mövzusunda ən əhəmiyyətli dərslər kitablardan deyil, yaşanan təcrübələrdən alınar.
  • Əksər yazıçılar həqiqəti ən böyük sərvət sayır və bu səbəbdən də ondan qənaətlə istifadə edirlər.
  • Əlbəttə elə olur ki, insan həqiqəti əldən verir. Ancaq zəif, axmaq, yöndəmsiz bir yalan heç iki il də tab gətirə bilməz. Böhtan isə istisna təşkil edir. O, praktiki olaraq əlçatmazdır.
  • Əlində dörd tuz olan xaçpərəstin sarsılmaz inamı.
  • Əlli adam optimist olmadan eşşək ola bilər, amma eşşək olmadan artıq optimist ola bilməz.
  • Əlverişli peyğəmbərlik, yaxşı bir məqsəd üçün edilən müharibələrə oxşayır. Bu cür müharibələr o qədər nadir hallarda baş verir ki, onları hesaba almaq lazım deyil.
  • Əsəbiləşəndə ​​ona qədər say; çox əsəbiləşəndə ​​söyüş söy.
  • Əsl ekspromt qabaqcadan fikirləşmələrdən pis və solğundur.
  • Əsl ədəbsizlik yad tanrıya hörmətsizlikdir.
  • Əvvəlcə faktları bilin, sonra onları istədiyiniz qədər təhrif edin.
  • Fəlsəfə — bu, barəsində danışmağa belə dəyməyən, son dərəcə sadə olan bir şeyi götürüb elə bir paradoksal nəticəyə gəlməkdir ki, buna sadəcə olaraq inanmaq olmur.
  • Fəlsəfə çalarları olmayan gülüş, yumorun asqırmasından başqa bir şey deyil. Həqiqi yumor müdrikliklə doludur.
  • Fəlsəfənin mənası ən aşkar olandan başlayıb ən paradoksalla qurtarmaqdır.
  • Fotoşəkil ən vacib sənəddir və nəsillərə əbədi olaraq üzünüzdə sabitlənmiş axmaq təbəssümdən daha pis bir şey yoxdur.
  • Fransa elə bir ölkədir ki, burada nə qış, nə yay, nə də mənəviyyat var. Qalan şeylər isə əladır.
  • Fransada qış, yay və əxlaq yoxdur. Bu nöqsanları hesaba almasaq, Fransa çox gözəl ölkədir.
  • Geyim insanı bəzəyir. Çılpaq insanlar cəmiyyətdə çox az, hətta heç bir təsirə malik olmurlar.
  • Gələcəklə bağlı peyğəmbərlik çox çətindir.
  • Gəlin axmaqlara təşəkkür edək. Onlar olmasa, qalanların uğur qazanması çətin olardı.
  • Gəlin elə yaşayaq ki, tabut düzəldən də ölümümüzə heyfsilənsin.
  • Gəlin nə qədər ki, vaxtımız var, bir-birimizi söyək. Cənnətdə buna icazə verməyəcəklər.
  • Göy gurultusu yaxşıdır, şimşək təsir edicidir; amma işi görən ildırımdır.
Həqiqət bizim ən dəyərli şeyimizdir. Gəlin buna qənaət edək.
  • Hakimiyyət bir insana yaxşılıq etmək istəyəndə, mütləq başqasına ziyan vurur.
  • Hal-hazırda cənnət imarətləri cəhənnəmlə birləşdirilmiş radiatorlarla qızdırılır. Günahkarları yandıran odun eyni zamanda dindarların rahatlığını təmin etməsi günahkarların əzablarını daha da ağırlaşdırır.
  • Hansısa müəyyən bir siqarı sevməyimə əminəmmi? Əlbəttə. Əgər kimsə sevdiyim siqara zibil bir siqarın markasını yapışdırıb məni aldatmasa, buna tam əminəm. Çünki, hamı kimi mən də siqarımı dadına görə yox, markasına görə fərqləndirə bilirəm.
  • Havanadakı muzeydə Xristofor Kolumbun iki kəlləsi saxlanılır- uşaq Kolumb və kişi Kolumb.
  • Hara getdiyini bilməyən adam ora çatmayanda çox təəccüblənəcək.
  • Heç bir əsl centlmen xanımların yanında çılpaq həqiqəti deməz.
  • Heç bir tutarlı əsas olmadan fərziyyənin düzgün olmasına inanmaq arzuedilməzdir.
  • Heç bir zaman məktəbinizin təhsilinizə maneə törətməsinə icazə verməyin.
  • Heç kim başqa adamların gizli fəzilətlərindən qeybət etməz.
  • Heç olmasa bir uşaq arzusu nə vaxtsa həyata keçibmi? Şübhə edirəm. Brander Mattüzaya baxın. O, kovboy olmaq istəyirdi. Və kimdi o bu gün? Adicə bir universitet professoru. O nə vaxtsa kovboy olacaqmı? Son dərəcə ağlabatan deyil.
  • Heç vaxt axmaqlarla mübahisə etməyin. Siz onların səviyyəsinə enəcəksiniz, orada onlar sizi öz təcrübələri ilə əzəcəklər.
  • Heç vaxt biri gün edə biləcəyin şeyi sabaha saxlama.
  • Heç vaxt haqqı olmayan birinə həqiqəti deməyin.
  • Hesab edirəm ki, ölməyincə, daha dəqiqi, illərlə torpaq altında yatmayınca əsl özümüz və sona qədər səmimi olmaq gücündə deyilik. Əgər insanlar öldükləri yerdən başlasaydılar, daha tez səmimi olardılar.
  • Həblərin təsirindən və mədəsinin həzm etməməsindən maraqlı solğunluğu ilə fərqlənən qamətli melanxolik qız.
  • Həddindən artıq nərmə-nazik insandan kobud insan yoxdur.
  • Həddindən artıq vasvası olmayaq. Heç nəyin olmamasındansa, köhnə brilliyantlara malik olmaq daha yaxşıdır.
  • Həqiqət ayaqqabılarını geyinərkən yalan dünyanın yarısını gəzə bilər.
  • Həqiqət — bizim hər birimizin polisə danışmağa borclu olduğumuz bir şeydir.
