Hüdud əl-aləm

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Hüdud əl–aləm (fars. حدود العالم) — X əsrdə, hicri 372-ci (miladi 982–983-cü) ildə naməlum müəllif tərəfindən farsca yazılmış coğrafi traktat. Əsərin tam adı Hüdud əl–aləm min əl–məşriq ili əl–məğribdir (ərəb. حدود العالم من المشرق الی المغرب Hudud əl–aləm min əl–məşriq ili əl–məğrib, fars. حدود العالم من المشرق الی المغرب‎). Əsərin müəllifinin adı tam dəqiqliklə məlum olmasa da o indiki Əfqanıstanın türkmənlər yaşayan Cövzcan vilayətindədir.

Azərbaycan coğrafiyasına aid hissə Minorskinin etdiyi tərcümələrin 142–145-ci səhifələrində yerləşir.

Hüdud əl-Aləm əsərinin müəllifi təsvir etdiyi ölkələri gəzməyib və bu əsərin yazılması üçün bir neçə fars və ərəb səyyah və coğrafiyaşünasların əsərlərindən istifadə edib. Ona görə də bu əsərin müəllifi bəzi daha öncələr yazılmış və o dövr insanına məlum olan ölkələrin təsvirində eyni xəta və eyni məlumatları təkrarlayır. Müəllifin İstəxri tərəfindən yazılmış "Məmləkətlərin yolları kitabı"na bələd (Kitab məsalik vəl-məmalik) olduğu aşkar məsələdir. Abu Abdullah Ceyhani tərəfindən X əsrdə yazılmış coğrafiya kitabı da onun yazdıqlarına təsir edib.

Əsər müəllifi dünyanı üç qitəyə bölür : Asiya, Avropa və Liviya (Məşriq və Məğrib). Müəllif ekvatordan şimalda 45 ölkənin adını çəkir ki, bu 45 ölkədən üçünün, Azərbaycan, Aran və Ermənistanın əraziləri haqqında məlumat müasir Azərbaycan coğrafiyasını öyrənməyə kömək edir. Məsələn, Azərbaycan ərazisinə Muğanı əlavə edir və beləliklə Kürdən cənubda olan və Xəzər dənizinə qədər olan ərazini hesab edir.

  1. Ḥudūd al–ʿĀlam. The Regions of the World. A Persian Geography 372 A. H. — 982 A. D. Translated and explained by V. Minorsky. Second Edition. With the preface by V. V. Bartold. Translated from the russian and with additional material by the late professor Minorsky edited by C. E. Bosworth.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]

Ḥodud al-ʿālam — Encyclopaedia Iranica