Vikipediya:Kənd meydanı

Ən son rəy:2 saat öncə, Gadir tərəfindən "Freiheiten-in fəaliyyəti ilə bağlı" mövzusunda


BNS ilə bağlı

redaktə

Salam hamıya. Bir müddət əvvəl bu barədə bəzi digər istifadəçilərlə də söhbətimiz düşdü. Faktiki SNS-də qeyri-ensiklopedik olduğu sübut olunan məqalə ya da ensiklopedik olmayan məqalə nəyə görə bura çıxarılmalıdır? Həm əlavə iş yüküdür, həm də heç bir məntiqi yoxdur. Bura envikidəki kimi dil probleminə görə, texniki silmələr, tərk edilmiş qaralama və digər səhifə növündəki səhifələrin çıxarılmasını təklif edirəm, üzərində işləyən istifadəçi müraciət edəcək və inzibatçılar da məzmunu bərpa edəcək. Dediyim kimi, səhifə bu məqsədə xidmət edəcək. Yoxsa burda belə silinir, orada dəfələrlə başlıq açılır bərpası üçün, özü də əksər hallarda düzəlişlər də edilmir və sadəcə xahişlər əlavə olunur. SNS-də vəziyyətinə görə silinən ensiklopedik məqalələr də eləcə, istifadəçi müraciət edəcək və qaralamada işləyəcək, daha sonra da uyğundursa yayımlanacaq. Fikirləriniz? Hörmətlə, Qədir (müzakirə) 11:06, 14 dekabr 2024 (UTC)Cavabla

Salam. Qeyri-ensiklopedik olmayan məqalə birdən dönüb ensiklopedik ola bilir. Məsələn, hansısa şəxsdir, qeyri-ensiklopedik hesab olunub və haqqındakı məqalə azvikidən silinib. 6 ay sonra nəsə mükafat, fəxri ad və s. alıb - ensiklopediklik şərtlərini ödəyib, ona görə də məqaləsi BNS ola bilər.--Sortilegus (müzakirə) 20:02, 14 dekabr 2024 (UTC)Cavabla
Elə onu deyirəm də. Bu halda istifadəçilər qaralama versiyasını tələb edərlər (birbaşa da yarada bilərlər) və üzərində işləyib yayımlayarlar, elə inzibatçılar da birbaşa edə bilərlər. Day bu qədər dəm-dəsgaha nə ehtiyac var? Hansı ki, proses həddən çox çəkir (SNS-də sadə şəkildə silinmiş olsa belə). BNS heç yerə getmir. Hörmətlə, Qədir (müzakirə) 20:58, 14 dekabr 2024 (UTC)Cavabla
Etiraz yoxdursa, bunu konsensus kimi qəbul etmək istəyirəm, səhifəni başdan tərtib etməyi də öz üzərimə götürürəm. Nəzarətimdə də olacaq. Hörmətlə, Qədir (müzakirə) 18:13, 27 dekabr 2024 (UTC)Cavabla

Ümumi ad dəyişmə

redaktə

Salam. Bildiyiniz kimi, bizdə əsginas adları rəqəmlə yazılır, hərflə yox. Məsələn, 1 manatlıq əsginas və ya 200 manatlıq əsginas, həmçinin 10000 yenlik əsginas. Təklif edirəm ki, bunları rəqəm yox, hərflə yazaq, yəni ki, "200 manatlıq yox", "İki yüz manatlıq" olmalıdır. Nə düşünürsünüz? Nümunə kimi Bir dollarlıq əsginas (ABŞ) məqaləsini nümunə çəkə bilərəm. --► Hörmətlə: SolaVirum 17:52, 25 dekabr 2024 (UTC)Cavabla