  • Həqiqət bizim ən dəyərli şeyimizdir. Gəlin buna qənaət edək.
  • Həqiqət fantastikadan daha qəribədir, çünki fantastika inandırıcılıq hüdudlarında qalmalıdır, amma həqiqət belə deyil.
  • Həqiqət, uydurmadan qeyr-adidir. Çünki, uydurma, həqiqətə uyğunluq çərçivəsində yer alır, həqiqət isə yox.
  • Həqiqəti layiq olmayan insanlara əsla deməyin.
  • Həqiqi nüfuza malik olan adam səhvini etiraf etməkdən qorxmur.
  • Həmişə düzgün hərəkət et. Bu, bəzi insanları sevindirər, digərlərini isə təəccübləndirər.
  • Həmişə həqiqəti deyən insanla heç kim yaşaya bilməzdi. Allaha şükür ki, bizim heç birimizi bu təhlükə gözləmir.
  • Hər bir insanın ay kimi heç kimə göstərmədiyi işıqsız tərəfi var.
  • Hər bir oğlan uşağının həyatında basdırılmış xəzinə tapmaq kimi şiddətli bir arzu olur.
  • Hər bir paralel əmindir ki, əgər onun hüquqlarını sıxışdırmasalar, o tamamilə ekvator ola bilər.
  • Hər gün sevmədiyiniz bir işlə məşğul olmağı qarşınıza məqsəd qoyun. Bu qızıl qayda sizə iyrənclik olmadan vəzifənizi yerinə yetirməyə kömək edəcək.
  • Hər günə həyatının ən gözəl günü olması üçün şans ver.
  • Hər kəs aya bənzər. Heç kimə göstərmədiyi qaranlıq bir üzü vardır.
  • Hər kəs özünə görədir. Müqəddıs Fransisk Assizski demişdi: "Hər bir müqəddəs möcüzə yarada bilər, amma hər bir adam mehmanxana idarə edə bilməz".
  • Hər şeydən əvvəl Allah axmaqları idman etmək üçün yaratdı. Sonra müəllimləri yaratdı
  • Hər şeydən əvvəl faktlar lazımdır. Sonra onları dolaşıq salmaq olar.
  • Hər zaman doğrunu söylə; nə dediyini xatırlamaq məcburiyyətində qalmazsan.
  • Hərbi nazir o qədər qənaətlə yaşayır ki, maaşı səkkiz min dollar olsa da, bir il ərzində on iki min dollar toplaya bilib.
  • Hətta ən aydın və vasitəli dəlillər sonda səhv ola bilər. Ona görə də onlardan çox ehtiyatla istifadə etmək lazımdır. Məsələn, götürək bir qadın tərəfindən qəddənmiş karandaşı. Əgər siz şahidlərdən soruşsanız, onlar qadının karandaşı bıçaqla qəddədiyini deyəcəklər. Əgər karandaşa baxıb özünüz bir nəticəyə gəlmək istəsəniz, qadının karandaşı dişi ilə gəmirdiyini deyəcəksiniz.
  • Hətta şöhrət də həddindən artıq ola bilər. Romaya gələndə Mikelancelonun öldüyünə çox heyfsilənirsən, amma sonra heyfsilənirsən ki, bunu görmək həzzinə malik deyilsən.
  • Həyat yoldaşımla fikir ayrılığı olanda adətən onun istədiyini edirik. Arvad bunu kompromis adlandırır.
  • Həyatda ehtiyac duyulanlar; bilməməzlik və özünə inam bax o zaman müvəffəqiyyət şübhəsizdir.
  • Həyatda elə yaşa ki, öldüyün zaman tabut düzəldən belə matəm saxlasın.
  • Həyatda bir dəfə bəxt insanın qapısını döyür, amma insan həmin vaxtı yaxınlıqdakı pivəxanada oturur və heç bir qapı səsi eşitmir.
  • Həyatda nəyə isə nail olmaq imanızı qırmağa çalışan adamlardan qaçın.
  • Həyatımda bir çox problem vardı və çoxu əsla var olmadı.
  • Həyatınızdakı ən vacib iki gün: doğulduğunuz gün və səbəbini anladığınız gün.
  • Hindistanda iki milyon allah var və onların hamısına hörmət edirlər. Dini cəhətdən bütün ölkələr kasıbdır, yalnız Hindistan milyonerdir.
  • Xəyallarınızı itirdiyiniz an həyatınızın sonu gəlmiş deməkdir.
  • Xəyallarınızı kiçik hesab edən insanlardan uzaq durun, kiçik insanlar bunu həmişə edərlər. Halbuki böyük insanlar, böyük xəyallarınızı reallaşdıra biləcəyinizə inanmanızı təmin edərlər…
  • Xəyallarınızı qovmayın. Çünki onlar getsələr, siz bəlkə də qalarsınız, lakin artıq yaşamazsınız.
  • Xoş iqlim üçün cənnətə, söhbət üçün cəhənnəmə gedin.
  • Xoşbəxt həyat əhəmiyyətli dərəcədə sakit həyatdan ibarət olmalıdır. Çünki, həqiqi sevinc yalnız sakit mühitdə mövcud ola bilər.
  • Xoşbəxt olmaq üçün öz cənnətində yaşamalısan! Doğrudanmı siz elə düşünürsünüz ki, eyni bir cənnət bütün adamların hamısını təmin edə bilər?
  • Xristian səmalarının ixtiraçısı yer üzünün bütün xalqlarını orada toplayır. Və hamı tamamilə bərabərdir, heç bir iyerarxiya yoxdur, onlar "qardaşdırlar", bir yerdə gəzirlər, birlikdə dua edirlər, birlikdə arfa çalırlar, birlikdə "Hosanna" oxuyurlar — ağ, qara, yəhudi, hamı — fərq qoymadan. Yer üzündə isə bütün xalqlar bir-birinə nifrət edir və hamısı birlikdə yəhudilərə nifrət edir. Halbuki, hər bir təqva sahibi cənnəti tərifləyir və ora getmək istəyir.
  • İdeal həyat yaxşı dostlardan, yaxşı kitablardan və yatmış vicdandan ibarətdir.
