Antonio Vivaldi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Antonio Vivaldi
it. Antonio Vivaldi
Ümumi məlumatlar
Doğum adı Antonio Lucio Vivaldi
Doğum tarixi 4 mart 1678(1678-03-04)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 28 iyul 1741(1741-07-28)[1][2][…] (63 yaşında)
Vəfat yeri
Dəfn yeri
Musiqiçi məlumatları
Fəaliyyəti bəstəkar
Fəaliyyət illəri 1685–1741
Janrlar opera, kamera musiqisi, konsert[d], Sardana[6]
Musiqi alətləri skripka[3], klavesin
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Antonio Vivaldi (4 mart 1678[1][2][…], Venesiya, Venesiya Respublikası[3][4][…]28 iyul 1741[1][2][…], Vyana, Avstriya hersoqluğu, Müqəddəs Roma imperiyası[4][5]) — italyan bəstəkarı, skripkaçı, dirijoru və pedaqoqu. Onun qırmızı saçı səbəbdən Prete Rosso ("Qırmızı Keşiş") ləqəbi ilə tanınmışdır. Ən böyük Qərb bəstəkarlarından biri sayılır, onun həyatı ərzində yaradılmış əsərlər bütün dünya musiqisinin inkişafına təsir edib. Vivaldi əsasən instrumental konsertlərin təşkili ilə tanınır, qırxdan çox operanın müəllifidir. Onun ən məşhur əsəri Dörd fəsil skripka üçün konsertidir.

Antonio Lucio Vivaldi Venesiyada 1678-ci ildə doğulub, o zamanlar Venesiya Respublikasının paytaxtı. O analığı tərəfindən onun evində doğulmasından sonra dərhal xaçlanıldı. Vivaldinin valideynləri Giovanni Battista Vivaldi və Kamilla Calicchio idi, və buda Bragora San Giovanni kilsəsinin registrində qeydə alınmışdır. Ailədə Vivaldidən başqa beş uşaq var idi: Margarita Gabriela, Sesiliya Mariya, Bonaventura Tomaso, Zanetta Anna və Giovanni Battista Francesco Gaetano. Atası peşəkar skripkaçı idi və məhz o Antonionu musiqi aləminə gətirir və ilk müəllimi olur[7].

Yaradıcılığı

[redaktə | vikimətni redaktə et]

İtalyan bəstəkar, skripkaçı və dirijor Antonio Vivaldi solo instrumental konsert janrının yaradıcısıdır. Onun solo skripka texnikası instrumentovkanın və solo instrumental konsertin klassik formalarının inkişafına təsir göstərib. Vivaldi 94 opera (19-u bilinir), 465 instrumental konsert, о cümlədən proqramlı simfonik musiqinin ilk nümunələrindən olan "İlin fəsilləri" silsiləsinin və sair əsərlərin müəllifidir. Antonio Vivaldi 28 iyul 1741-ci ildə vəfat edib.

Ən məşhur əsəri olan "İlin fəsilləri" silsiləsindən 4 parça (Yaz, Yay, Payız, Qış) skripka, eləcə də digər simli musiqi alətləri arasında ən populyar musiqilərdən hesab olunur.

  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 3 4 Itaú Cultural Antonio Vivaldi // Enciclopédia Itaú Cultural (порт.). São Paulo: Itaú Cultural, 2001. ISBN 978-85-7979-060-7
  3. 1 2 3 https://www.francemusique.fr/personne/antonio-vivaldi.
  4. 1 2 3 4 Archivio Storico Ricordi. 1808.
  5. 1 2 Česká divadelní encyklopedie.
  6. https://www.musicsperlacobla.cat/compositor.php?autor_id=1596.
  7. Walter Kolneder, Antonio Vivaldi: Documents of his life and works (Amsterdam: Heinrichshofen's Verlag, Wilhelmshaven, Locarno, 1982), 16.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]