Afrodita

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Afrodita
Knidoslu Afrodita (Roma dövrünə aid), Münhen, Antik muzey, Glyptothek
Knidoslu Afrodita (Roma dövrünə aid), Münhen, Antik muzey, Glyptothek
Mifologiya Qədim Yunanıstan dini, qədim yunan mifologiyası
Yer Olimp dağı
Təsir sahəsi sevgi, gözəllik
Adının izahı Eşq, gözəllikəyləncə ilahəsi
Yunanca adı Ἀφροδίτη
Cinsi qadın[d]
Atası Zevs
Anası Diona
Əri
Uşaqları
Digər mədəniyyətlərdə Venera
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Afrodita (yun. Ἀφροδίτη; ἀφρός — köpükdən yaranmış) — Yunan mifologiyasında eşq, gözəllikəyləncə ilahəsi. Simvolları qu quşu, sərçəgöyərçindir.

Ümumi məlumat

[redaktə | vikimətni redaktə et]

Qədim yunan mifologiyasında məhəbbət və gözəllik ilahəsi. Afrodita həmçinin məhsuldarlıq, bərəkət, əbədi bahar və həyat ilahəsi hesab olunurdu. Bəzi rəvayətlərə görə, Afrodita ZevsinDiananın qızıdır. Başqa rəvayətlərdə isə onun dəniz köpüyündən doğulduğu qeyd olunur. Afrodita nikahın hamisidir. Kiçik Asiya ilahəsi Kibelaya yaxın olan Afroditanın arxaik xüsusiyyətləri daha mülayimdir. Afrodita Finikiya ilahəsi Astarta, Babil ilahəsi İştar və Misir ilahəsi İsida ilə eyniləşdirilirdi. Digər Olimpiya allahları kimi Afrodita da qəhrəmanlara hamilik edirdi. Troya müharibəsi zamanı Afrodita döyüşlərə müdaxilə etməyə cəhd göstərmiş və troyalılara yardım etmişdir. Kifera adalarında yerləşən Afrodita Uraniya ("Səmavi") məbədi yunanların ən qədim və müqəddəs ibadətgahı idi. Afroditaya sitayiş Yunanıstandan başqa Kiçik Asiya, Suriya, həmçinin Bibl şəhərində və Qara dəniz koloniyalarında geniş yayılmışdı. Qədim Roma mifologiyasında Venera ilə eyniləşdirilirdi. İkonoqrafiya. Afrodita Yunanıstanda arxaik və klassik dövrə aid bir çox əsərlərdə geyimli, e.ə. 4 əsrdən isə yarıçılpaq və ya çılpaq təsvir olunurdu. Antik sənətkarlar onun obrazında ideal qadın gözəlliyini təsvir etməyə çalışırdılar. Heykəltəraşlardan Alkamenin "Afrodita bağlarda" (e.ə. 5 əsrin 2-ci yarısı; əsərin Roma surəti Luvrda saxlanılır), Praksitelin "Knidli Afrodita" (e.ə. 350–340; 50-dən çox surəti mövcuddur), həmçinin "Miloslu Afrodita" və rəssam Apellesin "Anadiomenin Afroditası" (e.ə. 4 əsrin 2-ci yarısı; dövrümüzədək çatmamışdır) əsərləri məşhurdur. Afroditanın da təsvir olunduğu "Parisin məhkəməsi", həmçinin Afroditanın Areslə və Adonislə sevgisindən bəhs edən səhnələr antik dövrdən 19-cu əsrədək təsviri sənətdə ən çox yayılmış süjetlər idi (L.Kranax, Corcone, P.P.Rubens, A.Vatto, O.Renuar, P.Qogen və s.).

Afroditanın doğulması haqqında bir çox rəvayətlər mövcuddur. Rəvayətə görə Geya əri Uranın hərəkətlərindən təngə gələrək oğlu Korona onu cəzalandırmağı tapşırır. Kron atası Uranın axtalamaq məqsədilə cinsiyyət vəzisini əlindəki oraqla kəsərək dənizə atmışdır. Uranın törədicilik qabiliyyəti o qədər güclü olmuşdur ki, yerə düşən qan damcısından Erinlərnəhənglər törəyir. Dənizə atılmış qanlı cinsiyət vəzisindən ağ köpük əmələ gəlir ki, ondan da Afrodita yaranmış olur. Digər bir rəvayətə görə Afrodita Zevs və Dionun qızı olmuşdur.