Dəstəkləyirəm. Bizdə o vaxt bu məqalələr türk dili bölməsinə əsaslanaraq yaradılırdı. Patriot Kor (müzakirə) 18:01, 26 dekabr 2024 (UTC)Cavabla
Bunun Azərbaycan dilinə görə əsaslandırması var? Əgər dil qaydaları bizdən necə tələb edirsə, elə də yazaq. Hörmətlə, Qədir (müzakirə) 18:04, 26 dekabr 2024 (UTC)Cavabla
Niyə məhz rəqəmlə yox, hərflə? Səbəbi nədir? Əsaslandırması nədir? Unkillable Demon King 10:09, 2 yanvar 2025 (UTC)Cavabla

Fərqi yoxdur. İkisi də düzdür. Ancaq, məncə AzVikidə bir standart olmalıdır. Bütün valyutaların əsginasları üçün ya rəqəm, ya da hərf işlətməliyik. --Мурад 97 (müzakirə) 13:09, 2 yanvar 2025 (UTC)Cavabla

  • Mənbələr hər iki cürə də qeyd edir. Qaydalar baxımından hər iki versiya üçün də problem yoxdursa, standart tətbiq edib birini yazmaq olar. Amma əsaslandırması varsa, mənə də maraqlıdı. Bir də, tətbiq etdiyimiz formaya digər formadan istiqamətəndirmələr də vermək olar. Hörmətlə, Qədir (müzakirə) 19:56, 2 yanvar 2025 (UTC)Cavabla
    Mən ədədin tərəfdarıyam. Çünki əsginasın üstündə də ədədlə yazılır. Düzdür, hərflə də yazırlar, amma əsasən kiçik fontla olur. Əsas vurğulanan ədəd olur. Adicə 100 dolların ön hissəsinə baxırsan, 5 dəfə 100 yazıblar, 100-ü gözə soxurlar. İnsanlar əsginasları adətən ədədə əsasən identifikasiya edirlər, ona görə mənə məntiqli gələn bu variantdır. Ümumiyyətlə, EnVikiyə fikir verdim, Solavirumun dediyi şeyi əsasən dollarla bağlı məqalələrdə tətbiq ediblər. Məsələn, yenlə bağlı məqalələrdə hərf deyil, rəqəmlə veriblər. Unkillable Demon King 20:11, 2 yanvar 2025 (UTC)Cavabla

Mobil versiya düymələrinin hər kəsə görünməsi

redaktə
 
Sol (azviki), sağ (enviki)

Salam. Təklif edirəm ki, hazırda sadəcə daxil olan istifadəçilərə görünən bu düymələri envikidəki kimi biz də həm də anonimlər üçün aktiv hala gətirək. Şəkildə qeyd olunub: üst hissədəki "Article" və "Talk" bölmələrini nəzərdə tuturam, müvafiq olaraq.


Hamıya salam. Belə bir səhifə hazırladım. Qərarları koordinasiya etmək və nəzərdən qaçırmamaq üçün faydalı ola biləcəyini düşünürəm. Mən bura hələlik ağlıma gələn iki istifadəçini əlavə etmişəm, aşkarladıqca əlavələr edəcəyəm, lütfən, siz də bildiyiniz keysləri səhifəyə əlavə edin, xüsusən də köhnə istifadəçilər keçmişdən gələn müddətsiz sanskiya və qadağalar var isə, onları əlavə etsinlər. Səhifə ilə bağlı təklifləriniz də maraqlı olardı. Səhifə ilə bağlı ətraflı şəkildə müzakirə səhifəsində də müzakirə aparmaq olar. Məsələn, müddətsiz bloklanmış istifadəçilər bura əlavə olunmalıdırmı? Yoxsa yeni səhifə açmaq lazımdır? Səhv etmirəmsə, fəaliyyəti nəzarətdə olan istifadəçilər üçün də bir səhifə var idi, indi tapa bilmirəm. Hörmətlə, Qədir (müzakirə) 00:56, 31 dekabr 2024 (UTC)Cavabla

vector 2022

redaktə

salammm :3

vector 2022 təzə gələndə səsvermədə iştirak edən istifadəçilərin əksəriyyəti narazılıqlarını bildirdikləri üçün üzlüyün ümumi tətbiqinə başlanıla bilməmişdi. həmin səsvermənin üstündən 2 ildən artıq vaxt keçib və bu gün çooooox az sayda viki qalıb ki, vector 2022-ni defolt kimi qəbul eləməsin. elə-belə bilmək istəyirdim, vikipediyaçılar vector 2022 haqqında bu gün nə düşünür? :3 əkrəm. 15:57, 31 dekabr 2024 (UTC)Cavabla