  • İlahinin sevimlilərindən biri olan Süleymanın yeddi yüz arvad və üç yüz cariyədən ibarət cütləşmə kabineti var idi. Həyatını xilas etmək üçün, ona kömək edəcək on beş mütəxəssis olsa belə, o, bu gənc canlılardan ikisini kifayət qədər təzə saxlaya bilməzdi. Mütləq demək olar ki, bütün min nəfər uzun illər və illərlə ac qalmalı idi. Bütün bu əzablara hər gün baxmaq və onu azaltmaq üçün hərəkətə keçməmək üçün kifayət qədər daşürəkli bir insan təsəvvür edin.
  • İndi mən görürəm ki, Həvvaya münasibətdə yanılmışam: onunla cənnətin hüdudlarından kənarda yaşamaq, onsuz cənnətdə yaşamaqdan yaxşıdır.
  • İngilis dilində danışan bələdçilərin bilikləri hər bir izahı tam anlaşılmaz dərəcəyə çatdırmaq üçün kifayət qədərdir.
  • İngilis elə adamdır ki, əvvəllər olan, edilmiş, halları təkrar edir, amerikalı- əvvəllər olmayan, edilməmiş halları etmək üçün çalışır.
  • İnsan beyni çox gözəl bir şeydir. O, nitq söylənilən dəqiqələrədək işləyir.
  • İnsan bütün ömrü boyu yuxular görür. Düzdür, bəzən o bir dəqiqəliyə oyanır, süst halda dünyaya baxır, sonra yenidən şirin yuxuya gedir.
  • İnsan, dini heyvandır. Yeganə heyvandır ki, yaxınını özü kimi sevir, dini məsələlərdə fikir ayrılığı olanda isə həmin yaxınının boğazını kəsir.
  • insan əxlaqı kitablardan yox, təcrübələrdən öyrənir. Uğurun sirri işi bayrama çevirməkdir.
  • İnsan nəinki sevgini oyatmaq üçün, eləcə də paxıllıq etmək üçün hər şeyə qadirdir.
  • İnsan heyvandan üstünlüyünü zəhlətökənlik qabiliyyətinə malik olması ilə sübut edir.
  • İnsan, qızara bilən və bunun üçün dəlillərə malik ola bilən yeganə heyvandır.
  • İnsan nəsli təbiətin səhvidir. Onsuz dünya daha gözəl olardı.
  • İnsan özünün malik ola bilmədiyi əsaslarla başqalarını tənqid etməməlidir.
  • İnsan sadəlövh varlıqdır. O, yaxşı şeyə olmasa da, pis şeyə inanmalıdır.
  • İnsan 80 yaşında doğulub 18 yaşına qədər yavaş-yavaş yaşasaydı, daha xoşbəxt olardı.
  • İnsani hər şey kədərlidir. Yumorun gizli mənbəyi sevinc yox, kədərdir. Göylərdə yumor yoxdur.
  • İnsanı yaratmaq, şərəfli və orijinal fikir idi. Amma bundan sonra qoyunu yaratmaq, təkrarçılığa yol vermək demək idi.
  • İnsanoğlunun tək bir təsirli silahı vardır. Qəhqəhə…
  • İstedadlı insan otuz saatda ingilis dilini (orfoqrafiya və tələffüz istisna olmaqla), otuz gündə fransız dilini, otuz ildə alman dilini öyrənməlidir.
  • İstənilən yerə çatmağın sirri başlamaqdır.
  • İstər yalan, istərsə də həqiqətdən ibarət sözləri tam dəyəri ilə qəbul edən adamlara həqiqəti söyləmə.
  • İş — bu, insanın etməyə, oyun isə etməməyə borclu olduğu şeydir. Ona görə süni güllər düzəltmək, xəlbirdə su daşımaq işdir, keqli vurmaq, yaxud Monblanı fəth etmək isə əyləncədir.
  • İş günlərində mənəviyyatımızdan düzgün istifadə etmirik. Odur ki bazar günü mənəviyyatımızın təmirə ehtiyacı olur.
  • İşinizin qeyri-adi dərəcədə vacib olduğuna əminlik, yaxınlaşan əsəb pozuntusunun ən doğru əlamətidir.
  • İt döyüşündə davranış qaydaları: qoy sizin gizli acımanız zəifin tərəfində olsun. Çünki, bu, comərdlikdir. Amma pulunuzu güclüyə qoyun. Çünki, bu sizin biznesinizdir.
  • İtirdiklərim arasında ən çox ağlım üçün darıxıram.
  • İtlik- bu, toya qədər tanış olmayan iki ideyanın gözlənilmədən nikah bağlamasıdır.
  • 20 ildən sonra etmədiyiniz işlərdən daha çox məyus olacaqsınız. Beləliklə, sakit limandan ayrılın. Yelkəninizdə arxa küləyi hiss edin. İrəliləyin, hərəkət edin, kəşf edin!
  • Kainat mənə bir həyat borcludur, deyərək ortalıqlarda gəzməyin. O, sizə heç bir şey borclu deyil.
  • Kainatda xaçpərəstlərin yeganə həqiqi və əhəmiyyətli icması olan məkan cəhənnəmdir.
  • Kədər gələndə özü-özünün qayğısına qalır. Sevincin bütün dərinliyini yaşamaq üçünsə gərək onu kimləsə bölüşəsən.
  • Kədər özü–özlüyündə çox böyük olur. Ondan əsl həzz almaq üçün başqaları ilə bölüşmək lazımdır.
  • Kitab oxumayanın, oxumayandan heç bir üstünlüyü yoxdur.
  • Kitablar başqa aləmləri seyr etmək istəyənlər üçündür.
  • "Klassik" — insanların təriflədiyi və oxumadığı bir kitab.
  • Körpə əvəzolunmaz nemət və əziyyətdir.
  • Küləkləri arxanıza alın, araşdırın, xəyal edin və kəşf edin.
  • Qanunlar qumdur, adətlər qayadır. Qanunlardan qaçmaq və cəzadan qaçmaq olar, lakin açıq şəkildə pozulmuş adət mütləq cəzanı gətirir.
