Beynəlxalq vahidlər sistemi

(BS səhifəsindən yönləndirilmişdir)

Beynəlxalq Vahidlər Sistemi (BS, beynəlxalq abreviaturada: SI; ing. International System of Units, fr. Le Système International d'Unités) — gündəlik həyatda eləcə də, elm və texnikanın bütün sahələrində istifadə olunan ən geniş yayılmış vahidlər sistemi. Beynəlxalq Vahidlər sistemi 1960-cı ildə yaranmışdır.

Əsas vahidlər

redaktə

Beynəlxalq vahidlər sistemində əsas vahidlərin sayı yeddidir və bunlardır:

  1. uzunluq vahidi – metr (m)platin-iridium xəlitəsindən hazırlanmış tircik üzərinə çəkilmiş iki cizgi arasındakı məsafədir. 1799-cu ildə Fransada hazırlanmış bu etalon Paris şəhəri yaxınlığındakı Sevr şəhərində saxlanılır. 1983-cü ildən Beynəlxalq razılaşmaya görə metr – işığın vakuumda 1/299792458 saniyədə yayıldığı məsafə kimi müəyyənləşdirilir.
  2. zaman vahidi – saniyə (san) — sezium-133 atomunun şüalanma periodunun 9192631770 mislinə bərabər zamandır.
  3. kütlə vahidi – kiloqram (kq) — platin-iridium xəlitəsindən hazırlanmış silindirşəkilli etalonun kütləsidir.
  4. maddə miqdarı – mol (mol) — kütləsi 0,012 kq olan karbondakı atomların sayı qədər molekullardan və ya atomlardan təşkil olunmuş maddə miqdarıdır.
  5. temperatur vahidi – kelvin (K) — 1954-cü ilə qədər "mütləq dərəcənin" qiyməti suyun qaynama və buzun ərimə temperaturları fərqinin 1/100-i qəbul olunurdu. Termometrin ilk başlanğıc nöqtəsi mütləq sıfır, ikinci əsas nöqtəsi isə suyun üçlük nöqtəsi (273,16K) qəbul olunan Kelvin şkalasından istifadə olunur. Kelvin T və selsi t şkalaları arasındakı əlaqə: T=t+273, 15 və ya hesablamaları sadələşdirmək üçün T=t+273 kimidir. Kelvin şkalasının ΔT=1K,Selsi şkalasının Δt=1 °C-ə bərabərdir.
  6. cərəyan şiddəti vahidi – amper (A) — elə cərəyanın şiddətidir ki, bu cərəyan vakuumda bir-birindən 1m məsafədə və bir-birinə paralel yerləşmiş sonsuz uzun naqillərdən keçdikdə onların hər bir metr uzunluqları arasında 2·10−7Nqarşılıql təsir yaransın.
  7. işıq şiddəti vahidi – kandela (kd) — götürülür.

Beynəlxalq vahidlər sistemində (BS) əlavə vahidlərin sayı ikidir:

  1. müstəvi bucaq vahidi – radian (rad) — qövsünün uzunluğu radiusa bərabər olan bucaqdır.
  2. cisim bucağı vahidi – steradian (strad)

Qalan bütün kəmiyyətlərin vahidləri törəmə vahidlər adlanır.

Mənbə

redaktə
  • M.Murquzov, S.Abdullayev və başqaları. "Fizika" (X sinif). Bakı. 2005.

Xarici keçidlər

redaktə
pFad - Phonifier reborn

Pfad - The Proxy pFad of © 2024 Garber Painting. All rights reserved.

Note: This service is not intended for secure transactions such as banking, social media, email, or purchasing. Use at your own risk. We assume no liability whatsoever for broken pages.


Alternative Proxies:

Alternative Proxy

pFad Proxy

pFad v3 Proxy

pFad v4 Proxy