Təbii ki qəbul etməliyik. Cari defolt dizayn çox köhnədir və insanlarda azviki köhnəlmiş saytdır təəssüratı yarada bilər. Həmçinin yeni əlavə olunacaq bir çox funksiya, misal üçün müvəqqəti hesablar köhnə dizaynda işləməyəcək. Onsuz da biz qəbul etməsək 2025-in iyununa kimi Fond tərəfindən məcburi olaraq ediləcək. Nemoralis (müzakirə) 17:52, 31 dekabr 2024 (UTC)Cavabla
sorğunu başlatmaqda məqsədim elə o idi — əgər icma üzvlərinin yeni skin haqqındakı rəyləri müsbətdirsə, növbəti addıma — konsensus əldə edilməsi üçün səsverməyə keçə bilək. fond, ümid edirəm, öz icbari qərarlarını saxlayacaq o biri vikilərə, azviki özü konsensusla dəyişikliyi qəbul edəcək :D
yeri gəlmişkən, bu dizayn mövzusu təkcə vector 22 ilə də bitmir, köhnədən qalan ooui-zadı codex-ə çevirmək lazımdır. "kopoğlunun urusu" ana səhifəsinə codex tətbiq eləyib, məncə, çox da gözəl alınıb. 11-in imtahanlarından sonra çalışacağam, onlara da bir qədər vaxt ayırım :3 əkrəm. 18:17, 31 dekabr 2024 (UTC)Cavabla
Onsuz da istəyən yenə köhnə dizaynı nizamlamalardan dəyişməklə istifadə edə biləcək. Uyğunlaşdırma məsələsində isə razıyam. Mən özüm yavaş yavaş ən çox istifadə olunan şablonları tünd rejimə uyğunlaşdırıram. Nemoralis (müzakirə) 18:48, 31 dekabr 2024 (UTC)Cavabla
Vector 2022 mənə çox narahat gəlir (bəlkə də yaşla əlaqədardı), vikiyə yeni gələnlərə də çətin gələcək. "Divara dirəniriksə" dəyişək. Ana səhifə ilə bağlı razıyam, ruvikidəki daha səliqəlidi. — Bikar müzakirə 18:30, 31 dekabr 2024 (UTC)Cavabla
22 təzə-təzə elan olunanda özümdə manual dəyişib başlamışdım işlətməyə, haradasa 1 həftə-zad dil selektorunun yerini səhv salırdım, amma sonra öyrəşəndə köhnə vektordan min qat rahat gəlir :3 əkrəm. 18:42, 31 dekabr 2024 (UTC)Cavabla
Vector 2022 olduqca yaxşıdır indi. Mən neçə aydır ki, istifadə edirəm. Düzdür, bir neçə texniki problemini görmüşəm, amma müasir və rahatdır. Köhnəfikirli olmamalıyıq, öyrəşəndən sonra rahatdır. Unkillable Demon King 10:08, 2 yanvar 2025 (UTC)Cavabla

Salam. Məsələnin yenə də ümumi konsensusla həll olunmasının tərəfdarıyam. Yox əgər 2025-in iyununa kimi Fond tərəfindən məcburi olaraq dəyişiləcəksə, o zaman başqa məsələ. Hazırda Ru Vikidə də Köhnə Vektordu (2010), Nemoralis, orda da məcburiyyət olacaq, ya necə, məlumatlısız ?--Nicat49   müzakirə 15:01, 2 yanvar 2025 (UTC)Cavabla