  • Qarpızın dadına baxanda mələklərin nə yediyini bilirsən. Həvva Cənub ştatlarının qarpızını dadmadı — biz bunu tövbə etdiyi üçün bilirik.
  • Qatırlar, meymunlar və dəvələr aclıqlarının qarşısını istənilən şeylə ala bilirlər, amma heç nə ilə doya bilmirlər.
  • Qədim bir müdriklikdə deyilir: "Uşaqlar və axmaqlar həmişə həqiqəti söyləyirlər. Nəticə aydındır: yaşlılar və müdriklər heç vaxt həqiqəti söyləmirlər.
  • Qədim insanların malik olmadıqları məlumatlar çox əhatəli olub.
  • Qəhrəman qız: birlikdə ideal xoşbəxt həyat yaşamaq üçün qız- kitabda.
  • Qərarsızlıqdan üzücü və faydasız şey yoxdur.
  • Qərəz, dözümsüzlük və dar düşüncə səyahət etmək üçün ölümcüldür.
  • Qətiyyətsizlikdən yorucu və faydasız heç nə yoxdur.
  • Qəzadan qabaq qorxu hissi qəzanın baş vermə ehtimalını artırır. Mən həşəratlar istisna olmaqla insanlar qədər öz səhvlərindən nəticə çıxara bilməyən başqa bir canlı məxluq tanımıram.
  • Qəzəb, töküldüyü hər şeydən daha çox içində saxlandığı qaba zərər verə bilən bir turşudur.
  • Qırışlar yalnız keçmiş təbəssümlərin izi olmalıdır.
  • Qoca cənnət quşu olmaqdansa, cavan peyin qurdu olmaq yaxşıdır.
  • Qoca optimist istisna olmaqla, gənc pessimistin vəziyyətindən kədərli mənzərə yoxdur.
  • Qoca rəssamların şəkillərində şahə qalxmış atlar kenquruya oxşayır.
  • Qorxu — qabaqcadan yanlış fikirdə olmanın və qəddarlığın əsas mənbələrindən biridir.
  • Layiq olmayan insanlara heç vaxt həqiqəti söyləmə.
  • Mafusail 969 il yaşadı. Siz ey əziz oğlanlar və qızlar! On ildən sonra siz Mafusailin bütün ömrü boyu gördüyü şeylərdən çox şeylər görəcəksiniz.
  • Məqaləni başlamağın ən əlverişli vaxtı siz onu qurtarandan sonra baş verir. Həmin vaxta kimi siz nə demək istədiyiniz artıq bilirsiniz.
  • Məlumdur ki, üzvi həyat bir hüceyrəli orqanizmdən filosofa qədər inkişaf yolu keçib. Bizi inandırırlar ki, bu inkişaf, sözsüz ki, proqressivdir. Pis şey olan odur ki, bizi buna birhüceyrəli yox, filosof inandırır.
  • Mən bu gün qırx il əvvəlkindən daha tənbəl deyiləm və bunun səbəbi qırx il əvvəl tənbəlliyin zirvəsinə çatmağımdır. Siz bacardığınızdan uzağa gedə bilməzsiniz.
  • Mən Corc Vaşinqtona oxşamıram; mənim prinsiplərim daha yüksək və əzəmətlidir. Ən azı ona görə ki, Vaşinqton, lap istəsəydi də, yalan danışmağı bacarmırdı, mən isə bacarıram, ancaq danışmıram.
  • Mən Çində olarkən tənbəlliyi insanın ən başlıca ləyaqətlərindən biri hesab etdim.
  • Mən çox səyahət etdim və belə nəticəyə gəldim ki, hətta məlakələr də ingilis dilində ləhcə ilə danışırlar.
  • Mən duelleri ümumiyyətlə qəbul etmirəm. Əgər hər-hansı kişi məni duelə çağırmağa cəhd edərsə sadəcə onun qolundan tutub, onu sakit yerə apararaq, sakitcə öldürərəm.
  • Mən əbədiliyə inamı, eləcə də ona olan hər cür marağı çoxdan itirmişəm.
  • Mən heç vaxt məktəb məşğələlərinin təhsilimə əngəl olmasına imkan vermədim.
  • Mən həmişə mötəbər insanları alçaq hesab edirdim. İndi hər səhər həyəcanla güzgüdə özümə baxıram ki, orada alçaqlığın əlaməti var, yoxsa yox.
  • Mən həyatım boyu bir sıra təhlükəli pillələrdən keçə bildim, onların bir hissəsi həqiqətən həyatımda olmalı idi, mən özümü tapmış oldum.
  • Mən həyatımda çox şey üçün narahat olmuşam və onların isə heç biri baş verməyib.[2]
  • Mən indi qırx il əvvəlkindən daha tənbəl deyiləm və bunun səbəbi qırx il əvvəl tənbəlliyin zirvəsinə çatmağımdır. Gücünüzdən irəli gedə bilməzsiniz.
  • Mən nə göylərlə, nə də cəhənnəmlə münasibətimi korlamaq fikrində deyiləm. Çünki, mənim həmin yerlərdə dostlarım var.
  • Mən o qədər məşğulam ki, ölüm günümü başqa vaxta keçirməyə məcburam.
  • Mən onun dəfnində iştirak etməkdən imtina etdim, ancaq bu tədbiri çox bəyəndiyim barədə çox nəzakətli məktub göndərdim.
  • Mən otuz il ərzində demək olar ki, dəyişilməyən kişiləri və onların qoca qarılara çevrilən arvadlarını görmuşəm. Bu qadınların hamısı fəzilətli olublar. Fəzilət isə insanı çox qocaldır.
  • Mən özüm üçün eyni vaxtda bir siqardan başqa siqar çəkməyəcəyim barədə qayda müəyyən etdim.
  • Mən riyaziyyatı ona görə sevirəm ki, onda insani deyilən heç nə yoxdur. Bir də ona görə ki, onun planetimizlə, Kainatla heç bir əlaqəsi yoxdur və ona olan sevgi cavabsızdır.
  • Mən siyasətə qarışmıram. Bizdə siyasi şöbənin redaktoru var. O, çox qabiliyyətli adamdır. Əgər o, bir-iki il türmədə olsa, müsbət dərəcədə əvəzolunmaz bir insan olar.
