Balkan yarımadası
Balkan yarımadası | |
---|---|
Ümumi məlumatlar | |
Sahəsi |
|
Yerləşməsi | |
42° şm. e. 22° ş. u.HGYO | |
Vikianbarda əlaqəli mediafayllar |
Balkanlar və ya Balkan yarımadası (sloven. Balkanski polotok, xorv. Balkanski poluotok, bosn. Balkansko poluostrvo, serb. Балканско полуострво, rum. Peninsula Balcanică, yun. Βαλκανική χερσόνησος, türk. Balkan Yarımadası, lat. Paeninsula Balcanica) — Avropanın cənub şərq hissəsi. Balkanlara Albaniya, Bolqarıstan, Bosniya və Herseqovina, Yunanıstan, Makedoniya Respublikası, Rumıniya, Serbiya, Sloveniya, Türkiyə, Xorvatiya və Monteneqro daxildir. Ərazi adını Qərbdən şərqə doğru uzanan və Bolqarıstanı iki bölən dağ silsiləsindən alınmışdır. Əvvəllər o ancaq sıra dağlarının ad olaraq istifadə olunan balkan, daha sonra bütün bölgənin adı istifadə olunmağa başlamışdır. Balkan yarımadasının bir hissəsinin çox geridə qalmış olması səbəbindən Avropanın ən problemli ərazisi hesab edilir. Osmanlı imperiyasının ərazidəki hökmranlığın bitməsindən sonra Balkanların bölüşdürülməsinə aid olan problemlər indiyə kimi davam etmişdir. Bölgədə təxminən 49 milyon insan yaşayır.
Etimologiyası
[redaktə | vikimətni redaktə et]Bölgənin adı olan "Balkan və ya Balkanlar" sözü türk dilindədir. Sözün kökündə olan Balkan sözünün "sıx meşəlik, bataqlıq və dağlıq ərazi" kimi mənası var. Balkan sözü dünyadakı digər dillərə də türk dilindən keçmişdir.
Coğrafiyası
[redaktə | vikimətni redaktə et]Balkanlar cənubi qərbdə Adriatik dənizi və İon dənizi, cənubda Aralıq dənizi, cənub şərqdə Egey dənizi, Mərmərə dənizi və şərqdə isə Qara dəniz ilə əhatə olunmuş bir yarımadadır. O şimal sərhədlərini Dunay savad və qrupa üzv çayları təşkil edir. Balkan yarımadasının ümumi ərazisi 504 884 kvadrat kilometrdir.
Balkanların və ya coğrafi adla Balkan yarımadasının şərq, cənub və qərb sərhədləri haqqında mövcud fikir birliyinə baxmayaraq, şimal sərhədləri mübahisəlidir. Bəzi coğrafiyaçılar şimal sərhədini Dunay və Drava çayları kimi qəbul edir, bəziləri də sərhədi Karpat dağlarının şərqindən keçirir. Balkan yarımadasının sahilləri Aralıq dəniz sisteminə daxil olan altı dənizə açılır. Bu vəziyyət, Balkanların, Aralıq dənizi strategiyasındakı çox mühüm yerini vurğuladığı kimi, Balkan ölkələrinin çoxunun dəniz nəqliyyatı və dənizçilik sahələrində inkişaf etmələrinə də yol açır.
Balkanlarda coğrafi quruluşuna bağlı olaraq iqlimdə dəyişikliklər görülür. Adriatik və Egey dənizi sahillərində Aralıq dənizi iqlimi hakimdir. Qara dəniz sahillərində iqlim, rütubətli subtropik və mülayim okean növündədir. Daxili ərazilərdə isə rütubətli kontinental iqlim hakimdir. Yarımadanın şimalı ilə dağlıq sahələrdə qış soyuq və qarlı, yaylar isti və qurudur. Cənub ərazilərdə qışlarının iqlimi mülayimdir. Rütubətli kontinental iqlim Sloveniya, Şimali Xorvatiya, Bosniya və Herseqovina, Albaniyanın daxili, Şimali Monteneqro, Kosovo, Makedoniya, Bolqarıstan, Serbiya və Rumıniyada rast gəlinir. Geri qalan və geniş olmayan iqlim tipləri olan rütubətli subtropik iqlim və okean iqlimi, Bolqarıstanın Qara dəniz sahillərində və Türkiyədə görülür. Aralıq dənizi iqlimi, Sloveniya sahillərində, Cənubi Xorvatiya, Albaniya sahil hissəsində, Yunanıstanda, Cənubi Monteneqroda və Türkiyənin Egey Dənizi sahillərində görülər.
