Baxış bəy Səbur

Azərbaycan şairi

Baxış bəy Səbur (27 avqust 1863, Mirzəcamallı, Şuşa qəzası1931, Daşkənd) — XIX əsrin ikinci yarısı, XX əsrin birinci yarısında fəaliyyət göstərmiş şair, Şuşada fəaliyyət göstərən Məclisi-Fəramuşan ədəbi məclisinin üzvü. Baxış bəy Qarabağın məşhur bəy ailələrindən olan Vəzirovlar nəslinin nümayəndəsi idi.[1][2]

Baxış bəy Səbur
Baxış bəy Əsəd bəy oğlu Vəzirov
Doğum tarixi 27 avqust 1863(1863-08-27)
Doğum yeri
Vəfat tarixi 1931
Vəfat yeri
Atası Əsəd bəy Vəzir
Anası Tutu xanım
Fəaliyyəti şair
Üzvlüyü

Həyatı

redaktə

Baxış bəy Səbur 27 avqust 1863-cü ildə Şuşa qəzasının Vərəndə sahəsinin Mirzəcamallı (Şərifbəyli) obasında anadan olmuşdu. Şuşa real məktəbini bitirmişdi. Bir neçə dil bilirdi. Baxış bəy bir sürə ŞuşaBakı şəhərlərində dövlət idarələrində çalışdıqdan sonra Özbəkistanın Daşkənd şəhərinə köçmüşdü. Daşkənd şəhərində Salman Mümtazın yazdığına görə "maarif və mədəniyyətə dəyərli köməyi olmuşdur".[3]

Baxış bəy Səbur 1931-ci ildə Daşkənd şəhərində vəfat edib.

Mir Möhsün Nəvvab öz ünlü təzkirəsində yazır:[4]

Baxış bəy Əsəd bəyin oğludur. Qarabağın Şuşa əhalisindəndir. Bəhram bəy Fədainin kiçik qardaşı, Asinin bacısı oğlu və Zakirin nəvəsidir. 28 yaşlı xoşəhval bir cavandır. Farscarusca savadı var. Şeirdə təzədir. Aşağıdakı şeirlər onundur. Təxəllüsü Səburdur.

Ailəsi

redaktə

Atası Əsəd bəy Vəzirov Mirzə Camal Cavanşir Qarabağinin qardaşı oğlu olmuşdur. Baxış bəyin Bəhram bəy Fədai, İsgəndiyar bəy Gülçin adlı qardaşları olmuşdur. Baxış bəyin dayısı Abdulla bəy Asi də şair idi. Baxış bəy Qasım bəy Zakirin nəvəsi idi. Adı keçən bütün şəxslər həm də şairliklə məşğul olmuşdurlar.

Həmçinin bax

redaktə

İstinadlar

redaktə
  1. Vasif Quliyev. "Şuşanın ədəbi məclisləri". vetensesi.az. 4 February 2022. 25 July 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 July 2024.
  2. ""Şuşa mədəniyyətinin inciləri" layihəsi - "Məclisi-Üns"". azertag.az. 13 June 2022. İstifadə tarixi: 25 July 2024.
  3. Çingizoğlu, 2004. səh. 238
  4. Nəvvab, 1995. səh. 174

Mənbə

redaktə
  • Nəvvab, Mir Möhsün, Təzkireyi-Nəvvab (PDF), Baku: Azərnəşr, 1995
  • Çingizoğlu, Ənvər, Hacılılar, Baku: Soy, №6, 2004
pFad - Phonifier reborn

Pfad - The Proxy pFad of © 2024 Garber Painting. All rights reserved.

Note: This service is not intended for secure transactions such as banking, social media, email, or purchasing. Use at your own risk. We assume no liability whatsoever for broken pages.


Alternative Proxies:

Alternative Proxy

pFad Proxy

pFad v3 Proxy

pFad v4 Proxy