Bazalt
Bazalt | |
---|---|
Vikianbarda əlaqəli mediafayllar |
Bazalt — normal cərgəli effuziv dağ süxuru, ən çox yayılan kaynotip süxurları.
Haqqında
[redaktə | vikimətni redaktə et]Bazaltlar püskürmə suxurların əsas kütləsini təşkil edir. Onlar müasir okeanların diblərini təşkil etməklə yanaşı, quru sahələrdə də geniş əraziləri tutur. Məsələn, Mərkəzi Sibirdə çox böyük ərazi qalın bazalt layları ilə örtülmüşdür."Bazalt" həbəş dilində "bazal" (dəmirsaxlayan daş) sözündən törəmişdir və ilk dəfə Böyük Plini tərəfindən işlədilmişdir.
Liparitlərdən fərqli olaraq bazaltlar qara rəngdə olur. Bazalt maqması daha duru olduğuna görə nazik axınlar yaradır və bu səbəbdən də daha tez soyuyur. Ona görə də bazaltların petroqrafik tərkibində vulkan şüşəsi çox olur.
Maqmadan ayrılan qazların hesabına bazalt suxurları, adətən məsaməli olur. Bazalt maqması soyuyarkən çox vaxt bazalt suxurlarının içərisində seolit və kalsit kristallarının yelpikvari formaları əmələ gəlir. Bazalt suxurlarının içərisindəki boşluqlarda bəzən aqat mineralının nazik zolaqlım kristallarına rast gəlinir.
Bazaltın analoqları diabaz və bazalt porfritidir.
Bazalt qatı
[redaktə | vikimətni redaktə et]Bazalt qatı Yer qabığının seysmik məlumatlara əsasən ayrılan şərti qatlarından biri. Bazalt qatında seysmik dalğaların keçmə sürəti Vp=6,4-7,4; Vs=3,7-4,0 km/san-dir. Bu qatın sıxlığı 2,75-3,0 q/sm3 kimi qəbul edilmişdir. Qatın üst sərhədi qitələrdə adətən Konrad sərhədinə uyğun gəlir. Yer qabığının qranit qatının olmadığı bölgələrdə bazalt qatı bilavasitə çöküntü və vulkanogen çöküntü süxurlar qatı ilə örtülür. Bazalt qatının alt sərhədi Moxoroviçiç sərhədinə uyğun gəlir. Bazalt qatı süxurlarının yüksək dərəcədə əsasi tərkibli olduğu müəyyən edilmişdir. Okeanların altında quyularla açılan sahələrdə bazalt qatı bazalt tərkibli püskürmə süxurlarından ibarətdir. Qitələrdə bazalt qatına əsasi maqmanın soxulmasının təsirindən yaranmış və üstdə yatan süxurların təzyiqi nəticəsində sıxlaşan qədim metamorfik süxurlar aid edilir. Bazalt qatının qalınlığı — qitə qabığında 15-35 km, okean qabığında isə 4-10 km-dir. Bazalt maqmasının 60 km-dən 200 km-ə kimi və daha böyük dərinlikdə üst mantiya maddəsindən bazalt ərintilərinin ayrılması nəticəsində əmələ gəlməsi qəbul olunmuşdur. Bazalt qatının tərkibi tam məlum deyil, hesab edilir ki, bu qatda əsasi süxurlar üstünlük təşkil edir
Ədəbiyyat
[redaktə | vikimətni redaktə et]- Краткий геологический словарь //под ред. проф. Г. И. Немкова. — М., «Недра»,1989.
- Практическое руководство по общей геологии //под ред. проф. Н.В Короновского. — М., «Академия», 2007
- Аблесимов Н.Е., Земцов А.Н. Релаксационные эффекты в неравновесных конденсированных системах. Базальты: от извержения до волокна. Москва, ИТиГ ДВО РАН, 2010. 400 с.
Mənbə
[redaktə | vikimətni redaktə et]- Базальт на сайте «Горной энциклопедии» (rus.)
- Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.