Dağlar və çaylar
[redaktə | vikimətni redaktə et]Bölgə sahəsinin böyük qismi dağlarla örtülüdür. Bu dağlar əsasən şimaldan qərbə və ya cənubdan şərqə uzanır. Balkan ərazilərinin ən yüksək dağı 2925 metrə yüksələn və Bolqarıstanda yerləşən Rila dağıdır. Rila dağını 2917 metr ilə Yunanıstandakı Olimp dağı və 2914 metr ilə Bolqarıstanın Vihren dağı izləyir. Bu yüksək dağların yanaşı, ən böyük dağ silsilələri Dinar dağları, Albaniya dağları, Şar dağları, Balkan dağları, Rodop dağlarıdır. Bu dağ silsilələrindən başqa daha kiçik və yerli dağlar da vardır.
Regionun bir çox hissəsində müxtəlif böyüklükdə axar sular yer alır. Regiondakı çaylar içində bəziləri bir çox ölkə boyunca axır və böyük bir hövzə yaradırlar. Bəziləri isə daha regional və ya lokal çaylardır. Regiondakı əhəmiyyətli çaylardan biri olan Dunay çayı Balkanların şərq hissəsində yerləşən ölkələri Qara dənizə bağlayır. Dunay çayına şimaldan axan Tisa çayı və şərqdən axan Morava çayı digər əhəmiyyətli çaylardır. 550 km uzunluğa malik Morava Çayı, Balkan bölgəsindəki ən uzun çay adına sahibdir. Qərbdən cənuba axan və Adriatik dənizə tökülən Neretva çayı də regionun önəmli su qaynaqlarından biridir. Digər əhəmiyyətli çaylardan Bolqarıstanda olan Maritsa çayı, Albaniyada axan Drin çay və Makedoniyada anadan olan Vardar çayıdır.
Tarix
[redaktə | vikimətni redaktə et]Balkanların tarixi 44.000 il əvvəl ilk dəfə Yüksək Paleolitik dövrdə homo sapienslerin regionda ortaya çıxması ilə başlayır. Tarixdən qabaqkı dövrün sonu isə ilk dəfə yazılı mətnlərin Qədim Yunanıstanda ortaya çıxdığı E. Ə. 8-ci əsr olduğu qəbul edilir. Müxtəlif Yunan şəhər dövlətləri eradan əvvəlki əsrlərdə Balkanların Egey dənizi və Adriatik sahilləri ilə yaxın hökm sürmüşdür. E. Ə. 500-cü il sonrasında bu şəhər dövlətlərinə Afina və Sparta liderlik edirdi. Ancaq bu dövrdə şəhərlər şərqdən fəth və işğal məqsədilə gələn güclü Fars İmperiyasının təzyiqi ilə qarşılaşmışlar. Bu mübarizə şəhər dövlətlərinin mədəni olaraq zirvəyə çatacaqları, fəlsəfi inkişaf yaradan iki əsrin yaranmasına yol açmışdır. Bu mədəni inkişaf, Avropanın iki min illik inkişafına yol açmışdır. Şəhər dövlətlərindəki bu intibah dövrünü, Yunan şəhər dövlətlərinin başqa qüvvələr tərəfindən ələ keçirildiyi fasiləsiz müharibələr izlədi.[1] Balkanlar, eramızdan əvvəl III–II. əsrlərdə Romalıların suverenliyinə keçmişdir. Bununla yanaşı bölgə inzibati, mədəni və hərbi aspektlərdən Roma quruluşuna uyğun yaşamağa başlanmışdır. Roma hakimiyyətinin son illərində Romalılar, Qotlar, Hunlar, regionda öz güc sahələri yaratmaq işinə girişib və öz ərazilərini qurmuşlar.
Əhali
[redaktə | vikimətni redaktə et]Balkanlar bir çox millət və dinə aid insanların yaşadığı bir coğrafi bölgədir. Ərazisinin hamısı Balkanların sərhədləri içində olan Albaniya, Bosniya və Herseqovina, Bolqarıstan, Monteneqro, Kosovo, Makedoniya və Yunanıstan ölkələrində ümumi əhali 30.508.246 nəfərdir. Bu saya, torpaqlarının bir qismi Balkanlarda yer alan və Balkan ölkəsi sayılan Serbiya, Xorvatiya, Sloveniya, Rumıniya, Türkiyə və yenə Balkanlarda bir parça torpağı olan, ancaq tarixi, mədəni, siyasi səbəblərlə Balkan ölkəsi sayılmayan İtaliyanın bəzi hissələrindəki əhali əlavə olunduqda, Balkanlarda yaşayan insanların ümumi əhali sayı 49.147.477 olur.