@Nicat49, phab:T377500. Hər yerdə defolt Vector 2022 olacaq. İstəyən təbii ki, yenə köhnə dizayndan istifadə edə biləcək. Nemoralis (müzakirə) 15:13, 2 yanvar 2025 (UTC)Cavabla

"Oversighter" istifadəçi qrupunun adı ilə bağlı

redaktə

Salam. Məsələ ilə bağlı burada fikirlərinizi bildirməyinizi xahiş edirəm. Hörmətlə, Qədir (müzakirə) 01:18, 5 yanvar 2025 (UTC)Cavabla

Təftişçi və Gizlədicilər bizim Vikidə də olsa yaxşı olar. Stüardlara, yəni kepka toplayanlara nəyisə başa salmaq olmur. Sofia (müzakirə) 07:36, 5 yanvar 2025 (UTC)Cavabla
İcmanın qərarı olsa bizdə də olar. Kepka toplamaqla stüardların əlaqəsi yoxdur Nemoralis (müzakirə) 15:31, 5 yanvar 2025 (UTC)Cavabla
Təftiş istəyi göndərirsən günlərlə cavab yazmırlar, bir redaktənin gizlədilməsini istəyirsən deyirlər edə bilmərik. Halbuki bir-iki dəqiqəlik işdi. Mən xoşlamıram onları. Sofia (müzakirə) 16:37, 5 yanvar 2025 (UTC)Cavabla
Əlbəttə, bu hüquqlar lokal olsa daha yaxşıdı. Amma əvvəl bu qrupların fəaliyyətlərini nizamlayan qaydaları hazırlamaq lazımdır. Hörmətlə, Qədir (müzakirə) 16:40, 5 yanvar 2025 (UTC)Cavabla
Haqlısınız. Sofia (müzakirə) 16:45, 5 yanvar 2025 (UTC)Cavabla
məncə, azvikidə bu qrupa ehtiyac yoxdur. Atakhanli (müzakirə) 19:38, 5 yanvar 2025 (UTC)Cavabla
Əslində, bu hüquqlar azvikidə var, sadəcə hazırda onları daşıyan istifadəçilər yoxdur. Təftişçi də, gizlədici də kifayət qədər ciddi və təkmil hüquqlardır. Bu qrupdakı istifadəçilər şəxsiyyətlərini Fonda açıq şəkildə bildirirlər + müqavilə imzalayırlar, yəni ki, hansısa detalların üçüncü tərəf(lər)ə ötürülməsi imkanı yoxdur. Qlobal qaydalar var, amma lokal qaydalarla da tənzimləmək lazımdır, ancaq ondan sonra səsvermə keçirmək olar, fikrimcə. Hər dəfə metaya yazıb gözləmək başağrıdıcı məsələdir. Təftişçi, məncə, mütləq lazımdır, paralel olaraq, gizlədici də olsa, metadan asılılığımız azalar və operativlik olar. Elə şeylər var ki, onları tamamən gizlətmək lazım olur. Hörmətlə, Qədir (müzakirə) 20:56, 5 yanvar 2025 (UTC)Cavabla
@Gadir Mən buradakı redaktəmi gizlətmişdim. Sofia (müzakirə) 07:42, 6 yanvar 2025 (UTC)Cavabla
Burda nəyi gizlətmisiniz ki? Anlamadım. Hörmətlə, Qədir (müzakirə) 07:52, 6 yanvar 2025 (UTC)Cavabla
Nümunə kimi göstərim dedim. Yəni inzibatçı gizlətməsindən elə də fərqlənmir. Sofia (müzakirə) 07:54, 6 yanvar 2025 (UTC)Cavabla
Bunu nümunə kimi gizlədiblər? Yoxsa həqiqətən şəxsilik ehtiva edirdi? Fərq odur ki, inzibatçıda bir xətt olur, gizlədici də iki və gizlədici gizlətdiyinə inzibatçı da daxil olmaqla heç kim baxa bilmir. Hörmətlə, Qədir (müzakirə) 07:55, 6 yanvar 2025 (UTC)Cavabla