Məhəbbət və gözəllik ilahəsi

[redaktə | vikimətni redaktə et]

Afroditanın gücünın sirri onun hamıya o cümlədən tanrılara da eşq əhval ruhiyyəsi aşılamasında idi. Afrodita ən çirkin sayılan həm də şikəst olan Hefestə ərə verilməsinə baxmayaraq, əri öz dəmirçixanada gecə-gündüz çalışarkən o, öz sevgisi ilə Ares, Poseydon, Hermes və digər tanrıların könlünü almşdır. Afrodita Poseydondan Siciliyanın çarı, oğlu Eriki və qızı Rodosu dünyaya gətirmişdir. Afrodita Dionisə qarşı da laqeyd qalmamışdır. Bur dəfə Dionis Hindistanda səfərdə olarkən, fürsətdən istifadə edərək Afrodita gənc Adonisi öz gözəlliyi ilə valeh edərək onunda kölnünü almışdır. Dionis geri dönərkən artıq Afrodita hamilə idi. Uşağın Dionisdən ya da Adonisdən olması məlum olmamışdır. Belə olan halda Hera ərinin nigahdan kənar olan uşaqları Dionis və Afroditaya nifrət etdiyi üçün, elə edir ki, onların çox eybəcər bir uşağı — Priap dünyaya gəlir.[1]

Məkirli Afrodita

[redaktə | vikimətni redaktə et]

Digər tanrılar kimi Afroditada öz qüvvəsini həm xeyir həm də şər məqsədlərə sərf etmişdir. Sparta çarı Tindareya onu lazımınca qiymətləndirmədiyinə görə elə edir ki, onun hər iki qızlarını yoldan cıxarır və onlar öz ərlərinə sədaqətsizlik göstərmiş olurlar. Afroditanın ən sevdiyi əməllərdən biri də Zevsi tez-tez yerə enməyə və insan cildli qadınlarla əlaqəyə girməyə vadar etməsi idi. Nəticədə Heranın Zevsə qarşı daha da hiddəti artmış olurdu. Bunun əvəzini çıxmaq üçün Zevs Afroditada, yaraşıqlı troyalı Anxizə qarşı ehtiras oyadır. Afrodita insan (qadın) obrazına girərək Anxizlə əylənmiş olur ki nəticədə o, Troya müharibəsinin ən dahi qəhrəmanlarından sayılan Eneyanın anası olmuş olur.[2]

Afroditanı həməşə çoxlu rəfiqələri və köməkçiləri müşayət edərmiş. O, qızlara sevdiklərilə eşqibazlıq etməyi tövsiyə edərmiş. Oğlu Erot onu heç zaman tərk etməmişdir. Erot qızılı qanadlara malik, əlində ox və kaman tutmuş kiçik oğlan uşağı kimi təsvir edilir. O, öz sehirli oxu ilə tanrıların və insanların ürəklərini yaralayarmış və beləliklə sevgililəri cütləşdirərmiş.[2]

  1. Греческая Мифология, Катерина Серви, səhifə 48
  2. 1 2 Греческая Мифология, Катерина Серви, səhifə 49
Məktəblinin tarix lüğəti. Bakı,2011,səh.9.
  • Греческая Мифология, Катерина Серви, EKDOTİKE ATHENON, Афины 2007 ISBN 960-213-378-3, ISBN 978-960-213-378-1
  • Софиа Сули, Греческая Мифология, Издателство Михалис Тубис А.О., 1995 ISBN 960-540-118-5
  • Panaghiotis Christou, Katharini Papastamatis, Griechische Mythologie, 2008 ISBN 978-88-476-2283-8
  • Менелаос Стефанидис, Яннис Стефанидис, ГРЕЧЕСКАЯ МИФОЛОГИЯ, БОГИ ОЛИМПА, Издательство "СИГМА", 2009, Lekanidi St.30, GR-173 43 Athens, Greece ISBN 978-960-425-078-3

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]