Saat qurşağı
Saat qurşağı — Yerin müəyyən hissəsində uyğun qanuna əsasən təyin olunmuş xüsusi zaman qurşağı.
Yer öz oxu ətrafında fırlandığından qütblər istisna olmaqla şimaldan cənuba uzanan meridian üzərində olan bütün nöqtələr qərbdən şərqə doğru fırlanaraq səmada dairə cızırlar. Nəticədə gecə-gündüz yaranır.
Yer kürə formasında olduğundan Günəş şüaları onun bütün səthini eyni vaxtda işıqlandıra bilmir. Günəşin işıqlandırdığı hissədə gündüz, qaranlıqda qalan hissədə isə gecə olur və Yerin fırlanması ilə əlaqədar olaraq bu növbələşmə ardıcıl olaraq davam edərək gecə-gündüzü əmələ gətirir. Bu səbəblərdən Yer səthinin müxtəlif hissələrində saatlar müxtəlif zamanı göstərir.
Hər bir qurşaq daxilində vaxt onun mərkəzindən keçən meridiana görə hesablanır və bütün qurşağa aid edilir. Bu vaxt qurşaq vaxtı adlanır. Eyni meridian üzərindəki məntəqələrdə vaxt eyni olur və yerli vaxt adlanır. 0-cı (24-cü) saat qurşağı Qrinviç meridianından başlanır.
Xarici keçidlər
redaktə Coğrafiya ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |