Apis — Qədim Misir mifologiyasında müqəddəs öküz qiyafəsində, obrazında olan məhsuldarlıq, münbitlik allahı. Memfisşəhəri ona sitayişin mərkəzi idi. Apis Ptaxın və Ranın ruhu hesab edilirdi. Apisin mücəssəməsi xüsusi ağ ləkələri olan qara Öküz idi. Qədim misirlilər inanırdılar ki, Apis-öküzün qaçma ayini tarlaları münbitləndirir. PtolemeylərindövründəOsirisin Apislə vahid Serapis allahda birləşməsi baş vermişdir. Apisöküzün ölümü böyük bədbəxtlik hesab olunurmuş. Ölmüş Apisi balzamlayır və Memfis yaxınlığında xüsusi mərasimlə basdırırmışlar. [1]