Arxeoloji abidələr
Arxeoloji abidələr (yun. archaios — qədim) — keçmişdən bu günə (tarixdən əvvəlki və ya tarixi dövrlər) izlər daşıyan və arxeologiyanın əhatə dairəsinə daxil olan yer və ya yerlərin ümumi adıdır.
Arxeoloji abidənin dəqiq sərhədlərini müəyyən etmək üçün arxeoloq adətən həmin yaşayış məntəqəsinin təsir sərhədlərini bilməlidir.
Arxeoloji abidələrə, əsasən,insan məskənləri, şəhər və qala xarabalıqları, qaya təsvirləri, torpaq sədlər, sərdabəlar, emalatxana qalıqları, qəbirlər, qədim yazılar (daş və s. üzərində), suvarma kanalları, su kəmərləri və s. daxildir. Arxeoloji abidələr insan cəmiyyətinin tarixini öyrənir.
Arxeoloji abidələr ənənəvi olaraq yaşayış yeri və artefaktların mövcudluğuna görə təsnif edilir. Arxeoloji abidələrdə ocaq və ev qalıqlarına tez-tez rast gəlinir. Arxeoloji qazıntılarda heyvan (sümük parçaları) və bitki qalıqları kimi bioloji materiallara da çox rastlanır. Qaya parçaları paleolit və mezolit dövrləri üçün səciyyəvi materiallardır.
Ümumiyyətlə insanların fəaliyyəti nəticəsində əmələ gələn arxeoloji abidələr (obyektlər) tamamilə təbii proseslər nəticəsində də məhv ola bilər. Zamanla yer altında qalan mədəni sərvətlərin qorunma şansı insan təsirinə açıq olan mədəni sərvətlərə nisbətən daha çoxdur. Tropik meşələrdə və sıx bitki örtüyü olan ərazilərdə qalıqlar qısa müddətdə torpaqla örtülə bilər. İnsanların şüurlu və ya şüursuz hərəkətləri də arxeoloji abidələrin torpaq altında qalmasına səbəb olur. Dağıntılar üzərində insanların daha sonra qurub yaratdıqları yeni yaşayış yerləri şəhər arxeologiyasının maraq dairəsindədir.[1]
Həmçinin bax
[redaktə | vikimətni redaktə et]Xarici keçidlər
[redaktə | vikimətni redaktə et]Xarabagilan yaşayış məntəqəsinin tarixi
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Dunnell, Robert C,, William S. Dancey. 983 The Siteless Survey: A Regional Scale Data Collection Strategy, Advances in Archaeological Method and Theory (eng) (M.B. Schiffer, ed.). 6:267-287.