Yazmışdım ki, hesabdan səhvən çıxmışam və ip ünvanım açıqlanıb gizlətmək lazımdı. Sofia (müzakirə) 07:56, 6 yanvar 2025 (UTC)Cavabla
Anladım. IP ünvanı mən özüm də gizləmişəm. Amma hansısa narahatlıq varsa, gizlədicilərə müraciət etmək daha yaxşıdı. Ümumi olaraq. Bu haqqınız var. Hörmətlə, Qədir (müzakirə) 07:58, 6 yanvar 2025 (UTC)Cavabla
Sizə məxsus digər bir hesabınızın istifadəçi adı? Hörmətlə, Qədir (müzakirə) 07:54, 6 yanvar 2025 (UTC)Cavabla
Yox, ip ünvanıdır Sofia (müzakirə) 07:55, 6 yanvar 2025 (UTC)Cavabla
👍 Hörmətlə, Qədir (müzakirə) 07:56, 6 yanvar 2025 (UTC)Cavabla
Siz baxa bilirsiz? Sofia (müzakirə) 07:58, 6 yanvar 2025 (UTC)Cavabla
Xeyr. Hörmətlə, Qədir (müzakirə) 07:58, 6 yanvar 2025 (UTC)Cavabla
Gizlətmək başqa necə olur ki Sofia (müzakirə) 08:02, 6 yanvar 2025 (UTC)Cavabla
Bu, gizlədici gizlətməsidir. İki cür olur, biri inzibatçı tətbiq edə bildiyi, hansı ki, inzibatçı da, gizlədici də görə bilir bunu. Digərini də gizlədici edir ki, bunu onlardan və stüardla fond əməkdaşlarından başqası görə bilməz. Daha təhlükəsizdir. Hörmətlə, Qədir (müzakirə) 08:05, 6 yanvar 2025 (UTC)Cavabla
Gizlədicilər baxa bilir fərqi yoxdu kim gizlətdi Sofia (müzakirə) 08:07, 6 yanvar 2025 (UTC)Cavabla
Gizlədicilər hə, inzibatçı və başqaları yox. Hörmətlə, Qədir (müzakirə) 08:07, 6 yanvar 2025 (UTC)Cavabla
Hə elədir. Sofia (müzakirə) 08:09, 6 yanvar 2025 (UTC)Cavabla
Bu iki hüququ daşıyan istifadəçi etibarlı olmalıdır, yoxsa hər şeyin zibili çıxacaq. Sofia (müzakirə) 08:14, 6 yanvar 2025 (UTC)Cavabla
Sözsüz. Hələ qaydalar hazır deyil onsuz. Hörmətlə, Qədir (müzakirə) 08:15, 6 yanvar 2025 (UTC)Cavabla
Elə buna görə icma çətin razılıq verə. Sofia (müzakirə) 08:20, 6 yanvar 2025 (UTC)Cavabla
Bu hüquqlar üçün 25-30 səs (70/80%) tələb olunur, yoxsa meta verən deyil. Hörmətlə, Qədir (müzakirə) 08:26, 6 yanvar 2025 (UTC)Cavabla
O qədər istifadəçini hardan tapaq indi Sofia (müzakirə) 08:29, 6 yanvar 2025 (UTC)Cavabla
Çətin deyil. İnzibatçı namizədləri arxivinə baxsanız, rahat görərsiniz ki, 20+ səs alanlar var. Hörmətlə, Qədir (müzakirə) 08:32, 6 yanvar 2025 (UTC)Cavabla
Əvvəllər çox adam səs ovçuluğu edirdi. İndi bilmirəm. Sofia (müzakirə) 08:34, 6 yanvar 2025 (UTC)Cavabla
Kifayət qədər şəffaf keçən səsvermələr var. Ümid edək ki, azviki ona qədər böyüsün. Hörmətlə, Qədir (müzakirə) 08:38, 6 yanvar 2025 (UTC)Cavabla

