AutoCAD

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
AutoCAD
Loqonun şəkli
Tipi özəl proqram təminatı
Tərtibatçı Autodesk
Proqramlaşdırma dili Visual Basic, C++
Əməliyyat sistemi Microsoft Windows, macOS, İOS, Android, Windows Phone
İnterfeysin dili çoxdilli[d]
Yayımlanma tarixi dekabr 1982
Platforma Microsoft Windows
Sonuncu versiya
Lisenziya abunəlik biznes modeli[d]
Sayt autodesk.com/products/au…
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

AutoCAD — Autodesk şirkətinin hazırladığı proqram olub maşınqayırma, tikinti və digər mühəndislik layhələrinin işlənməsində tətbiq olunur.

Tarixi Proqramın köməyi ilə mühəndislikdə əl ilə yerinə yetirilən cizgi işləri avtomatlaşdırılmış və bununla layihələndirmə işləri sürətləndirilmişdir. Hər il Autocad-ın yeni, daha təkmilləşdirilmiş versiyası yaradılır. İndiyə qədər yaradılmış versiyaları:

Versiyanın adı Versiya No Tarix Üstünlüklər
Versiya 1.0 1.0 1 1982, dekabr
Versiya 1.2 1.2 2 1983, aprel
Versiya 1.3 1.0 3 1983, avqust
Versiya 1.4 1.4 4 1983, oktyabr
Versiya 2.0 2.0 5 1984, oktyabr
Versiya 2.1 2.1 6 1985, may
Versiya 2.5 2.5 7 1986, iyun
Versiya 2.6 2.6 8 1987, aprel Ən son versiya riyaziyyat prosessoru olmadan işləyir.
Buraxılış 9 9.0 9 1987, sentyabr
Buraxılış 10 10.0 10 1988, oktyabr
Buraxılış 11 11.0 11 1990, oktyabr
Buraxılış 12 12.0 12 1992, iyun Apple Macintosh üçün son buraxılış.
Buraxılış 13 13.0 13 1994, noyabr Unix, MS-DOSWindows 3.11 üçün son buraxılış.
Buraxılış 14 14.0 14 1997, fevral
AutoCAD 2000 15.0 15 1999, mart
AutoCAD 2000i 15.1 16 2000, iyul
AutoCAD 2002 15.6 17 2001, iyun
AutoCAD 2004 16.0 18 2003, mart DWG 2004 fayl formatı tanıdıldı.
AutoCAD 2005 16.1 19 2004, mart
AutoCAD 2006 16.2 20 2005, mart
AutoCAD 2007 17.0 21 2006, mart DWG 2007 fayl formatı tanıdıldı.
AutoCAD 2008 17.1 22 2007, mart XP və Vista-nın x86–64 Windows versiyası üçün ilk buraxılış mövcuddur.
AutoCAD 2009 17.2 23 2008, mart
AutoCAD 2010 18.0 24 2009, mart DWG 2010 fayl formatı tanıdıldı.
AutoCAD 2011 18.1 25 2010, mart
AutoCAD 2012 18.2 26 2011, mart
AutoCAD 2013 19.0 27 2012, mart DWG 2013 fayl formatı tanıdıldı.
AutoCAD 2014 19.1 28 2013, mart
AutoCAD 2015 20.0 29 2014, mart
AutoCAD 2016 20.1 30 2015, mart
AutoCAD 2017 21.0 31 2016, mart
AutoCAD 2018 22.0 32 2017, mart DWG 2018 fayl formatı tanıdıldı.
AutoCAD 2019 23.0 33 2018, mart
AutoCAD 2020 23.1 34 2019, mart
AutoCAD 2021 24.0 35 2020, mart
AutoCAD 2022 24.1 36 2021, mart
AutoCAD 2023 24.2 37 2022, mart
AutoCAD 2024 24.3 38 2023, mart

Sadə cizgidən başlayaraq 3D modellərin qurulmasına qədər işləri yerinə yetirməyə imkan verir.

AutoCAD-ın ən güclü vasitələrindən biri də onun proqramlaşdırma görünüşünün olmasıdır. Hər bir istifadəçi AutoLİSP-dən istifadə etməklə AutoCAD-ı fərdi sorğu və tələblərinə uyğunlaşdıra bilər.

AutoLİSP proqramlaşdırma dilində notepad-də proqramı yazıb qurtardıqdan sonra onu .lsp faylı kimi yaddaşa vermək lazımdır. Əks halda AutoCAD bu faylı tanımayacaq və proqram yüklənməyəcək. AutoLİSP proqramlaşdırma dilində bütün əmrlər mötərizələr ilə əhatə edilir. Açılan və bağlanan mötərizələrin sayı mütləq bərabər olmalıdır, əks halda proqram işləməyəcək. Mötərizədən kənarda yazılan yalnız və yalnız şərh ola bilər. Şərhi nöqtəli vergül işarəsindən sonra yazmaq lazımdır.

Proqramı işə salmaq üçün Autocad proqramı açılır, Tools menyusundan Load Application seçilir. Buradan yaddaşa verdiyimiz .lsp faylı seçilir və Load əmri verilir.

Visual LISP Autolisp-in AutoCAD-dakı ekran formasıdır. Qısaca olaraq LİSP generatoru AutoCAD-ın daxilində qüvvədə olur və menyu interfeysini təmin edir. Bütün göstəricilər AutoCAD sistemindən açılan Visual LİSP Editor proqramından AutoLİSP proqramına ötürülür. Visual LİSP-in başlıca xüsusiyyətləri aşağıdakılardır:

  1. Bu dildə bütün ifadələr yumru mötərizələr arasında yazılır.
  2. Operator açılmış sol mötərizədən sonra yalnız bircə dəfə istifadə olunur, dəyişənlər və konstantalar ondan sonra yazılır.
  3. İfadəni dəfələrlə mötərizə daxilinə yerləşdirməyə icazə verir.

AutoCAD-ın komandalarına müraciət etmək üçün command operatorundan istifadə olunur. Command operatoru açılan mötərizədən sonra yazılır. Daha sonra tələb olunan komandanın adı dırnaq işarəsi arasında yazılmalıdır və sonra komandanın parametrləri göstərilir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]