Tompson adası: Redaktələr arasındakı fərq

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Silinən məzmun Əlavə edilmiş məzmun
Yeni səhifə yaradıldı
(Fərq yoxdur)

18:54, 28 yanvar 2024 tarixinə olan versiya

[Fayl:Bouvet-Gruppe_Karte_1898.jpg|thumb|upright=1.5|1898-ci ildə Buve adasının xəritəsi, üzərində Tompson adası işarələnmişdir.]] Tompson adası (ing. Thompson Island) — Cənubi Atlantikada yerləşən kabus ada. Amerika Qlobal Vulkanizm Proqramına görə, ada 54°33′ c. e. 5°50′ ş. u.HGYO koordinatında yerləşir. Buve adasından təxminən 70 km şimal-şərqdədir (Cənubi Afrika və Antarktida arasında yerləşən kiçik Norveç mülkü).

Açılış tarixi

Ada 1825-ci ildə kəşf edilmiş və balina ovu gəmisinin kapitanı Corc Norris tərəfindən adlandırılmışdır. Adanın son görülməsi 1893-cü ildə qeydə alınıb; lakin beş il sonra 1898-ci ildə alman araşdırmaçısı Valdivia Buve adasını tapdıqda, Tompson adasını axtarsada, onu tapa bilmir. Axtarışın uğursuzluğuna baxmayaraq, Tompson adası 1943-cü ilə qədər xəritələrdə görünməyə davam edir. 1967-ci ildə britaniyalı vulkanoloq Peter Baker, Tompson adasının həqiqətən mövcud ola biləcəyini, lakin 1893-1898-ci illər arasında vulkan püskürməsi zamanı yox olduğunu irəli sürür. Norrisin göstərdiyi adanın yeri sual altındadır, çünki batimetrik tədqiqatlara görə həmin ərazidə okeanın dərinliyi 2400 metrdən çoxdur[1][2].

Ada ədəbiyyatda

Cənubi Afrikalı yazıçı Cefri Cenkinsin “Buz qapağı” (1962; ABŞ-da “Yox olan ada” adı ilə nəşr olunub) romanının kulminasiya nöqtəsi Tompson adasında baş verib. Müəllif adanı Buve adasından 120 km (65 dəniz mili) cənub-şərqdə yerləşdirərək, adanın mövqeyindəki uyğunsuzluğu Antarktika sularında refraksiya ilə izah edir[3].

Ədəbiyyat

  • Vincent Gaddis (1965). Invisible Horizons. Philadelphia: Chilton.
  • Henry Stommel (1984). Lost Islands: The Story of Islands That Have Vanished from Nautical Charts. Vancouver: University of British Columbia Press, pp 98-99. ISBN 0-77-480210-3.

İstinadlar

  1. Walter H. F. Smith, David T. Sandwell. Global Sea Floor Topography from Satellite Altimetry and Ship Depth Soundings. Science, Vol. 277, Issue 5334, pp. 1956—1962, 26 сентября 1997
  2. "Thompson Island volcano". Volcano Discovery. 2019-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-12.
  3. Geoffrey Jenkins. A Grue of Ice. — Fontana. — ISBN 0006132693.