Balkan torpaqlarında yaşayan millətlərin yayılma ilə dövlət sərhədləri uyğun deyil. Bu səbəbdən bir dil, vahid bir dövlət sərhədi içində danışılmır; Qonşu bir neçə dövlət içində eyni dilə rast gəlinir. Bu üzdən Balkanlarda yaşayan millətlərin ümumi saylarının müəyyən edilməsi asan deyil. Balkanlarda danışılan dillər danışanlarının sayı orta hesabla alınaraq bu cür ümumiləşdirilir: Yunan, Alban, Türk, Serb, Monteneqr, Boşnak, Xorvat, Sloven, Makedon, Bolqar, Rumın, İtalyan, Roman, Qaqauz türkcəsi.
Bölgənin əsas dinləri Xristianlıq (Pravoslav və Katolik) və İslam dinidir.[2] Ən böyük din qrupunu Pravoslavlar təşkil edir. Yunanlar, serblər, bolqarlar, rumınlar, makedonlar və monteneqrolular Pravoslav kilsəsinə bağlıdırlar. Albanlar içində kiçik bir təbəqə də Pravoslav etiqadı içindədir. Balkanlarda ikinci böyük din qrupunu müsəlmanlar təşkil edir. Türklər, albanlar (böyük qismi), boşnaklar regionda Müsəlman inancına sahib qruplardır. Üçüncü din qrupunu Katoliklər təşkil edir. Bu inanc qrupuna macarlar, slovenlər, xorvatlar daxildir. Albanlar arasında da katoliklər var.[3] Adı çəkilən böyük və geniş yayılmış dinlərdən başqa, İudaizm (Yəhudilik), bölgədə bəzi kiçik təbəqə və ya yaşayış yerlərində tabeçilərə malikdir.
Yerləşən ölkələr
[redaktə | vikimətni redaktə et]Ölkə | Balkanlardakı Ərazisi və nisbəti |
Ərazisi (km²) | Balkanlardakı əhali | Ölkə əhalisi | Paytaxt |
---|---|---|---|---|---|
Albaniya | 28.748 | 28.748[4] | 2.831.741 | 2.831.741[5] | Tirana |
Bosniya və Herseqovina | 51.197 | 51.197[6] | 4.613.414 | 4.613.414 | Sarayevo |
Bolqarıstan | 110.879 | 110.879[7] | 7.351.234 | 7.351.234[8] | Sofiya |
Xorvatiya | 31.009 (% 54,8) | 56.594[9] | 1.725.656 | 4.290.612[9] | Zaqreb |
Monteneqro | 13.812 | 13.812[10] | 620.145 | 620.145[11] | Podqoritsa |
Kosovo | 10.887 | 10.887[12] | 1.733.872 | 1.733.872[13] | Priştina |
Şimali Makedoniya | 25.713 | 25.713[14] | 2.052.722 | 2.052.722[15] | Skopye |
Rumıniya | 15.570 (% 6,5) | 238.391[16] | 971.643 | 21.498.616[17] | Buxarest |
Serbiya | 55.965 (% 72,2) | 77.474[18] | 5.207.777 | 7.120.666[19] | Belqrad |
Sloveniya | 5.421 (% 26,7) | 20.273[20] | 299.644 | 2.056.262[21] | Lyublyana |
Türkiyə | 23.726 (% 3) | 783.562[22] | 10.434.511 | 74.724.269[23] | Ankara |
Yunanıstan | 131.957 | 131.957[24] | 11.305.118 | 11.305.118[25] | Afina |
Cəmi | 504.884 | – | 49.147.477 | – | – |
İtaliya ərazisinin 0,1% (295,1 km²) ərazisi Balkan coğrafiyasında yerləşir, lakin İtaliya Balkan ölkəsi deyil.[26]
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Greece and the Balkans (200 BC) Arxivləşdirilib 2012-12-07 at the Wayback Machine TimeMaps (ing.)
- ↑ Robin Okey, Taming Balkan Nationalism, The Habsburg 'Civilizing Mission' in Bosnia 1878–1914, Oxford Arxivləşdirilib 2012-11-20 at the Wayback Machine (ing.) ISBN13: 9780199213917 ISBN10: 0199213917
- ↑ İslam Ansiklopedisi (Türkiye Diyanet Vakfı), Cilt 5, s. 27.