  • Mən Vaşinqtona bənzəmirəm – prinsiplərim daha yüksək və dəyərlidir. Vaşinqton, ümumiyyətlə, yalan danışa bilmirdi. Mən isə yalan danışa bilirəm, amma özümü saxlayıram.
  • Mən zehni və fiziki əməyi sınaqdan keçirdim. Kainatda olan bütün pulları mənə versələr belə, otuz gün dalbadal bellə işləməyə razı olmazdım. Amma hər cür, hətta ən ağır zehni əməklə pulsuz məşğul olar və çox razı qalardım.
  • Mənə dəfələrlə komplimentlər yağdırılıb və məni həmişə utandırırlar; Mən həmişə hiss edirəm ki, onlar kifayət qədər deməyiblər.
  • Mənə tez-tez elə gəlir ki, Nuh və onun heyəti gəmilərinə geciksəydilər, daha yaxşı olardı.
  • Məni çox tərifləyiblər və mən həmişə də narazı qalmışam ki, niyə məni az təriflədilər.
  • Məni Fəxri Legion ordeni ilə təltif etdilər. Ancaq çox az adam bu fərqlənmədən qaça bilib.
  • Məni yarı yolda buraxdığını sanıb, o yolda qaçarkən təngnəfəs qalanlar.. Yolun sonunda sizi gözləyirəm..
  • Mənim çox böyük ağıl ehtiyatım olmalıdır və onlarla hərtərəfli düşünmək üçün mənə bütöv bir həftə lazımdır.
  • Mənim 14 yaşım olanda, atam o qədər küt idi ki, ona güclə dözürdüm. 21 yaşım tamam olandda mən heyrətlə gördüm ki, ötən 7 il ərzində bu qoca nə qədər ağıllanıb.[3]
  • Mənim ölkəmin hökuməti sadəlövh düzgünlüyə nifrət edir, rüşvətxorluğu isə mükafatlandırır. Mənə elə gəlir ki, dövlət qulluğunda bir-iki il xidmət etsəm, məndən yaxşı cib oğrusu çıxar.
  • Mənim ölümüm barədə şayiələr həddindən artıq şişirdilib (Xəbərlər agentliyinin teleqramında).
  • Mənim sədaqətim öz ölkəmə sədaqət idi, onun qurumlarına və ya məmurlarına deyil. Ölkə real şeydir, substantiv şeydir, əbədi şeydir; ona baxmaq, qayğı göstərmək və sadiq olmaq lazımdır. Qurumlar yaddır, onlar onun sadəcə geyimidir və geyim köhnələ bilər, cırıq ola bilər, rahatlığını itirə bilər, bədəni qışdan, xəstəlikdən və ölümdən qoruya bilməz. Cındıra sədaqətli olmaq, cır-cındır üçün qışqırmaq, cır-cındıra tapınmaq, cır-cındır üçün ölmək – bu, ağılsızlığın sədaqətidir, saf heyvandır; monarxiyaya aiddir, monarxiya tərəfindən icad edilmişdir; qoy monarxiya saxlasın. Mən Konnektikutdan idim, onun Konstitusiyası bəyan edir ki, "bütün siyasi hakimiyyət xalqa xasdır və bütün azad hökumətlər onların səlahiyyətləri əsasında qurulur və onların xeyrinə qurulur və onların hər zaman öz formalarını dəyişmək üçün danılmaz və qarşısıalınmaz hüququ var, hökumətin məqsədəuyğun hesab edə biləcəyi şəkildə." Həmin müjdə altında birliyin siyasi paltarının köhnəldiyini gördüyünü zənn edən, amma yenə də dincliyini saxlayan və yeni kostyum üçün təşviqat aparmayan vətəndaş vəfasızdır; o xaindir. Bu çürüməni gördüyünü zənn edən tək adam ola bilər ki, onu üzr istəməz; onsuz da ajiotaj etmək onun vəzifəsidir, başqalarının isə vəzifəsi onun kimi görmürsə, ona səs verməkdir. İndi mən elə bir ölkədə idim ki, ölkənin necə idarə olunmasını demək hüququ onun əhalisinin hər min nəfərinə altı nəfərlə məhdudlaşdırılıb. Doqquz yüz doxsan dördün hökmdar sistemdən narazılığını bildirməsi və onu dəyişdirməyi təklif etməsi, bütün altı nəfəri bir adam kimi titrəyəcək, bu qədər vəfasız, şərəfsiz, belə çirkin qara xəyanət olardı. Belə desək, mən doqquz yüz doxsan dördünün bütün pulu təmin etdiyi və bütün işləri gördüyü, qalan altısının isə daimi idarə heyəti seçdiyi və bütün dividendləri götürdüyü bir korporasiyanın səhmdarı oldum. Mənə elə gəldi ki, doqquz yüz doxsan dörd aldatmacaya lazım olan şey yeni müqavilədir.
  • Məşqin öhdəsindən gəlmədiyi iş yoxdur. Bundan təsirli heç nə təsəvvür edə bilməzsiniz. O, amoral (əxlaqsız, qeyri-etik) hərəkəti xeyirxahlığa çevirə; məsuliyyətsiz prinsipi dağıda, məhsuldar amil yarada, insanı ilahə səviyyəsinə qaldıra bilər. [4]
  • Minlərlə dahi başqalarından, yaxud da özündən xəbərsiz-ətərsiz yaşayır və ölürlər.
  • Münhendə bir alman qadını mənə dedi ki, Vaqneri ilk andan sevə bilməzsən, gərək onu sevməyi sistematik olaraq öyrənəsən.
  • Nelson on min birədən qorxa bilər, amma bir birə on min Nelsondan yox.
  • Nə vaxt özünüzü çoxluğun tərəfində tapsanız, islahat etməyin (və ya fasilə və düşünməyin) vaxtıdır.
  • Nəzəriyyələr heç nə sübut eləməsə də, vaxtı udmağa və istirahət etməyə imkan verir.
  • O, əsl centlmen deyil. Çünki həddindən artıq yaxşı geyinir.
