51°53′00″ şm. e. 176°39′00″ q. u.HGYO

Adak adası

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Adak adası
ing. Adak Island, aleut. Адаҳ
Ümumi məlumatlar
Sahəsi 711,18 km²
Uzunluğu
  • 48 km
Eni 35 km
Hündür nöqtəsi 1196 m
Əhalisi 326 nəfər (2010-cu il)
Yerləşməsi
51°53′00″ şm. e. 176°39′00″ q. u.HGYO
Ölkə  ABŞ
Region
Akvatoriya
Adak adası xəritədə
Adak adası
Adak adası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Adak adası (ing. Adak Island, aleut. Адаҳ) — Aleut adaları qrupuna daxil olan Andreyanov adaları qrupunun ən böyük adasıdır. Ada inzibati cəhətdən ABŞ-nin Alyaska ştatının tərkibinə daxildir. 2010-cu il əhalinin siyahıya alınma məlumatlarına əsasən adanın əhalisi 326 nəfərdən ibarətdir.

Adak adasında tundra

Adak adasının ümumi sahəsi 711,18 km²-dir. Sahəsinin böyüklüyünə görə ada ABŞ-nin ən böyük 25-ci adasıdır. Adak adasının uzunluğu təxminən 54,5 km, eni isə 35 km-dir. Adanın ən yüksək nöqtəaı (Moffett dağı) dəniz səviyyəsindən 1196 m hündürlükdə yerləşmişdir. Dağ adanın şimal-qərb qurtaracağında yerləşib. Ada dağlıqdır. Adanın səthi tundra bitkiləri, mamırlar, şibyələrqıjılar ilə örtülmüşdür. Polystichum aleuticum adlı qıjı növü Adak adası üçün endemik hesab olunur və hal-hazırda yox olmaq təhlükəsi altındadır.[1]

Adanın iqlimi soyuq dəniz iqlimi ilə səciyyələnir. Ada sıx dumanlarla və yağıntılarla örtülü olur.

Ada 1753-cü ildə rus sənaye sahibləri tərəfindən aşkar edilmişdir. Həmin şəxslər adanı "Sv. İeremiya" gəmisi vasitəsilə tapmışdılar. Gəmiçilər adada aleutların qəsəbəsini aşkar etmişlər. Bəzi hallarda onlar arasında silahlı konfliktlər olurdu. 1759-cu ildə adaya daha bir rus gəmisi olan "Sv. Vladimir" gəmisi gəldi. Onların da gəlişi yerli aleutlarla münaqişələrə səbəb oldu. Gəmidə rus sahibkarları yer alırdı.[2].

Ada 1867-ci ildə Alyaska ilə birlikdə ABŞ-yə satılmışdır.

Adada Adak Hava Limanı yerləşir. Hal-hazırda Alaska Airlines aviaşirkəti tərəfindən Boeing 737 təyyarələri ilə Ankoricə həftədə iki müntəzəm reys həyata keçirilir. Digər nəqliyyat infrastrukturuna 3 ədəd dərin sularda yerləşən yanacaqdoldurma kompleksi daxildir. Adada təxminən 26 kilometrlik avtomobil yolu yerləşmişdir. Yol asfalt qatı ilə örtülüdür.

  1. "NPWRC :: Endangered and Threatened Species Recovery Program". npwrc.usgs.gov. 2013-07-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-11-20.
  2. "Промысловое освоение алеутских о-вов русскими промышленниками (1743–1783)". 2011-06-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-03.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]