Abşeron (otel)

(JW Marriott Absheron səhifəsindən yönləndirilmişdir)

"JW Marriott Absheron"Azərbaycan Respublikasının paytaxtı olan Bakı şəhərində beşulduzlu otel. “JW Marriott”a məxsusdur.

JW Marriott Absheron
Xəritə
40°22′27″ şm. e. 49°51′22″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Şəhər Bakı
Tikilmə tarixi 2012
Mərtəbə sayı 21
Memarlıq quruluşu Modern
Vəziyyəti Fəaliyyət göstərir
JW Marriott Absheron (Azərbaycan)
JW Marriott Absheron
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Köhnə “Abşeron” mehmanxanasının yerində tikilən yeni “JW Marriott Absheron” oteli dünya şöhrətli “Marriott International” şirkətinin Azərbaycan Respublikasındakı ilk otelidir. Bakıda beynəlxalq səviyyəli bu cür otellərin tikilməsi Azərbaycanda turizmin inkişafının istər yerli, istərsə də xarici şirkətlər üçün yaradılan əlverişli investisiya mühitinin bariz göstəricisidir.[1] Otel öz tarixi “Abşeron” adını da saxlamışdır. Çünki 1980-ci illərdə burada “Abşeron” otelinin tikilməsi o dövr üçün böyük hadisə idi.[1]

Oteldə otaqların layihələndirilməsi və tərtibatı zamanı Azərbaycanın təbiəti, memarlıq abidələri, eləcə də Xəzər dənizinin elementləri öz əksini tapmışdır. Oteldə yüksək kateqoriyalı “Executive studio”, “Executive Deluxe”, “Executive Premier” və “President luxe” də daxil olmaqla ümumilikdə 243 geniş otaq vardır.[1]

Oteldə Şərq mətbəxinin təamlarının təklif edildiyi “Fireworks Oriental Kitchen”, İtaliya mətbəxinin nümunələri olan “OroNero Bar&Ristorante” restoranları, “Razzmatazz Cocktail&Lounge” barı və “Zest Lifestyle” kafesi vardır. Burada, həmçinin Azadlıq meydanı tərəfdən xüsusi girişi olan restoranlar, bar və kafe fəaliyyət göstərir.[1]

Otelin binasının üst üç mərtəbəsini əhatə edən “Abşeron Spa” mərkəzində qonaqlar Bakının və Xəzər dənizinin füsunkar mənzərəsini seyr etmək imkanına malikdirlər. Mərkəzdə altı prosedur otağı, daxili hovuz, buxar otağı və sauna vardır.[1]

İşgüzar görüşlər və konfransların keçirilməsi üçün oteldə təbii Günəş işığı ilə işıqlandırılan 13 iclas zalı vardır. Otelin mirvarisi hesab olunan 1208 kvadratmetrlik sütunsuz “Şərq” zalında böyük tədbirlərin, sərgilərin və digər mərasimlərin keçirilməsi üçün hər cür şərait yaradılmışdır.[1]

Otelin həyətindən bulvara çıxan yeraltı keçid tikilmişdir.

Açılışı

redaktə

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva 1 aprel 2012-ci il tarixində “JW Marriott Absheron” otelinin açılışında iştirak ediblər.[1]

Poçt markası üzərində

redaktə
 

2012-ci ilin may ayının 14-də Bakı şəhərində Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Azərmarka" şirkəti tərəfindən "Eurovision - 2012"-yə həsr olunmuş yeni poçt markaları təqdim edilmişdir. Qiyməti 60 qəpik, tirajı isə 10000 ədəd olan həmin markalardan birinin üzərində “JW Marriott Absheron” otelinin təsviri verilmişdir[2].

Qalereya

redaktə

İstinadlar

redaktə

Xarici keçidlər

redaktə
pFad - Phonifier reborn

Pfad - The Proxy pFad of © 2024 Garber Painting. All rights reserved.

Note: This service is not intended for secure transactions such as banking, social media, email, or purchasing. Use at your own risk. We assume no liability whatsoever for broken pages.


Alternative Proxies:

Alternative Proxy

pFad Proxy

pFad v3 Proxy

pFad v4 Proxy