Freiheiten-in fəaliyyəti ilə bağlı

redaktə

Salamlar. Qısa bir müddət əvvəl istifadəçiyə fəaliyyəti ilə bağlı belə bir xəbərdarlıq etmişdim və bəzi reaksiyalarla üzləşdim. Bu barədə icmanı açıq şəkildə məlumatlandıracaqdım və bunu edirəm. Əvvəla bu ifadəyə aydınlıq gətirim: "hər siyasi məhbus barədə məqalə yazmayın" — burada onu nəzərdə tuturam ki, istifadəçi bu platformanı konkret tərəfli şəkildə təbliğat məqsədilə istifadə edir, yəni nə mənada? O mənada ki, onun siyasi mövqeyi siyasi mövzularda olan töhfələrinə təsir edir, məsəlçün, müxalif mövzularda yazdığı məqalələrə bildiyi halda müəlliflik hüquqlarını pozan fayllar əlavə edir, SNS-dəki iqtidaryönümlü şəxslərin məqalələrinin silinməsi və müxaliflərin də qalması istiqamətində şərhlər yazır və s. Məzmun da tərəfli olur, məsələn, siz sadəcə bu üç məqaləyə nəzər yetirin: Emin İbrahimov, Elnarə Qasımova, Nərgiz Absalamova. Məzmun tərəfli və ancaq əks mövqe ilədir, tərəfsiz deyil. Məsələ məqalələrin ensiklopedikliyi yox, məzmunu və istifadəçinin bu istiqamətdəki fəaliyyətidir. Mənim mövqeyimə qalsa, mən şəxsən beynəlxalq təşkilatlar tərəfindən "siyasi məhbus" kimi tanınan adamları ensiklopedik hesab edirəm və onsuz da mənbə olduğu üçün də elədir ("birbaşa onların ensiklopedik olmaqları demək deyil" cümləsinə vurğu edirəm), fərqi yoxdur, şəxs sadəcə həbsinə görə tanınsın ya da yox. Özüm də bu barədə məqalələr yazmışam, bax: Fuad Qəhrəmanlı, Seymur Həzi. Hələ bu fikri çox öncədən — "siyasi məhbus kimi tanınan adamları ensiklopedik hesab edirəm" burada da ifadə etmişəm. Şəffaflıq üçün nəzərinizə çatdırıram. Hörmətlə, Qədir (müzakirə) 11:27, 10 yanvar 2025 (UTC)Cavabla

Tərəfli necə olur? Haqlarında olan mənbələrdə istifadə edir də. Əgər xatırlayırsansa, Türkcə Vikipediyada Mübariz İbrahimov məqaləsinin tərəfli olduğunu deyirdilər, çünki erməni mənbəsi azdır. Absurdluğu özün də görmüsən. --► Hörmətlə: SolaVirum 03:06, 11 yanvar 2025 (UTC)Cavabla
Yeganə problem odur ki, SNS-dəki məqalədə yalnız "yerli" istinadlar var. İnternetdə axtarış etmədikcə əmin olmaq çətindi. — Bikar müzakirə 08:06, 11 yanvar 2025 (UTC)Cavabla
Mən bu barədə iradın Ermənistanın mövqeyinin məqalədə verilmədiyinə ya da kifayət qədər verilmədiyinə görə bildirildiyini xatırlayıram, sırf mənbələrə görə yox. Amma mənbə çeşidliliyi nə qədər geniş olarsa, o qədər yaxşı olar. Sadəcə yerli mənbələr olması da bəs edir, ona qalsa, neçə-neçə şəxslər var ki, ensiklopedikdirlər, amma haqlarında olan mənbələr azərbaycanca ilə məhduddur. Tərəfliliyə gəlincə, məqalələrin preambulalarına baxmaq kifayət edir. Hörmətlə, Qədir (müzakirə) 10:25, 11 yanvar 2025 (UTC)Cavabla
@Gadir, nümunə kimi qeyd etdiyin məqalələrin preambulalarına 1-1 baxdım. Heç birində heç bir problem yoxdur. MH ilə qorunan fayllar istisna istifadəçinin fəaliyyətində də heç bir ciddi problem yoxdur. Kim istəsə iqtidar nümayəndələri barədə məqalə yazar, kim istəsə müxalifət, kim istəsə müstəqil jurnalistlərdən yazar, kim istəsə hakimiyyətyönümlü media zurnalistlərindən. Qədir, iradın çox yersiz və əsassızdır. Sırf şəxsi mülahizə və spekulyasiyalara söykənir. Yaxşı olar ki, faydalı inzibatçı fəaliyyəti göstər, nəinki başqa istifadəçilərə ağıl öyrətmə ki, kim nə barədə necə yazsın və ya əksinə yazmasın. samral müzakirə 05:35, 12 yanvar 2025 (UTC)Cavabla
@Samral, burda heç kimə deyilmir ki, sən bu mövzuda yazma. Problem o yox, istifadəçinin siyasi baxışlarını Vikipediyaya əks etdirməsidir, bu mövzularda tərəfsizlik sərgiləyə bilmir. Preambulalar isə problemlidir, girişə belə ancaq həbs və əks mövqe barədə yazılıb, belə şey olmur. Digər istifadəçilərin də fikirləri maraqlıdır. Hörmətlə, Qədir (müzakirə) 06:09, 12 yanvar 2025 (UTC)Cavabla