  • O düzdür ki, insan səy göstərəndə çox şeyə nail olur. Amma əsas məsələ odur ki, nail olunan bu "çox şeylər" hansısa bir dəyərə malik olurmu?
  • O işi bacarmağın imkansız olduğunu bilmədikləri üçün bacardılar.
  • O, müharibələr və aclıq barəsində qabaqcadan xəbər verə bilirdi. Bu isə çətin bir şey deyil. Həmişə haradasa vuruşurlar, həmişə haradasa aclıq çəkirlər.
  • O ölkədə hamı bir nəfər kimi yalançı idi. Hətta "Necəsən?" salamlaşması da yalan idi. Çünki, sizin necə olmağınız tabutçu olmayan soruşanı qətiyyən maraqlandırmır.
  • O, yalan danışa bilər, ya yox? Bizim hər birimiz kimi, onun da mənəvi möhkəmliyi sonsuz deyil. O, doqquz sentə görə bir dəfə də olsun yalan danışmaz, amma bir dollara səkkiz dəfə yalan danışar.
  • Oxucu, təsəvvür et ki, sən yaramazsan. İndi isə təsəvvür et ki, sən konqessmensən. Deyəsən, təkrarlığa yol verdim.
  • Oxumayan adamın oxumayandan heç bir üstünlüyü yoxdur.
  • Onlar içki içməmək haqqında mühazirə oxudular, amma əvəzində aldıqları qəpik- quruş içkiyə bəs etmədi.
  • Onun güzgü qarşısında keçirmədiyi vaxt öz vəzifəsinin laqeydliyinə sərf edilir.
  • Onun tərbiyəsizliyi yorğan kimi bütün Yer kürəsini bürümüşdü və siz onda bir dənə də nöqsan tapa bilməzdiniz.
  • Ölüm ayağında olan adam hansı yerə gedəcəyinə qərar verə bilmirdi — hər ikisinin də öz üstünlükləri var, "iqlim üçün cənnət , yoldaşlıq üçün cəhənnəm!"
  • Ölüm qorxusu həyat qorxusundan irəli gəlir. Tam yaşayan insan hər an ölməyə hazırdır.
  • Öpüş üçün iki əl lazımdır. Belə çıxır ki, Adəm və Həvva üçün söhbət etmək o qədər də asan deyildi. Onlar üçün qeybətini etmək istədikləri başqa heç kim yox idi.
  • Öz məsləki uğrunda ölmək, deməli, fərziyyələrə çox böyük qiymət vermək.
  • Öz-özünə öyrənmiş adam nadir halda bir şeyi bilir və adətən, müəllimlə birlikdə öyrənə biləcəyindən on dəfə az bilir.
  • Özü-özünü öyrətmək xeyirxah bir işdir. Başqasını öyrətmək isə daha xeyirxah bir işdir. Yeri gəlmişkən, başqasını öyrətmək özünü öyrətməkdən daha asandır.
  • Öz üzərimizdə işləyərkən xoşagəlməzliklərə fikir verməməyi öyrənirik. Aydındır ki, özgələrin.
  • Özünü aldatmağı bacarmayan insan çətin ki, başqalarını aldada bilsin.
  • Özünü ruhlandırmağın ən yaxşı üsulu başqasına yaxşılıq etməkdir.
  • Özünüzə inamınızı qırmaq istəyən insanlardan uzaq olun. Bu, yalnız kiçik adama xas xüsusiyyətdir. Böyük insan isə, əksinə, təlqin etmək istəyəcək ki, siz də böyük işlər görə bilərsiniz.
  • Paltar meydana gələndə təvazökarlıq öldü.
  • Partiyaya sadiqlik doktrinası insanın mənəvi konstitusiyasını tamamilə alt-üst edə və onu müvəqqəti axmaq edə bildiyi halda, onu təbliğ etmək, öyrətmək, genişləndirmək, əbədiləşdirmək üçün hansı bəhanə gətirəcəksiniz? Deyəcəksinizmi, ölkənin ən yaxşısı partiyaya sadiqlik tələb edir? Siz də deyəcəksinizmi ki, bu, insanın öz həqiqətini, vicdanını çuxura atmasını, üstəlik, ağız dolusu dəli olmasını tələb edir?
  • Pis filosoflar cəmiyyətə müəyyən təsir imkanlarına malikdir. Yaxşı filosoflar isə bu imkandan məhrumdurlar.
  • Pozğun kitablar və İncil qədər gəlir gətirən başqa bir kitab yoxdur.
  • Ruh üçün məskən yalnız sonsuz ümidsizliyin möhkəm təməli üzərində qurula bilər.
  • Ruhlanmanın ən yaxşı üsulu başqasını ruhlandırmaqdır.
  • Ruhun ölməzliyinə sübutlardan biri o idi ki, milyonlarla insan buna inanırdı. Milyonlar həm də yerin yastı olmasına inanırdılar.
  • Sabah geridə qalan həyatımızın ilk günüdür.
  • Sabaha iki gündən sonra elə bildiyin şeyi planlaşdırma.
  • Sabun köpüyü — təbiətdə ən mükəmməl, ən gözəl olan şeydir.
  • Sadəlövhlükdən başqa möcüzə qədər bizi təəccübləndirən başqa şey yoxdur. Biz bu sadəlövhlüyü möcüzə ilə birlikdə bir inam kimi qəbul edirik.
  • Sağlam düşüncəli insan xoşbəxt ola bilməz, çünki reallığı görür və onun nə qədər dəhşətli olduğunu bilir.
  • Sağlam qalmağın yeganə yolu istəmədiyinizi yemək, sevmədiyinizi içmək və etmək istəmədiyinizi etməkdir.
  • Senator- cəza çəkmədiyi müddət arasında qanunlar qəbul edən insandır.
  • Sevincin tam dəyərini əldə etmək üçün onu bölüşəcək biri olmalıdır.
  • Sən haqlı olmayanda əsl dost sənin yanındadır. Sən haqlı olanda isə hər kəs sənin yanında olacaq.
  • Səs hələ heç nəyi sübut etmir. Elə olur ki, yumurtlayan toyuq elə ucadan qaqqıldayır ki, sanki bütov bir planeti yumurtlayıb.
