Fridrix Reinitser

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Fridrix Reinitser
Doğum tarixi 27 fevral 1857(1857-02-27)[1]
Doğum yeri
Vəfat tarixi 16 fevral 1927(1927-02-16)[2] (69 yaşında)
Vəfat yeri
İş yerləri
  • Karlov Universiteti[d],
  • Qrats Texniki Universiteti[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Friedrich Richard Reinitzer (27 fevral 1857[1], Praqa, Bohemiya tacı torpaqları[d][2]16 fevral 1927[2], Qrats[2]) — avstriyalı botanik və kimyaçı idi. 1880-ci illərin sonlarında xolesteril benzoatla təcrübə apararaq, maye kristalların xassələrini kəşf etdi (bunun adının qoyulması isə sonradan Otto Lehmann tərəfindən olmuşdur).

Reinitzer Praqada alman bohem ailəsində anadan olub. Praqada Alman Texniki Universitetində kimya təhsili alıb; 1883-cü ildə orada xüsusi dosent kimi fəaliyyətə başlamışdır. 1888–1901-ci illərdə Karl-Ferdinands-Universiteti`nin professoru, sonra Qrazdakı texniki universitetin professoru olmuşdur. 1909–1910-cu illərdə isə universitetin rektoru vəzifəsində işləmişdir.

1888-ci ildə Karl-Ferdinands-Universitetində olarkən o, sonradan maye kristallar adlanacaq şeyin qəribə davranışını kəşf etdi. Davranışlarını izah etmək üçün Aachendən olan fizik Otto Lehmann ilə əməkdaşlıq etdi. Kəşf o zaman çox diqqət çəkmişdi, lakin praktiki istifadəsi aşkar olmamışdı və buna maraq da tezliklə azaldı.

Seçilmiş əsərləri

[redaktə | vikimətni redaktə et]
  • F. Reinitzer (1888) "Beiträge zur Kenntnis des Cholesterins", Monatshefte für Chemie 9:421 – 41.
  • F. Reinitzer (1891) "Der Gerbstoffbegriff und seine Beziehung zur Pflanzenchemie", Lotos 39.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]