Bravo (supermarket)

redaktə

salamlar bir mövzü hakkında sizlerden kömək isdəyirəm trwiki'ye bravo (supermakret) haqqında azwiki'den məqaləni çevirdim ama məqalə silinməyə namizəd olaraq gösdərildi və yetərli mənbə yoxdu deyildi. Fikrimcə bu haqqda mənbələr var ama mən axdarışım nəticəsində tapa bilmədim buna oxşar mənbələr lazımdı bu haqqda mənə kömək edə bilərsiz? Bu mövzü "Oba Market" və "Al Market" üçün də keçərlidi Qədir sizdə trwikidə devriyəsiz bu məsələ haqqında sizin də fikirlərinizi almağ daha yaxşı olar Çınarcan (müzakirə) 15:00, 11 yanvar 2025 (UTC)Cavabla

Salam. Sual qəribə gələ bilər: Həmin məqalə ilə bağlı hər hansı başqa marağınız var? — Bikar müzakirə 15:28, 11 yanvar 2025 (UTC)Cavabla
Nə demək isdədiyinizi rahatlığla başa düşürəm ama bu məqalə haqqında başqa bir marağım yoxdu. Sadəcə Azərbaycan haqqında olan məqalələri trwikiyə çevirirəm, (Bravo supermarket) məqaləsinin ensiklopedi olduğu haqqında əminəm ama isdənilən mənbələri tapmadığım üçün sadəcə kömək isdədim (qeyd edim ki birtək bravo supermarket üçün deyil "Oba Market" və "Al Market" qeyd etmişəm oba market məqaləsini belə mən yazmamışam sadəcə ensiklopedi olduğlarını düşündüyüm üçün kömək isdədim Çınarcan (müzakirə) 15:43, 11 yanvar 2025 (UTC)Cavabla
Azad mənbələrlə zənginləşdirməlisiz. Unkillable Demon King 15:35, 11 yanvar 2025 (UTC)Cavabla
Azwikidə olduğu kimi çevirmişəm və burda olan mənbələrin tamamını məqalədə gösdərmişəm Çınarcan (müzakirə) 15:49, 11 yanvar 2025 (UTC)Cavabla
pFad - Phonifier reborn

Pfad - The Proxy pFad of © 2024 Garber Painting. All rights reserved.

Note: This service is not intended for secure transactions such as banking, social media, email, or purchasing. Use at your own risk. We assume no liability whatsoever for broken pages.


Alternative Proxies:

Alternative Proxy

pFad Proxy

pFad v3 Proxy

pFad v4 Proxy