Maarifçilik dövrü

Maarifçilik dövrü (fr. siècle des lumières, alm. Aufklärung) XVII- XVIII əsrlərdə Avropa mədəniyyətində mənəvi durum. Maarifçiliyin incəsənətdə proyeksiyaları: barokko, rokokoklassizm, fəlsəfədə isə – deizmmexanisizm olmuşdur. Maarfçilik İntibahı əvəz edib romantizm dövrünü qabaqlayır.[1]

Ümumi xarakteristikası

redaktə

Dində Allah Böyük Yaradan kimi kainatı yeddi günə yaradır. Xristianlıq inanaclarına görə Allah insanlara iki kitab – İncil və təbiət kitabları verib. Deməli dinin özündə də ruhani təbəqsi ilə birgə alimlər təbəqəsi mövcduddur. Buradan da dini və dünyəvi mədəniyyətin paralelizmi doğur ki, bu da dindəki riyakarlıqfanatizmi tədricən diskreditasiyasına gətirib çıxarır. Dünyanı dərk etməyimizin yeganə vasitəsi azad idrakdır. Bu termin adı altında başqaları da başa düşülür: maarifçilər, maarifiçilik ədəbiyyatı, elmi (və ya maarifçi) absolutizm. Maarifçilk anlayışına sinonim olaraq "XVIII əsr fəsləsfəsi" ifadəsi də işlədilir.

Yeni tarixdə maarifçilik dövrü olduqca mühüm əhəmiyyət kəsb edir. Maarifçilik XIV-XV əsrlərin individualizm və adət-ənənələrə tənqidi münasibət aşılayan sırf dünyəvi cərəyanı olan humanizmın təbii davamı sayılır. Maarifçilik dövrü humanizm dövründən dini reformasiyalar və buna katolik kilsəsinin reaksiyası ilə ayrılır. Maarifçilik nəinki humanizm, eyni zamanda XVI və XVII əsrlərin mütərəqqi protestantizm və rasional sektantlığının da davamı sayılır. Belə ki maarifçilik sonunculardan (protestantlıq və rasional sektantlıqdan) siyasi azadlıq və vicdan azadlığı ideyalarını mənimsəmişdir. Reformasiyalar dövründən maarfçilik dövrü ideyalarına ən rahat keçid XVII əsrin sonu və XVIII əsrin əvvələrində İngiltərədə deizmin meydana gəlməsi və inkişafı ilə müşahidə olunur. Deizm cərəyanı reformasiyalar dövrünün dini təkamülü ilə başa çatması ilə meydana gəlmiş və XVII əsr maarfçililərin təbliğ etdiyi təbiət dininin başlanğıcı rolunu oynamışdır. XVIII əsr Maarifçi ədəbiyyatın banisi olaraq Con Lokku göstərmək olar. Humanizm və protestantlıq kimi maarifçilik də ayrı-ayrı illərdə yerli və milli xarakter almışdır.

XVII əsrdə maarifçilik ideyalarına ümumavropa əhəmiyyəti verən fransız maarifçi ədəbiyyatı nümayəndələri Volter, Monteskyö, Russo, Didro və başqaları olmuşdur. Bunları birləşdirən ümumi cəhətlər o dövr Fransasının siyasi və sosial məsələlərinə tənqidi münasibət bildirən rasionalizmin tam hökmranlığı idi. Bu dövr alman maarifçiləri isə əsasən dini və mənəvi məsələlərin həlli ilə daha çox məşğul olurdular.

Maarifçiliyin əsas məqsədi insan təfəkkürünün fəaliyyəti yolu ilə bəşər həyatının təbii prinsiplərini (təbii din, təbii hüquq, fiziokratların iqtisadi həyatının təbii qaydası və s.) tapmaq idi. Belə məntiqi və təbii əsaslar nöqteyi-nəzərdən insan cəmiyyətinin faktiki olaraq bütün mövcud forma və münasibətləri tənqid hədəfinə çevrilir. Maarifçilik ideyalarının təsiri altında Avropa ictimai həyatını yenidən quracaq islahatlar (maarifçi mütləqiyyətFransa inqilabı) həyata keçirilir. XIX əsrin əvvəllərində bir tərəfdən köhnə dini ehkamlara qayıdış, digər tərəfdən isə XVIII əsr ideoloqlarınn etinasız yanaşdığı tarixi fəaliyyətə dönüşlə əlaqədar olaraq maarifçilik idayalarına qarşı çıxışlar baş qaldırır. Hələ XVIII əsrin sonlarından başlayaraq maarifçiliyin əsas xarakterinin təyininə dair cəhdlər edilmişdir. Bunlardan ən nəzərçarpanı Kanta məxsusdur (Beantwortung der Frage: was ist Aufklärung?, 1784). Kanta görə maarifçilik müəyyən doqmatik ideyaların digər doqmatik ideyalarla deyil, azad təfəkkürlə əvəz olunmasıdır.

İstinadlar

redaktə
  1. Rəşidov, Zaur. "Ənvər Əhmədovun tədqiqatlarında Azərbaycan maarifçilik fəlsəfəsi: tənqidi təhlil" (PDF). Metafizika (az.). 5 (4). 2022-12-15: 54–76. eISSN 2617-751X. ISSN 2616-6879. OCLC 1117709579. 2023-01-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-10-14.
pFad - Phonifier reborn

Pfad - The Proxy pFad of © 2024 Garber Painting. All rights reserved.

Note: This service is not intended for secure transactions such as banking, social media, email, or purchasing. Use at your own risk. We assume no liability whatsoever for broken pages.


Alternative Proxies:

Alternative Proxy

pFad Proxy

pFad v3 Proxy

pFad v4 Proxy