Üzüm
Üzüm | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: Üzüm |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
Üzüm (lat. Vitis) — bitkilər aləminin üzümçiçəklilər dəstəsinin üzümkimilər fəsiləsinə aid bitki cinsi.
Qiymətli bitki olaraq dünyanın bir sıra ölkələrində çox qədimdən becərilir. Üzümdən şərab, kişmiş, şərbət, doşab (bəkməz) hazırlanır. FAO-ya (BMT ərzaq və kənd təsərrüfatı təşkilatı) görə dünyada üzüm istehsalının təxminən 71% şərab üçün, 27% təzə meyvə olaraq, 2% isə quru üzüm (kişmiş) olaraq istifadə olunur. Azərbaycanın əksər rayonlarında üzüm becərilir.
Kürdəmir rayonu məşhur Şirvanşahı üzüm növünün vətəni sayılır.
Xalq təbabəti
[redaktə | vikimətni redaktə et]Müəyyən edilmişdir ki, üzümün şirəsində bir sıra müalicə əhəmiyyətli olan maddələr vardır. Bunlardan şəkəri (qlükoza, fruktoza, saxaroza), dəmir duzlarını, kalium-permanqanatı, C və B qrupu vitaminləri, karotin, aşı, boyayıcı və pektin maddələrini və s. göstərmək olar. Üzüm tənəyinin yarpağının tərkibində çoxlu miqdarda C vitamini, karotin, aşı maddəsi, üzvi turşular və s. vardır.
Üzümün giləsi və şirəsi ürək-qan damar sistemi xəstəliklərində, tənəffüs yolları iltihabında, mədə-bağırsaq, qaraciyər, öd yolları və böyrək xəstəliklərində çox xeyirlidir.
Üzümdən hazırlanan doşab qanazlığında, ümümi zəiflikdə çox faydalı qüvvətverici vasitədir. Üzüm qorasından hazırlanan "abqora" isə xəstəliyin ilk dövründə çox yaxşı təsir göstərir. O, susuzluğun qarşısını almaqla yanaşı, xəstənin tez sağalmasını tezləşdirir. Qurudulmuş üzüm gilələri isə qanazlığında çox xeyirlidir.
Meşə üzümü
[redaktə | vikimətni redaktə et]- Status — arealı azalmaqda olan nadir növdür.
- Yayılması — Quba rayonu (Alpan kəndi), Zaqatala rayonu (Muxax kəndi), Hadrut rayonu (Domu kəndi), Zəngilan (Ağbənd kəndi), Astara (Maşhan kəndi) rayonları. Azərbaycandan kənarda – Moldoviya, Krım, Ön Qafqaz, Dağıstan və Türkmənistan, Qərbi Avropa, Aralıq dənizi, Kiçik Asiya və İran.
- Bitdiyi yer — çay subasarları və düzən meşələri.
- Ehtiyatı — azdır.
- Çoxalması — toxumla və vegetativ yolla çoxalır.
- Ehtiyatının dəyişilmə səbəbləri — çaykənarı meşələrdən təsərrüfat üçün istifadə edilməsi.
- Becərilməsi — məlumat yoxdur.
- Qəbul edilmiş qorunma tədbirləri — xüsusi mühafizə tədbirləri hazırlanmamışdır.
- Zəruri qorunma tədbirləri — botanika bağlarında əkmək, mövcüd yasaqlıqlarda və qoruqlarda qiymətli bitki kimi qorumaq lazımdır.
Dində
[redaktə | vikimətni redaktə et]"Quran"da üzüm haqqında belə bir ifadə var:
"Sənin bir xurma bağçan və üzüm bağın olmalı; belə ki, içlərindən gürül-gürül çaylar axıtmalısan."[3]
— İsra surəsi, 91
Üzüm tumunun faydaları
[redaktə | vikimətni redaktə et]- Ən güclü antioksidant hesab edilən üzüm tumu xərçəng xəstəliyinə müsbət təsir edir; xərçəngin müalicəsindəki mənfilikləri aradan qaldırır.
- Damarları qoruyur, damar xəstəliyinin qarşısını alır, damar xəstəliklərini müalicə edir.
- İnfarkt xəstəliyini azaldır.
- Pis xolesterolu azaldıb, yaxşı xolesterolu yüksəldir.
- Diabet xəstələrinə müsbət təsir edir.
- Qan damarlarını gücləndirir.
- Kapilyar damarları gücləndirərək yüksək təzyiqə yaxşı kömək edir.
- Gözdəki damarları gücləndirib qan dövranını yaxşılaşdırır.
- Gözün şəffaf təbəqəsini qoruyur.
- Yaşla birlikdə artan görmə zəifliyinə mane olur.
- Kataraktanın əmələ gəlməsinə mane olur.
- Qan və limfa dövranını nizamlayır.
- Dəri problemlərinə müsbət təsir edir, dərini gözəlləşdirir və dəri sallanmasına mane olur.
- Allergiya problemlərinin qarısını alan özəlliyi vardır.
- Diş əti qanamalarında müalicəvi özəlliyə sahibdir.
- C vitamininin təsirini artırır.
- Saç hüceyrələrini inkişaf etdirir.
- Qan yaradır, qan azlığının qarşısını alır və qanı təmizləyir.