- ↑ Albaniya Göstəriciləri Arxivləşdirilib 2018-12-24 at the Wayback Machine The World Factbook (ing.)
- ↑ Censusi i Popullsisë Dhe Banesave Në Shqipëri, Rezultatet Paraprake (2011) Arxivləşdirilib 2015-09-24 at the Wayback Machine Albaniya Statistika İnstitutu (alb.) (ing.)
- ↑ Bosniya-Herseqovina Əhali və Ərazi Arxivləşdirilib 2018-03-15 at the Wayback Machine The World Factbook (ing.)
- ↑ Bolqarıstan Ərazisi Arxivləşdirilib 2016-10-01 at the Wayback Machine The World Factbook (ing.)
- ↑ Население по области към 01.03.2001 и към 01.02.2011 година "Bolqarıstan Əhalisi (1.2.2011)" Arxivləşdirilib 2011-07-14 at the Wayback Machine Bolqarıstan Milli Statistika İnstitutu (bol.)
- ↑ 1 2 Popis stanovništva, kućanstava i stanova 2011 Arxivləşdirilib 2017-11-13 at the Wayback Machine Xorvatiya Dövlət Statistika İnstitutu (xorv.)
- ↑ Monteneqro ərazisi Arxivləşdirilib 2009-09-12 at the Wayback Machine The World Factbook (ing.)
- ↑ Karadağ Nüfusu [ölü keçid] Monteneqro Statistika İnstitutu (Zavod Za Statistiku Crne Gore) 2008
- ↑ Kosovo Ərazisi Məlumatı Arxivləşdirilib 2016-07-01 at the Wayback Machine The World Factbook (ing.)
- ↑ 2011 Genel Nüfus Sayımı REKOS2011 Arxivləşdirilib 2011-08-12 at the Wayback Machine Kosova İstatistik Kurumu Not: 2011 əhali sayında Kosovonun şimal sektorundakı Zubin Potok, Leposaviç, Zveçan və Mitroviça bələdiyyələri sayıma qatılmayıb. Əhali sayında bu bələdiyyələr yoxdur.
- ↑ Makedoniya Respublikası Xarici İşlər Nazirliyi Arxivləşdirilib 2008-11-14 at the Wayback Machine 2002 məlumatı (2,022,547) (maked.)
- ↑ Клучни показатели "Temel Göstergeler" (31.12.2009) Arxivləşdirilib 2012-11-13 at the Wayback Machine Makedoniya Dövlət Statistika İnstitutu (maked.)
- ↑ Rumıniya Ərazisi Arxivləşdirilib 2020-05-15 at the Wayback Machine The World Factbook (ing.)
- ↑ Rumıniya Respublikası Əhali Məlumatları Arxivləşdirilib 2009-09-02 at the Wayback Machine 1 dekabr 2009 (rum.)
- ↑ Serbiya Arxivləşdirilib 2018-12-24 at the Wayback Machine The World Factbook (ing.)
- ↑ Попис Становништва, Домаћинстава и Станова у Републици Србији 2011, Први Резултати, s. 15. Arxivləşdirilib 2012-04-25 at the Wayback Machine Serbiya Respublikasının Statistika Ofisi (serb.)
- ↑ Sloveniyanın Ərazisi Arxivləşdirilib 2010-05-16 at the Wayback Machine Europa (ing.)
- ↑ Population by groups and sex, Slovenia, 1 July 2012 Arxivləşdirilib 13 noyabr 2012 at the Wayback Machine Sloveniya Respublikası Statistika Ofisi (ing.)
- ↑ Türkiyə
- ↑ Adrese Dayalı Nüfus Kayıt Sistemi (ADNKS) Veri Tabanı (2011) Arxivləşdirilib 2012-08-04 at the Wayback Machine Türkiyə Statistika Qurumu
- ↑ Yunanıstan Ərazisi Məlumatı Arxivləşdirilib 2010-03-29 at the Wayback Machine Interkriti (ing.)
- ↑ Yunanıstan Əhali Məlumatı (1.1.2010) Arxivləşdirilib 2010-05-29 at the Wayback Machine Eurostat (ing.)
- ↑ Balkan Countries/What are the Balkan Countries? Arxivləşdirilib 2020-11-24 at the Wayback Machine, Map Universal