Proqressiv rok
Mütərəqqi rok — 60-cı illərin ikinci yarısında meydana gələn bir musiqi janrıdır. Standart mahnı qəliblərindən kənara çıxmaqla və rok musiqinin də öz yenilikçi xarakterini əlavə etməklə bu janr sonrakı dövrlərdə öz sözünü deyə bilmişdir. Əsas nümayəndələri King Crimson, Yes, Genesis, Pink Floyd, Jethro Tull, Rush, Camel və Porcupine Tree kimi qruplardır. Bu janrın əsas xüsusiyyətləri axsaq və dəyişkən ritmli olması, standart formaya malik olmaması, mahnıların çox hallarda uzun olması, qrup üzvlərinin instrumental baxımdan virtuoz dərəcəsində musiqiçilər olması və bu səbəbdən də daha çox instrumental mahnılar olması. Əsas rok elementləri ilə (gitara, zərb alətləri, bas gitara) yanaşı başqa alətlərdən geniş istifadə olunur: pianino, orqan, skripka, fleyta, saksofon və s. Rok musiqisindəki dəyişiklik bu janra da təsir göstərmiş və 80-ci illərdə metal janrının yaranması ilə mütərəqqi metal kimi bir janrın meydana gəlməsinə səbəb olmuşdur. Bura isə Queensryche, Stratovarious, Dream Theater, Pain of Salvation, The Sympony X kimi qrupları aid etmək olar.
Proqressiv rok | |
---|---|
Progressive rock | |
İstiqamət |
Psychedelic rok Hard rok Folk rok Experimental rok Klassik musiqi Caz |
Mənbəsi | Böyük Britaniya, ABŞ |
Yarandığı dövr | 1970-ci illər |
Ölkə | Böyük Britaniya,Almaniya,ABŞ |
Tipik alət | Gitara, Bas gitara, Zərb alətləri, piano, orqan, skripka, fleyta, saksofon |
Törəmə formalar | Simfonik rok,Progressiv metal |
Vikianbarda əlaqəli mediafayllar |