  • Səyahət oxuyanlar üçün vacibdir.
  • Sifətlər haqqında. Əgər şübhələnirsənsə, üstündən xətt çək.
  • Siqareti tərgitməkdən asan şey yoxdur. Mənim özüm siqareti düz otuz dəfə tərgitmişəm.
  • "Siyasi fəlsəfə" adlandırılan xurafatlar bir şərtlə faydalı ola bilər ki, onları "fəlsəfə" adlandırmasınlar.
  • Siyasi iqtisad bütün yaxşı idarəetmənin əsasını təşkil edir. Bütün dövrlərin ən müdrik insanları bu mövzuda öz dahilərinin, həyat təcrübələrinin və təhsillərinin ən zəngin xəzinələrini ortaya qoymuşlar.
  • Sizi ambisiyalarınızdan məhrum etməyə çalışan kiçik insanlardan uzaq durun. Böyük insanlarla dostluq etmək daha yaxşıdır.
  • Sizi tanıdıqları yerdə, xüsusi ilə də bu balığı tanıyanların yanında tutduğunuz balıqdan danışmayın.
  • Sizin etibarınızı qazanmaq üçün düşməninzlə dostunuz əlbir işləyir. Biri sizin barədə iyrənc sözlər danışır, o biri isə o sözləri sizə çatdırır.
  • Sizin özünüzə olan inamınızı qırmağa cəhd edən adamlardan qaçın.
  • Sıxıntı- moralist üçün ciddi problemdir. Çünki, bəşəriyyətin bütün günahlarının yarısı məhz sıxıntının təsirindən törədilir.
  • Şahidlərin yanında heç vaxt pis hərəkət etmək lazım deyil.
  • Şeytanın bir dənə də muzdlu köməkçisi yoxdur, amma əks tərəfin milyonlarla köməkçisi vardır.
  • Şəfqət və mərhəmət elə bir dildir ki, onu karlar da eşidir, korlar da oxuya bilir.
  • Şöhrətpərəstlik – qeyr-adi gücün dəlilidir. "Mənə bax" — ən əsas insan stimullarından biridir.
  • Şöhrətpərəstliyin ölçüsü yoxdur, yalnız onu gizlətmək bacarığının ölçüsü var.
  • Şübhə etdiyiniz zaman həqiqəti söyləyin.
  • Tale insanın qapısını bir dəfə döyür. Həmin vaxt isə insan yaxınlıqdakı pivəxanada oturur və heç bir səs eşitmir.
  • Tanrı, dünyanı yaradıb razı qaldığını etiraf etdi. Mən də ilk yaratdığımdan çox razıyam. Amma zaman bu qədər tələsik nəticələri alt-üst edir. Belə zənn etmək olar ki, o indi öz işini mənim "Sadəlövhlər xaricdə" əsərimdən yüksək qiymətləndirmir. Bu bir faktdır ki, orada da, burada da həddindən artıq su var.
  • Tanrı əvvəlcə kişini, ardınca qadını yaratdı. Sonra kişiyə yazığı gəldi və ona tütün verdi.
  • Tanrı İtaliyanı Mikelancelonun düşüncəsiylə yaratdı.
  • Tarixin təkrarlanmasının qarşısını almağa çalışmağa dəyməz, çünki insanın xasiyyəti həmişə təkrarların qarşısını almağı mümkünsüz edər.
  • Təəssüflər olsun ki, bəzən insanı çaşdırmağın bir yolu-ona həqiqəti olduğu kimi söyləməkdir.
  • Təcrübə istisna olmaqla, heç vaxt yalan danışma.
  • Təhqiredici həqiqət təhqiredici yalandan heç də üstün deyil.
  • Təhsil beyni inkişaf etdirməkdir, başı doldurmaq deyil.
  • Təhsil əslində "öyrənmədiyimiz" şeydir.
  • Təhsil hər şeydir. Şaftalı bir vaxtlar acı badam idi, Brüssel kələmi isə bitmiş kələmdən başqa bir şey deyil.
  • Təhsil: lovğa cəhalətdən acınacaqlı qeyri-müəyyənliyə gedən yol.
  • Təhsilin edə bilməyəcəyi heç bir şey yoxdur. Heç bir şey onun təsir sahəsinin xaricində qala bilməz. Pis əxlaqları yaxşıya çevirə bilər; pis qanunları yuyar və yerinə yenilərini qoyar; insanları mələklər səviyyəsinə çıxara bilər.
  • Tək qalmaq istəyirsənsə, fəzilətli ol.
  • Təmiz olmayan vicdan ağızda tük kimidir.
  • Təmiz riyaziyyat elə bir predmetdir ki, orada nə haqda danışdığımızı, danışdığımızın isə həqiqi olub-olmadığını bilmirik.
  • Təmiz vicdan pis yaddaşın etibarlı əlamətidir.
  • Təmiz vicdanın qəddarlıqla uyğunluğu moralistlər arzularının son həddidir. Ona görə də onlar cəhənnəmi uydurdular.
  • Tərbiyə hər şeydi. Şaftalı keçmişdə acı badam idi. Rəngli kələm isə ali təhsilli adi kələmdən başqa bir şey deyildi.
  • Tövbə etmək əxlaqı təmir etmək kimi bir şeydir.
  • Üç cür yalan var: yalan, həyasızcasına yalan və statistika.
  • Üç növ insan var: adi, diqqətəlayiq və dəli.
  • Ümumiyyətlə, mən milyonerlərə qarşıyam. Amma mənə milyonçu olmağı təklif etsələr…
  • Ürəyinizlə düşünə bilməzsiniz; onun öz qanunları var və zəkanın nifrət etdiyi şeylərə toxunur.
  • Uğurun sirri peşənizi tətilinizə çevirməkdir.
  • Uğursuzluq üçün minlərlə bəhanə olduğu halda, bircə dənə də real səbəb yoxdur.[5]
  • Uşaq həmişə böyüklərə üç dərs öyrədə bilir: o, heç bir səbəb olmadan şəndir, həmişə nə iləsə məşğuldur və nəyin bahasına olursa olsun, istədiyinə necə nail olmağı bilir.
