Stanislav Vonsoviç

Stanislav Stanislavoviç Vonsoviç[1] və ya Stanislav Aleksandroviç Vonsoviç[2] və ya Vanseviç (8 may 18881 noyabr 1937, Leninqrad) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, Milli azlıqlar fraksiyasının üzvü.

Stanislav Vonsoviç
Stanislav Aleksandroviç (və ya Stanislavoviç) Vansoviç
15 dekabr 1918 – 27 aprel 1920
FraksiyaMilli azlıqlar fraksiyası
Şəxsi məlumatlar
Doğum tarixi 8 may 1888(1888-05-08)
Doğum yeri Starıy Zamok, Dvin uyezdi, Vitebsk quberniyası
Vəfat tarixi 1 noyabr 1937(1937-11-01) (49 yaşında)
Vəfat yeri
Vəfat səbəbi siyasi repressiya
Milliyyəti Polyak
Partiya
Təhsili
  • Sankt-Peterburq Dövlət Universitetinin Hüquq fakültəsi[d]
Fəaliyyəti yanğınsöndürən[d]

Həyatı

redaktə

Stanislav Vonsoviç 8 may 1888-ci ildə Vitebsk quberniyasının Dvin uyezdinin Starıy Zamok bölgəsində anadan olmuşdur.[mənbə göstərin] Sankt-Peterburq Universitetinin hüquq fakültəsini bitirib.[3] Rusiya İmperator Ordusunda zabit olaraq xidmət edib.[1]

Stanislav Vonsoviç Polşanın Bakıdakı Konsul agentliyinin katibi vəzifəsini yerinə yetirib.[1]

Stanislav Vonsoviç 1920-ci ilin avqustun 14-də Sovet hökuməti tərəfindən həbs edilmişdir.[4] O, 1920-ci ilin dekabrına qədər həbsdə saxlanılıb. Vonsoviç həbs edilərkən həyat yoldaşı 28 yaşında, oğlu Stanislav isə 5 yaşında olub.

Stanislav Vonsoviç istintaqa verdiyi ifadədə Bakıda çoxdan yaşadığını və buradakı polyakların hamısını tanıdığını bildirmişdir. Stanislav Vonsoviç sonradan həbsdən azad edilmişdir.

Daha sonra Dno şəhərində qatar stansiyasında yanğınsöndürən işləmişdir.

Stanislav Vonsoviç haqqında 1 oktyabr 1937-ci ildə KQB tərəfindən həbs əmri çıxarılmış, 27 gündən sonra edama məhkum olunmuş, 1 noyabr 1937-ci ildə güllələnmişdir.[mənbə göstərin]

Siyasi fəaliyyəti

redaktə

Stanislav Vonsoviç Xalq Azadlığı Partiyası (kadetlər) Bakı bürosunun üzvü olmuşdur və Qafqaz xalqlarına azadlıq prinsipini dəstəkləmişdir.[2]

Stanislav Vonsoviç 15 dekabr 1918-ci ildə Bakı polyakları adından Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü seçilmişdir. O, parlamentdə Milli azlıqlar fraksiyasının üzvü olmuşdur.

1919-cu ilin oktyabr ayında 21 nəfər üzvdən ibarət Mərkəzi Seçki Komissiyası təşkil olunmuşdur. Bu komissiyanın təşkilindən sonra parlamentin 13 oktyabr 1919 tarixli sayca səksən üçüncü iclasında rəsmi olaraq Stanislav Vonsoviçin də üzvü olduğu Məclisi-Müəssisan seçkiləri üçün layihə komissiyasının işinə xitam verilmişdir. Parlamentin 16 fevral 1920 tarixli sayca yüz iyirmi beçinci iclasında Stanislav Vonsoviç nizamnamə komissiyasına seçilmişdir. Parlamentin 22 aprel 1920 tarixli sayca yüz qırx üçüncü iclasında qanun layihəsi komissiyasına tam tərkibdə seçkilər keçirilmiş və Stanislav Vanseviç bu komissiyaya üzv seçilmişdir. Daha sonra isə bu komissiyanın katibi seçilmişdir.[1]

Mənbə

redaktə

İstinadlar

redaktə
  1. 1 2 3 4 Cümhuriyyət Qurucuları, 2018. səh. 468-469
  2. 1 2 "Arxivlənmiş surət" (PDF). 2022-06-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-08-13.
  3. Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Arxivi, S. S. Vonsoviçin PR-20193 saylı istintaq işi, v.20
  4. Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Arxivi, S. S. Vonsoviçin PR-20193 saylı istintaq işi, v.1

Ədəbiyyat

redaktə
  1. Oqtay Əsədov, Rafael Cəbrayılov. Azərbaycan Respublikasının Parlamenti (PDF). Bakı. 2008.
  2. Yaqub Mahmudov. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası (PDF). 2 (Lider nəşriyyatı). Bakı. 2004. səh. 472. ISBN 9952-417-44-4.
  3. Nəsiman Yaqublu. Cümhuriyyət qurucuları (PDF). Bakı: “NURLAR” Nəşriyyat-Poliqrafiya Mərkəzi. 2018. səh. 504.
  4. Azərbaycan Xalq Cümhuriyyəti (1918–1920), Parlament (Stenoqrafik hesabatlar). I kitab (PDF). Bakı: Azərbaycan nəşriyyatı. AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİ YANINDA BAŞ ARXİV İDARƏSİ. 1998. səh. 976.
  5. Azərbaycan Xalq Cümhuriyyəti (1918–1920), Parlament (Stenoqrafik hesabatlar). II kitab (PDF). Bakı: Azərbaycan nəşriyyatı. AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİ YANINDA BAŞ ARXİV İDARƏSİ. 1998. səh. 992.

Həmçinin bax

redaktə
pFad - Phonifier reborn

Pfad - The Proxy pFad of © 2024 Garber Painting. All rights reserved.

Note: This service is not intended for secure transactions such as banking, social media, email, or purchasing. Use at your own risk. We assume no liability whatsoever for broken pages.


Alternative Proxies:

Alternative Proxy

pFad Proxy

pFad v3 Proxy

pFad v4 Proxy