Yun — bəzi məməli heyvanların dərisinin üstünü örtən və heyvandan (adətən qoyun, dəvə və s.) qırxılan tüklər.

Ümumi məlumat

redaktə

Lifli materiallar içərisində birincilik təşkil edən yun əsrlər boyu toxuculuq peşəsi üçün ən yüksək xammal hesab edilmişdir. Bunun üçün insanlar ən çox qoyun yunundan istifadə etmişlər.

 
Yapağı

Qoyun bir qayda olaraq iki dəfə, nadir hallarda il pis gəldikdə, bir dəfə qırxılır. Qırxın dövrü iqlim şəraitilə əlaqədardır. Qırxına aran yerlərdə tez, dağ yerlərində nisbətən gec başlanır. Qırxın yaz və payızda aparılır. Qırxını çobanlar özləri aparır. Bəzən də köməkçilər çobanın və ya sürü sahibinin qohum-əqrəbasından olur. Qırxın qırxlıq aləti vasitəsilə aparılır. Hər bir qırxınçı gündə 20–30 baş, təcrübəli qırxınçılar isə 40 başa qədər qoyun qırxa bilər.

 
Güzəm

Yaz qırxını sürülər yaylağa aparılmazdan əvvəl, payız qırxını isə sürülər yaylaqdan qışlağa dönən vaxt aparılırdı. Yaz yunu daha keyfiyyətli və toxuculuq üçün əlverişli sayılır. Xalq arasında "yapağı" payız yunu, "güzəm" yaz yunu adlanır. Bir qayda olaraq, qoyunun qırxılığa düşüb ölməməsi üçün onu ac olan zaman qırxırlar. Sürü arxaca yığılır. Çoban qoyunu tutub yıxır və qırxılıq ipi ilə qoyunun ayaqlarını bağlayır.

Dəvə yunu əsrlər boyu ən keyfiyətli və ondan hazırlanan paltar və palazlar ən davamlı hesab olunmuşdur. Onun yunu zərif yunlu qoyunun yunundan yüksək qiymətləndirilir. Bir qayda olaraq dəvə ildə bir dəfə aprel-may aylarında qırxılır. Qırxım vaxtı qışın uzun sürməsi, yayın tez gəlməsi ilə bağlıdır. Qışdan gümrah çıxan dəvə yununu tez tökmək istədikdə onu əllə asanlıqla yolmaq olur. Dəvə arıq düşəndə onu qırxılıqla qırxırlar. Dəvənin yununun miqdarı yaşı, cinsi və bəslənməsindən asılıdır. Dəvə 13–15 kq, bəzən də artıq yun verir.

Dəvə yunundan təkcə toxuculuqda deyil, həm də, xalq təbabətində istifadə olunmuşdur. Adətən, dəvə yununu yandırıb isti külünü yaraya qoymaqla qanaxmanı dayandırırlar. Bədnəzərdən qorunmaq üçün də dəvə yunundan istifadə etmişlər. Müəyyən miqdar dəvə yununu parçaya tikib insanın və ya heyvanın münasib yerinə bərkidirlər.

Yerli əhali yundan keçə, xalça, parça, çuval, xurcun, heybə, sicim, örkən və s. şeylər toxuyub hazırlamışlar.

pFad - Phonifier reborn

Pfad - The Proxy pFad of © 2024 Garber Painting. All rights reserved.

Note: This service is not intended for secure transactions such as banking, social media, email, or purchasing. Use at your own risk. We assume no liability whatsoever for broken pages.


Alternative Proxies:

Alternative Proxy

pFad Proxy

pFad v3 Proxy

pFad v4 Proxy