  • Utancaq adam istədiyinin onda birini xahiş edər, cəsarətli adam isə iki dəfə çox istəyib yarısını almağa razılaşar.
  • Uzunömürlü olmaq üçün əcdadları diqqətlə seçmək lazımdır.
  • Yad vərdişlər qədər düzəlməli başqa heç nə yoxdur.
  • Yaxşı dostlar, yaxşı kitablar və yatmış vicdan. İdeal həyat bax budur.
  • Yaxşı kitab oxumayan adam cahil qalacaq.
  • Yaxşı manera- bu, yetkin insanların gənclərdən mütəşəkkil müdafiəsidir.
  • Yaxşı niyyətlərin istintaqının yarısı pis, pis niyyətlər istintaqının yarısı isə yaxşı olur.
  • Yaxşı nümunə kimi qıcıqlandıran başqa şey yoxdur.
  • Yaxşı olmaq insanı çox yorur!
  • Yaxşı tərbiyə- bu, özün barədə çox yüksək, həmsöhbətin barədə isə çox aşağı fikirdə olmağı gizlətmək bacarığıdır.
  • Yağış duasına çıxmadan əvvəl meteorologiyanın qeydlərini qarışdırmaq hər vaxt faydalıdır.
  • Yağış haqqında dua etməzdən qabaq havanın necə olacağını bilmək pis olmazdı.
  • Yalanın üç növü var: yalan, ağ yalan və statistika.
  • Yalanla pişik arasındakı fərq ondan ibarətdir ki, pişiyin yalnız doqquz canı var.
  • Yalnız bir xaçpərəst var idi, Onu da tutub çarmıxa çəkdilər.
  • Yalnız öz yerini bilən adam qorxulardan xilas ola bilər. İnsan yalnız öz qüsurlarını görməklə ucala bilər.
  • Yalnız prezidentlər, baş məqalələrin müəllifləri və solitördan əzab çəkən insanlar "biz" əvəzliyindən istifadə etmək hüququna malikdirlər.
  • Yaşamaq üçün qazanmağı mümkünsüz edən fikir azad deyil.
  • Yazıçıya həzz bəxş etməyin üç düzgün üsulu vardır:
  1. onun kitablarından birini oxuduğunuzu ona demək;
  2. onun bütün kitablarını oxuduğunuzu ona demək;
  3. oxumaq üçün ondan gələcək kitabının əlyazmasını istəmək.
  • Yer üzündə cəmi bir xristian olub, onu da tez-tələsik tutub çarmıxa çəkdilər.
  • Yəqin ki, Adəmlə Həvva bir-biriylə söhbətləşəndə çətinlik çəkib. Axı qeybət eləməyə adam yox idi.
  • Yoxsullar milyonerlərə yox, daha çox köməklik edilən başqa yoxsullara həsəd aparırlar.
  • Yumor böyük şeydir, xilasedici şeydir. O, yetişən anda bütün sərtliklərimiz səmərə verir, bütün qıcıqlarımız və incikliklərimiz uçub gedir və onların yerini günəşli bir ruh tutur.
  • Yumor, fikir mexanizmini hərəkətə gətirir.
  • Yumorun gizli mənbəyi sevinc deyil, kədərdir. Cənnətdə yumor yoxdur.
  • Vaqnerin musiqisi eşidildiyi səsdən daha yaxşıdır.
  • Vaşinqton, sadəcə olaraq yalan danışmağı bacarmırdı. Mən isə bacararam, amma çəkinirəm.
  • Vərdiş, elə vərdişdir və onu pəncərədən ata bilməzsən. Onu gərək nəzakətlə, pilləkan pilləkan endirəsən.
  • Vətənpərvər həmişə vətən uğrunda ölməyə hazır olduğunu deyir, Vətən uğrunda öldürməyə hazır olduğunu isə bir dəfə də dilinə gətirmir.
  • Vətənpərvər o insandır ki, həmişə mən vətənpərvərəm deyə qışqırır, lakin bu qışqırıq nə üçündür?-onu anlamır.
  • Vətənpərvərlər həmişə vətən uğrunda ölməyə hazır olduqlarını deyirlər, öldürməyə isə heç vaxt.
  • Vətənpərvərlik — ən bayağı səbəblərdən öldürməyə və öldürülməyə hazır olmaqdır.
  • Vətənpərvərlik ömür boyu vətənə sədaqət, layiq olduğu halda hakimiyyətə sədaqətdir.
  • Vəzifə hissi işdə lazımdır, amma bir çox münasibətlərdə o təhqiredicidir. İnsanlar onlara dözümlülük göstərilməsini yox, sevilmələrini istəyirlər.
  • Zərif oxucu xaricə gedənə qədər heç vaxt bilməyəcək ki, o, nə qədər mükəmməl bir eşşəyə çevrilə bilər.
  • Zəngin adam istənilən prinsiplərə malik ola bilər.
  • Zənginlər özlərindən başqa heç kimin qayğısını çəkmirlər, yalnız yoxsullar yoxsullara mərhəmət göstərir və kömək edirlər.
  • Zənginlik yalnız bir dəfə hər bir insanın qapısını döyür, lakin insanlar tez-tez qonşu salonda oturur və heç bir tıqqıltı eşitmir.

Istinadlar

[redaktə]
  1. Brayan Treysi. Bəhanələrə yox! daxili intizamın gücü. Bakı, 2013.səh.101
  2. Brayan Treysi. Bəhanələrə yox! daxili intizamın gücü. Bakı, 2013.
  3. Xəzinə. Bakı.1997, səh.50.
  4. Antoni Robins. İçindəki divi oyat. Bakı, 2020.
  5. Brayan Treysi. Bəhanələrə yox! daxili intizamın gücü. Bakı, 2013.səh.6








ApplySandwichStrip

pFad - (p)hone/(F)rame/(a)nonymizer/(d)eclutterfier!      Saves Data!


--- a PPN by Garber Painting Akron. With Image Size Reduction included!

Fetched URL: https://az.wikiquote.org/wiki/Mark_Tven

Alternative Proxies:

Alternative Proxy

pFad Proxy

pFad v3 Proxy

pFad v4 Proxy