Fuad Əliyev (həkim)
Fuad Əliyev | |
---|---|
Fuad Şamil oğlu Əliyev | |
Doğum tarixi | 1 yanvar 1965 (60 yaş) |
Doğum yeri | |
Atası | Şamil Əliyev |
Təhsili | Tümen Dövlət Tibb Universiteti |
Mükafatları |
Fuad Şamil oğlu Əliyev (1 yanvar 1965, Dmanisi) — Rusiya Federasiyasının əməkdar həkimi (2017), professor.
Həyatı
[redaktə | vikimətni redaktə et]Fuad Əliyev 1965-ci il yanvar ayının 1-də Gürcüstan Respublikasının Dmanisi (Başkeçid) şəhərində həkim ailəsində anadan olub. 1981-ci ildə Dmanisidə orta məktəbi bitirib və həmin il Tümen Dövlət Tibb Universitetinə daxil olub. Universitetin Müalicə işi fakültəsini Cərrah ixtisası üzrə bitirib.
Fəaliyyəti
[redaktə | vikimətni redaktə et]Fuad Əliyev ali təhsilini başa vurduqdan sonra elmi tədqiqatla məşğul olub. 1992-ci ildə dissertasiya müdafiə edərək tibb elmləri namizədi elmi dərəcəsinə, daha sonra isə professor elmi adına layiq görülüb. Fuad Əliyev 5 monoqrafiyanın, 280 elmi məqalənin, 10 ixtiranın müəllifidir. Fuad Əliyev hal-hazırda Tümen Dövlət Tibb Universitetində kafedra müdiri, professorudur. O, 2017-ci il noyabr ayının 4-də Rusiya Federasiyasının Prezidenti V. Putinin sərəncamı ilə Rusiya Federasiyasının "Əməkdar həkim" adına layiq görülüb. 2001-ci ilin noyabrında Dünya Azərbaycanlılarının I Qurultayında Tümendən gəlmiş nümayəndə heyətinə başçılıq edərək qurultayda çıxış etmişdir.[1]
Həmçinin bax
[redaktə | vikimətni redaktə et]Xarici keçidlər
[redaktə | vikimətni redaktə et]İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ "Putin azərbaycanlı həkimlə bağlı sərəncam imzalayıb". 2017-11-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-11-07.