- Böyrək və bağırsaqları təmizləyir.
- Revmatizm xəstəliyinə müsbət təsir edir[4].
Sinonimləri
[redaktə | vikimətni redaktə et]Heterotipik sinonimləri
[redaktə | vikimətni redaktə et]- Allosampela Raf.
- Ampelovitis Carrière
- Berberina Bronner
- Dionysia Bronner
- Dioscoridea Bronner
- Elisabetha Bronner
- Gockia Bronner
- Gonoloma Raf.
- Heddaea Bronner
- Hlubeckia Bronner
- Leonhardia Bronner
- Ludovica Bronner
- Maerklinia Bronner
- Muscadinia Small
- Noachia Bronner
- Palatina Bronner
- Schamsia Bronner
- Sickleria Bronner
- Spinovitis Rom.Caill.
- Thalesia Bronner
- Tyrtamia Bronner
- Zaehringia Bronner
Növləri
[redaktə | vikimətni redaktə et]- Vitis acerifolia Raf.
- Vitis aestivalis Michx.
- Vitis amoena Z.H.Chen, Feng Chen & W.Y.Xie
- Amur üzümü (Vitis amurensis Rupr.)
- Vitis arizonica Engelm.
- Vitis baihuashanensis M.S.Kang & D.Z.Lu
- Vitis balansana Planch.
- Vitis bashanica P.C.He
- Vitis bellula (Rehder) W.T.Wang
- Vitis berlandieri Planch.
- Vitis betulifolia Diels & Gilg
- Vitis biformis Rose
- Vitis blancoi Munson
- Vitis bloodworthiana Comeaux
- Vitis bourgaeana Planch.
- Vitis bryoniifolia Bunge
- Vitis californica Benth.
- Vitis × champinii Planch.
- Vitis chunganensis Hu
- Vitis chungii F.P.Metcalf
- Vitis cinerea (Engelm.) Millardet
- Vitis coignetiae Pulliat ex Planch.
- Vitis davidii (Rom.Caill.) Foëx
- Vitis × doaniana Munson ex Viala
- Vitis erythrophylla W.T.Wang
- Vitis fengqinensis C.L.Li
- Vitis ficifolia Bunge
- Vitis flavicosta Mickel & Beitel
- Vitis flexuosa Thunb.
- Vitis girdiana Munson
- Vitis hancockii Hance
- Vitis heyneana Schult.
- Vitis hissarica Vassilcz.
- Vitis hui W.C.Cheng
- Vitis jaegeriana Comeaux
- Vitis jinggangensis W.T.Wang
- Vitis jinzhainensis X.S.Shen
- Vitis kaihuaica Z.H.Chen, Feng Chen & W.Y.Xie
- Vitis kiusiana Momiy.
- Labrusk üzümü (Vitis labrusca L.)
- Vitis lanceolatifoliosa C.L.Li
- Vitis longquanensis P.L.Chiu
- Vitis luochengensis W.T.Wang
- Vitis menghaiensis C.L.Li
- Vitis mengziensis C.L.Li
- Vitis metziana Miq.
- Vitis monticola Buckley
- Vitis mustangensis Buckley
- Vitis nesbittiana Comeaux
- Vitis × novae-angliae Fernald
- Vitis novogranatensis Moldenke
- Vitis nuristanica Vassilcz.
- Vitis palmata Vahl
- Vitis pedicellata M.A.Lawson
- Vitis peninsularis M.E.Jones
- Vitis piasezkii Maxim.
- Vitis pilosonervia F.P.Metcalf
- Vitis popenoei J.L.Fennell
- Vitis pseudoreticulata W.T.Wang
- Vitis qinlingensis P.C.He
- Vitis retordii Rom.Caill. ex Planch.
- Vitis riparia Michx.
- Vitis romanetii Rom.Caill.
- Vitis rotundifolia Michx.
- Vitis rupestris Scheele
- Vitis ruyuanensis C.L.Li
- Vitis saccharifera Makino
- Vitis shenxiensis C.L.Li
- Vitis shizishanensis Z.Y.Ma, J.Wen, Q.Fu & X.Q.Liu
- Vitis shuttleworthii House
- Vitis silvestrii Pamp.
- Vitis sinocinerea W.T.Wang
- Vitis sinoternata W.T.Wang
- Vitis tiliifolia Humb. & Bonpl. ex Schult.
- Vitis tsoi Merr.
- Mədəni üzüm (Vitis vinifera L.)
- Vitis vulpina L.
- Vitis wenchowensis C.Ling
- Vitis wenxianensis W.T.Wang
- Vitis wilsoniae H.J.Veitch
- Vitis wuhanensis C.L.Li
- Vitis xunyangensis P.C.He
- Vitis yunnanensis C.L.Li
- Vitis zhejiang-adstricta P.L.Chiu
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Linney K. Genera plantarum eorumque characteres naturales, secundum numerum figuram, situm, & proportionem omnium fructificationis partium. 5 Stokholm: 1754. S. 95. doi:10.5962/BHL.TITLE.746
- ↑ Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 202.
- ↑ Quranda adı çəkilən bitkilər Arxivləşdirilib 2013-07-29 at the Wayback Machine (az.)
- ↑ "Üzüm, üzümün tumunun faydası nədədir?". 2013-07-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-07-02.